İlham Əliyevin vəfat edən bibisi kimdir? - DOSYE
Xəbər verdiyimiz ki, Azərbaycan Prezidenti İlham Əliyevin bibisi Rəfiqə Əliyeva ötən gün dünyasını dəyişib.
Rəfiqə Əliyevanın həyat və yaradıcılığı haqqında məlumatları oxucularımıza təqdim edir:
Rəfiqə Əliyeva kimya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü (akademik), "Şöhrət" ordeni laureatı, əməkdar elm xadimidir. 1956-cı ildə Аzərbaycan Dövlət Universitetinin (hazırlıq BDU) kimya fakültəsini bitirmiş, 1970-ci ildə "Germaniumun bəzi üzvi reaktivlərlə əmələ gətirdiyi birləşmələrin spektrofotometrik tədqiqi və onun fotometrik metodla təyini” mövzusunda namizədlik dissertasiyasını,1999-cu ildə "d-,f-elementləri və germaniumun tərkibinə N-,S-,O- olan liqandlarla müxtəlifliqandlı kompleksləri və onların analitik tətbiqi” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.
Əliyeva Rəfiqə Bakı Dövlət Universiteti " Analitik kimya” kafedrasının professorudur, 2001-ci ildən təşkil edilmiş "Ekoloji kimya və ətraf mühitin mühafizəsi”elmi-tətqiqat laboratoriyasını rəhbərlik edib. Bakı Dövlət Universitetinin nəzdindəki 02.00.02, 02.00.03,02.00.04 ixtisasları üzrə Dissertasiya Müdafiə Şurasının sədr müavini, BDU-nun və Kimya fakültəsinin Elmi Şurasının üzvü idi.
Təhsili, elmi dərəcə və elmi adları
1952-1956-tələbə BDU
1970-Kimya elmləri namizədi "Analitik kimya”
1999-Kmya elmləri doktoru "Analitik kimya”
Əmək fəaliyyəti[redaktə | əsas redaktə]
1956-kimya problemləri İnstitutunda elmi işçi
1960-1963-aspirant BDU
Analitik kimya(bakalavrlar üçün)və Kompleksbirləşmələr kimyasi (magistrlar üçün)
450 məqalənin müəllifidir
2 monoqrafiyanın
20 dərs vəsaiti
3 tərcümə kitabının
17 patentin müəllifidir
18 elmlər namizədi və 2 elmlər doktoruna rəhbərlik etmişdir
Elmi nailiyyətləri
Professor R.Ə.Əliyeva tərəfindən ilk dəfə olaraq β- diketonlar əsasında azobirləşmələr sintez edilmiş və fotometrik reagent kimi tətbiq edilməsi təklif edilib. Onun rəhbərliyi altında sintez edilmiş üzvi reagentlərdə kvantkimyəvi hesablamalara görə elektron sıxlığı hesablanmış və alınan nəticəyə əsasən bu reagentlərin bir-birinə nəzərən nə dərəcədə analitik effekt verməsi qabaqcadan proqnozlaşdırılıb. Professor R.Ə.Əliyeva qarışıqliqandlı kompleks birləşmələrin tədqiqi sahəsində geniş işlər aparmışdır. O ilk dəfə olaraq liqand-liqand qarşılıqlı təsirini müxtəlif fiziki-kimyəvi metadlarla öyrənməklə qarışıqliqandlı kompleks birləşmələrin alınmasında üçüncü komponentin seçilmə prinsipi haqqında müəyyən fikirlər irəli sürüb.
O təcrübi faktların analizinə əsasən müəyyən etmişdir ki, qarışıqliqandlı kompleks birləşmələrin alınmasında əgər binar sistemə əlavə edilən üşüncü komponent metala koordinasiya edərsə, onda kompleks birləşmələrin davamlığı artır, bu isə seçiciliyin artmasına səbəb olur. Əgər üçüncü komponent liqandla qarşılıqlı təsirdə olarsa, onda çox vaxt kompleksəmələgəlmə reaksiyalarının həssaslığı artmış olur. Professor R.Ə.Əliyevanın rəhbərliyi altında malein anhidridi və stirolun birgə sopolimeri əsasında sintez edilmiş sorbentdən istifadə etməklə Cu, Cd, Zn, Fe, Ni, Co, U və fenol tipli birləşmələrin qatılaşdırılmasının optimal şəraiti işlənib hazırlanıb. Bu sinif sorbentlərdən neftayırma zavodlarından alınan çirkab sularında, axıntı və lay sularında metalların qatılaşdırılması üçün istifadə edilməsi təklif olunub.
Təltif və mükafatlar
Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə 30 oktyabr 2009-cu ildə "Şöhrət” ordeni ilə təltif edilib.
Əməkdar elm xadimi - 2000,
Akademik Y.Məmmədəliyev adına mükafat - 2000,
"2001-ci ilin adamı" və "2001-ci ilin işgüzar qadını" -2001,
Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Fəxri Fərmanı" - 2003-2004,
Bakı Dövlət Universiteti "İlin alimi" - 2005,
Azərbaycan Respublikası Təhsil Nazirliyi Heydər Əliyev adına mükafatı - 2005,
Dünya Azərbaycan Qadınları Birliyinin Fəxri sədri.



Bu gün, 11:18
Azərbaycanda ödənişli hərbi xidmət olacaq? - Rəsmi açıqlama
Bu gün, 10:00
DÇ-2026: Misir İranla bərabərə qalaraq ilk dəfə pley-offa vəsiqə qazanıb
Bu gün, 09:55
Yaxın saatlarda leysan olacaq, dolu düşəcək
Bu gün, 09:45
Bu ölkədə azanı qadağan etməyə hazırlaşırlar
Bu gün, 09:41
Bu gün Bakıda UFC turniri keçiriləcək
Bu gün, 09:01
Bu ölkədə son 50 ilin ən isti günü qeydə alındı
Bu gün, 09:00
Hərbi Xidmətdən Yayınanlara Sərt Mesaj: “Neqodnı” Olanlar Komissiyaya Gəlsin!
Dünən, 13:02
Xankəndidəki hərbi yürüşdən - Fotolar
Dünən, 12:13
NATO Azərbaycan Ordusuna qiymət verdi
Dünən, 12:11
NATO-nun Baş katibi Putini hədələdi: “Cavab verəcəyik”
Dünən, 11:51
Azərbaycandan Ermənistana 18 vaqon benzin və 8 vaqon dizel yanacağı göndərilib
Dünən, 11:14
NATO-nun gizli sənədi mətbuata sızdı - 70 milyardlıq yardım
Dünən, 11:05
Ötən gün 158 nəfər tutulub - 144-ü borca görə
Dünən, 10:39
8 gün əvvəl qızıl medal qazanan cüdoçumuz vəfat etdi
Dünən, 10:27
Zakir Həsənov hərbçilərə nə arzuladı?
Dünən, 10:17
Azərbaycan Ordusunun 108 yaşı: Bakının küçələri hərbi yürüşlərlə əks-səda verir
Dünən, 10:11
Süni intellekt vəkilləri də əvəzləməyə başlayır — Açıqlama
Dünən, 09:46
DİN əməliyyat keçirdi: Ekstazi, narkotik, pul - VİDEO
Dünən, 09:40
Yaponiyada yenidən güclü zəlzələ oldu
Dünən, 09:35
Avropada rekord istilər - Yüzlərlə ölən var
Dünən, 09:32
Venesuelada zəlzələdə ölənlərin sayı 235-ə çatdı
Dünən, 09:26
Arda DÇ-də rekorda imza atdı
Dünən, 09:23
Mehriban Əliyeva 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
Dünən, 09:11
Prezidentin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Dünən, 09:00
Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaradılması günüdür
25-06-2026, 16:49
Prezident 5 polkovnikə general-mayor rütbəsi verdi - ADLAR
25-06-2026, 16:46
Bu hərbçilər təltif edildi - SİYAHI