Hakimiyyət “Milyarderlər İttifaqı” üzvünün nəhəng biznesini çökdürür - Tam siyahı
Siyaset
Oxunub: 1 109
3 may 2017 | 10:38
Hakimiyyət “Milyarderlər İttifaqı” üzvünün nəhəng biznesini çökdürür - Tam siyahı

















“Milyarderlər İttifaqı”nın oliqarx üzvü İsgəndər Xəlilovun Bakıdakı biznesi getdikcə çökdürülür

2013-cü il prezident seçkilərində Kremlin projesində yer almış və Azərbaycan hakimiyyətinin qəzəbinə tuş gəlmiş iş adamının Azərbaycandakı obyektləri bir-bir dağılır.

Artıq Bakının məşhur istirahət mərkəzlərindən olan Bakı Əyləncə Mərkəzi (BƏM) yaxın günlərdə söküləcək. Bu barədə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən obyekt sahibinə xəbərdarlıq göndərilib.

Xəbərdarlıqda qeyd olunub ki, sökülmə barədə məhkəmə qərarı var, BƏM yaxın günlər ərzində boşaldılmalıdır.

BŞİH-nin başçısı Hacıbala Abutalıbov şəxsən BƏM-ə gedərək, söküntü işlərinin başladılmasına göstəriş verib.

Bir vaxtlar İ.Xəlilov biznesinin əlindən alınmasını təkzib edirdi.

Sitat:

“Heç kəs biznesimi əlimdən almayıb. Özüm də tez-tez Bakıda oluram. Bakıdan dünən gəlmişəm. Yazılanlar mənə çox gülməli gəlir, belə yazı yazanların ağlı yoxdur".

İş adamı RATİ-nin yaradılması ideyasının Kreml tərəfindən verildiyi barədə deyilənləri də “uydurma” adlandırıb:

“RATİ-nin yaradılması ideyasının konkret olaraq kim tərəfindən verildiyini bilmirəm. Amma hamımız bir yerə yığışdıq, bu qərara gəldik. Çünki Ümumrusiya Azərbaycanlıları Konqresi zəifləmişdi, öz funksiyasını yerinə yetirə bilmirdi.

Ulus.Az-ın xəbərinə görə, İ.Xəlilovun Heydər Əliyev prospektində “City Center” şəhərciyinin salınmasına 600 milyon dollar xərcləyib. O, Bakıda sahibi olduğu obyektlərin adlarını mediaya özü açıqlayıb.

Onun nəhəng biznes imperiyasına “Texnikabank”, “Ramstor” hipermarketi, Bakı Əyləncə Mərkəzi, ISR-Plaza, keçmiş “İnturist”, “Azərbaycan” otelləri, “Mc.Donald?s”, “NİKOİL” bankı, “Nərgiz” Ticarət Mərkəzi, “Toyota Center”, Bakı Tikiş Fabriki, Neftçala Yod Zavodu, Zaqatalada fındıq, Göyçayda, Lənkəranda, Qubada, Şirvanda, Xaçmazda meyvə şirəsi zavodları da daxildir.

Göründüyü kimi, onların bəziləri artıq yoxdur. Məsələn, “Texnikabank” bağlanıb, “Ramstor” hipermarketi əl dəyişib, keçmiş “İnturist”, “Azərbaycan” otelləri də yoxdur, “NİKOİL” bankı bağlanmaq təhlükəsi yaşayır.

2012-ci ildə İ.Xəliova məxsus “Bakı Teleqraf” ASC rəsmən əlindən alındı. Əmlak Məsələləri Dövlət Komitəsi cəmiyyətin səhmlərinin 97,38 faizini investisiya müsabiqəsinə çıxartdı.

7 il əvvəl bu səhmlər “Polton Vencars ltd.” (Böyük Britaniya) şirkətinə satılmışdı. Şirkət İ.Xəlilova məxsus idi. O “Bakı Teleqrafı” ASC-nin səhmlərinin 98,8 faizini investisiya müsabiqəsi yolu ilə əldə etmişdi. Bu məsələnin bir tərəfidir.

Ulus.Az xatırladır ki, BƏM-in ərazisinə bir neçə ekskavatorun aparıldığı da bildirilir. Bu, əvvəlcə obyektdə çalışanlarla icra nümayəndələri arasında gərginliyə səbəb olub. Lakin sonradan ara sakitləşib və BƏM-i işlədən şəxslər bir həftəlik möhlət istəyiblər.

Məlum olduğu kimi, əyləncə mərkəzi Rusiyada yaşayan iş adamı, milyarder İsgəndər Xəlilova məxsusdur. BƏM-in baş administratoru faktı lent.az-a faktı təsdiqləyib.

O bildirib ki, Bakı Şəhər İcra Hakimiyyəti əyləncə mərkəzinin söküləcəyi və yerində yeni infrastruktur yaradılacağı ilə bağlı BƏM rəhbərliyinə layihə təqdim edib.
Meriya eyni zamanda BƏM-in də tezliklə sökülməsini qurum rəhbərliyindən tələb edib. Lakin baş administrator onu da əlavə edib ki, əyləncə mərkəzinin rəhbərliyi müvafiq instansiyalarla danışıb və söküntü ilə bağlı qərarı dayandırıb. Obyekt hələ ki, fəaliyyətini davam etdirir.
Bu gün, 11:22
Yağışlı hava şəraiti ilə bağlı sürücülərə - Müraciət
Bu gün, 11:18
Azərbaycanda ödənişli hərbi xidmət olacaq? - Rəsmi açıqlama
Bu gün, 10:00
DÇ-2026: Misir İranla bərabərə qalaraq ilk dəfə pley-offa vəsiqə qazanıb
Bu gün, 09:55
Yaxın saatlarda leysan olacaq, dolu düşəcək
Bu gün, 09:45
Bu ölkədə azanı qadağan etməyə hazırlaşırlar
Bu gün, 09:41
Bu gün Bakıda UFC turniri keçiriləcək
Bu gün, 09:01
Bu ölkədə son 50 ilin ən isti günü qeydə alındı
Bu gün, 09:00
Hərbi Xidmətdən Yayınanlara Sərt Mesaj: “Neqodnı” Olanlar Komissiyaya Gəlsin!
Dünən, 13:02
Xankəndidəki hərbi yürüşdən - Fotolar
Dünən, 12:13
NATO Azərbaycan Ordusuna qiymət verdi
Dünən, 12:11
NATO-nun Baş katibi Putini hədələdi: “Cavab verəcəyik”
Dünən, 11:51
Azərbaycandan Ermənistana 18 vaqon benzin və 8 vaqon dizel yanacağı göndərilib
Dünən, 11:14
NATO-nun gizli sənədi mətbuata sızdı - 70 milyardlıq yardım
Dünən, 11:05
Ötən gün 158 nəfər tutulub - 144-ü borca görə
Dünən, 10:39
8 gün əvvəl qızıl medal qazanan cüdoçumuz vəfat etdi
Dünən, 10:27
Zakir Həsənov hərbçilərə nə arzuladı?
Dünən, 10:17
Azərbaycan Ordusunun 108 yaşı: Bakının küçələri hərbi yürüşlərlə əks-səda verir
Dünən, 10:11
Süni intellekt vəkilləri də əvəzləməyə başlayır — Açıqlama
Dünən, 09:46
DİN əməliyyat keçirdi: Ekstazi, narkotik, pul - VİDEO
Dünən, 09:40
Yaponiyada yenidən güclü zəlzələ oldu
Dünən, 09:35
Avropada rekord istilər - Yüzlərlə ölən var
Dünən, 09:32
Venesuelada zəlzələdə ölənlərin sayı 235-ə çatdı
Dünən, 09:26
Arda DÇ-də rekorda imza atdı
Dünən, 09:23
Mehriban Əliyeva 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
Dünən, 09:11
Prezidentin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Dünən, 09:00
Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaradılması günüdür
25-06-2026, 16:49
Prezident 5 polkovnikə general-mayor rütbəsi verdi - ADLAR