Kreml-Bakı gərginliyi pik həddə: Əliyevlə Putinin görüşü gözlənilir - Eksklüziv
Siyaset
Oxunub: 844
22 may 2017 | 09:24
Kreml-Bakı gərginliyi pik həddə: Əliyevlə Putinin görüşü gözlənilir - Eksklüziv

















Rusiyadakı anti-Azərbaycan dairələr bu qərarın qəbul olunmasına nail olmaqla Rusiya və Azərbaycan arasında münasibətləri sınaq qarşısında qoymaq planlarını reallaşdırmağa çalışırlar...

Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) ləğvi Azərbaycan ictimaiyyəti tərəfindən haqlı olaraq ciddi narazılıqla qarşılanıb.

İki ölkə arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu nəzərə alsaq, bu qərarın həmin münasibətlərin ruhuna zidd olması birmənalı şəkildə vurğulanır.

Ümumiyyətlə, polietnik Rusiya cəmiyyətinin xarakterinə zidd olan bu qərar çoxmədəniyyətli bir ölkənin tolerantlıq mühitini hədəf altına alır.

Belə bir qərarın qəbul olunması ölkələrarası münasibətlərə mənfi təsir etməklə yanaşı, millətlərarası münasibətlərə də xələl gətirir. Bu qərarın konkret olaraq subyektiv xarakter daşıması ortadadır.

Rusiyada fəaliyyət göstərən bəzi anti-Azərbaycan dairələr, erməni lobbisi belə bir mənfi xarakterə malik qərara nail olmaqla Rusiya və Azərbaycan arasında münasibətləri sınaq qarşısında qoymaq planlarını reallaşdırmağa çalışırlar.

Ölkə ictimaiyyəti həm də bu rəyi ifadə edir ki, belə bir addım həm Rusiyadakı erməni lobbisinə diqqətin gücləndirilməsi, həm də Ermənistana hərbi yardımın artırılması fonunda baş verirsə, deməli, Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində tərəfsiz vasitəçi missiyasına, ATƏT-in Minsk qrupunun həmsədri mandatına da kölgə düşür.

Ulus.Az xəbər verir ki, son zamanlar Rusiyadakı azərbaycanlıların konqresdə birləşərək, Azərbaycanın mövqeyini müdafiə etməsi erməni lobbisini əməlli-başlı narahat etmişdi.

Azərbaycanlıların Rusiyada bir ideya ətrafında birləşməsini istəməyən və bundan qorxan qüvvələr, konkret ermənilər və onlara xidmət edənlər bu məsələni gündəmə gətirdilər.

Hər bir halda iki ölkə - Rusiya ilə Azərbaycan arasında möhkəm təməllər üzərində formalaşmış dostluq münasibətləri mövcuddur

Azərbaycan hakimiyyəti bir müddət yaranacaq soyuqluqdan sonra Rusiya ilə münasibətləri yenidən formasına salacaq. Rəsmi Bakının artıq Moskva ilə siyasətdə böyük təcrübəsi var.

Bundan qabaq da dəfələrlə tərəflər arasında gərginlik yaşanıb. Əliyevin Qərbə meyillənməsinə cavab olaraq təhdid üslubunda həmlələr olub.

Seçkilər ərəfəsində təzyiq rıçaqları işə salınıb, geosiyasi proseslərdə, o cümlədən enerji layihələrində, Moskvanın iştirakı olmayan projelərdə Kremldən hücumlar başlanıb.

Ona görə də İ.Əliyevin V.Putinlə yenidən dil tapacağını söyləmək olar. Onsuz da münasibətlərdə bir problem də yoxdur.

Sadəcə, Moskva qaşınmayan yerdən qan çıxarır. Əldə olunan xəbərlərə görə, iki ölkə arasında gərginliyin pik həddə çatması prezidentlərin görüşü ilə nəticələnə bilər.

Əliyev-Putin görüşünün baş tutacağı istisna edilmir. Tərəflərin mtəlif məsələləri, o cümlədən ÜAK-ın ləğvini müzakirə edəcəyi xəbər verilir.
Bu gün, 13:48
Bakının 4 rayonunda tikinti işləri başlayır - SƏRƏNCAM
Bu gün, 13:21
Sabunçu tuneli bərpa ediləcək
Bu gün, 13:17
“Son fürsət”, “məhdud sayda” kimi reklamlara aldanmayın! - DİN
Bu gün, 12:40
Onların 3 aylıq kirayəhaqlarını dövlət ödəyəcək
Bu gün, 12:36
Keşlədə sökülən evə görə birdəfəlik maddi yardım veriləcək
Bu gün, 12:29
Prezident sel və daşqınlarla mübarizə üçün - 86 milyona yaxın vəsait ayırdı
Bu gün, 12:18
Yelkən idmanı üzrə “Prezident Kuboku” keçiriləcək
Bu gün, 12:14
“Şahdağ” hoteli mənə deyil, qardaşıma məxsusdur” - Deputat
Bu gün, 12:09
Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan 106 il ötür
Bu gün, 11:00
Dövlət məktəblərində DƏYİŞİKLİK - TƏSDİQLƏNDİ
Bu gün, 10:57
Abşeronda kafedə KÜTLƏVİ DAVA: 2 qardaş bıçaqlandı, 4 nəfər saxlanıldı
Bu gün, 10:54
Azərbaycan universitetlərində dərslər bu tarixdə yekunlaşacaq
Bu gün, 10:50
Evində bu səhvi edənlər 600 manat cərimə ÖDƏYƏCƏK
Bu gün, 10:47
Çexiyanın Baş nazirinin Azərbaycana səfəri başa çatıb
Bu gün, 09:44
Leyla və Arzu Əliyevalar Xan məscidində - FOTOLAR
Bu gün, 09:30
Azərbaycan və Almaniya arasında ticarətin həcmi açıqlandı
Bu gün, 09:26
Maqyar Orbana yaxın oliqarxlara qarşı hərəkətə keçdi
Bu gün, 09:23
Bakıda yolu keçən qadını vuran şəxs futbolçu imiş
Bu gün, 09:18
Bu gün görkəmli oftalmoloq alim Zərifə Əliyevanın doğum günüdür
Bu gün, 09:11
Ermənistan Azərbaycanla sərhəddə silahsız xidmətə keçir - Paşinyan AÇIQLADI
Bu gün, 09:00
Erməni bloger gözlənilməz çağırış: ‘Xaçaturyan azad olmamalı idi!’ – Gərginlik artır”
Dünən, 16:00
Trampdan gözlənilməz etiraf: "Bilmirəm…" – suiqəsd iddiasına şübhə saldı
Dünən, 15:30
Mayda 14 gün iş OLMAYACAQ
Dünən, 14:22
Sülhə qarşı təxribat və Bakıya hücum: Brüsselin məqsədi nədir?
Dünən, 13:11
3 günlük geri sayım başladı? - Tramp İrana xəbərdarlıq etdi
Dünən, 12:30
İlham Əliyevin Çexiyanın Baş naziri ilə geniş tərkibdə görüşü keçirilir
Dünən, 12:22
Bu sənəd olmadan artıq işə qəbul ola BİLMƏYƏCƏKSİNİZ