Azərbaycanda yeni qurum yaradılır - Prezident fərman verdi
Siyaset
Oxunub: 1 149
28 apr 2017 | 22:05
Azərbaycanda yeni qurum yaradılır - Prezident fərman verdi















Azərbaycan prezidenti İlham Əliyev tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması ilə bağlı nəzarətin gücləndirilməsinə dair tədbirlər haqqında fərman imzalayıb

Aztb.info-nun məlumatına görə, ilkin mərhələdə pilot layihə olaraq Bakı şəhərində tikinti sektorunda qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması ilə bağlı aşağıdakı tədbirlər görüləcək:

1.1. tikilməkdə olan çoxmənzilli yaşayış binalarının (bundan sonra – tikinti obyektləri) və həmin tikinti obyektlərinin inşası ilə məşğul olan fiziki və hüquqi şəxslərin elektron reyestri yaradılacaq;

1.2. əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmiş işçilərlə bağlı məlumatların əldə edilməsi məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemi bu Fərmanın 1.1-ci bəndində nəzərdə tutulmuş reyestrlə inteqrasiya ediləcək;

1.3. əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunan şəxslərin müəyyən edilməsi məqsədilə tikintini həyata keçirən fiziki və ya hüquqi şəxslərin vəsaiti hesabına tikinti obyektlərində real vaxt rejimində işləyən müşahidə kameraları quraşdırılacaq;

1.4. qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması sahəsində monitorinqin həyata keçirilməsi və nəzarət fəaliyyətinin əlaqələndirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi yaradılacaq.

2. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi aşağıdakıları həyata keçirir:

2.1. bu Fərmanın 1.1-ci bəndində nəzərdə tutulmuş elektron reyestrin aparılması;

2.2. tikinti obyektlərində quraşdırılan kameralar vasitəsilə müşahidənin aparılması;

2.3. işçilərin eyniləşdirilməsini həyata keçirən analitik tanıma sisteminin yaradılması və idarə edilməsi;

2.4. Azərbaycan Respublikası Vergilər Nazirliyinin və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması sahəsində həyata keçirdikləri tədbirlərə dair hesabatlarının və zəruri olan digər materiallarının müqayisəli təhlil edilməsi;

2.5. müşahidə kameraları, analitik tanıma sistemi və elektron reyestrlər vasitəsilə əldə edilən məlumatların və aidiyyətı orqanların hesabatlarının təhlili nəticəsində şəxslərin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyinə dair şübhələr yarandıqda, bu halların yerində araşdırılması üçün tikinti obyektlərinə səyyar monitorinq qruplarının göndərilməsi;

2.6. aşkar edilmiş faktların sənədləşdirilməsi, inzibati məsuliyyət tədbirlərinin tətbiq edilməsi və ya təqsirkar şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılması üçün sənədlərin aidiyyəti dövlət orqanına göndərilməsi.

3. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi:

3.1. bu Fərmanın 1-ci və 2-ci hissələrində nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini təmin etsin;

3.2. tikinti obyektlərində müşahidə kameralarının quraşdırılması yerlərinə və texniki parametrlərinə dair tələbləri müəyyən etsin;

3.3. bu Fərmanın icrası ilə əlaqədar görülən tədbirlər barədə mütəmadi olaraq Azərbaycan Respublikasının Prezidentinə və Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasına hesabatlar təqdim etsin.

4. Azərbaycan Respublikasının Vergilər, Əmək və Əhalinin Sosial Müdafiəsi, Fövqəladə Hallar nazirlikləri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Bakı Şəhər İcra Hakimiyyəti bu Fərmanın 1.1-ci bəndində nəzərdə tutulmuş elektron reyestrin formalaşdırılması üçün Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin müəyyən etdiyi məlumatları Dövlət Agentliyinə təqdim etsinlər.

5. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi bu Fərmanın 1.3-cü bəndinin icrasını təmin etmək üçün tədbirlər görsün.

6. Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu Fərmanın 2.4-cü bəndində nəzərdə tutulmuş hesabatların və digər zəruri materialların surətini ayda bir dəfə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə təqdim etsin.

7. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:

7.1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin ştat sayının azaldılması hesabına Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin işçilərinin say həddinin 50 ştat vahidi artırılması ilə bağlı tədbirlər görsün;

7.2. bu Fərmanın 1.1-ci, 1.4-cü, 2.1-ci və 2.2-ci bəndlərində nəzərdə tutulmuş elektron reyestrin, mərkəzin, müşahidə və analitik tanıma sistemlərinin qurulmasının, avadanlıq, proqram təminatı və nəqliyyat vasitələri ilə təchiz edilməsinin və saxlanmasının maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təklifləri əsasında tədbirlər görsün.
Bu gün, 12:40
Onların 3 aylıq kirayəhaqlarını dövlət ödəyəcək
Bu gün, 12:36
Keşlədə sökülən evə görə birdəfəlik maddi yardım veriləcək
Bu gün, 12:29
Prezident sel və daşqınlarla mübarizə üçün - 86 milyona yaxın vəsait ayırdı
Bu gün, 12:18
Yelkən idmanı üzrə “Prezident Kuboku” keçiriləcək
Bu gün, 12:14
“Şahdağ” hoteli mənə deyil, qardaşıma məxsusdur” - Deputat
Bu gün, 12:09
Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan 106 il ötür
Bu gün, 11:00
Dövlət məktəblərində DƏYİŞİKLİK - TƏSDİQLƏNDİ
Bu gün, 10:57
Abşeronda kafedə KÜTLƏVİ DAVA: 2 qardaş bıçaqlandı, 4 nəfər saxlanıldı
Bu gün, 10:54
Azərbaycan universitetlərində dərslər bu tarixdə yekunlaşacaq
Bu gün, 10:50
Evində bu səhvi edənlər 600 manat cərimə ÖDƏYƏCƏK
Bu gün, 10:47
Çexiyanın Baş nazirinin Azərbaycana səfəri başa çatıb
Bu gün, 09:44
Leyla və Arzu Əliyevalar Xan məscidində - FOTOLAR
Bu gün, 09:30
Azərbaycan və Almaniya arasında ticarətin həcmi açıqlandı
Bu gün, 09:26
Maqyar Orbana yaxın oliqarxlara qarşı hərəkətə keçdi
Bu gün, 09:23
Bakıda yolu keçən qadını vuran şəxs futbolçu imiş
Bu gün, 09:18
Bu gün görkəmli oftalmoloq alim Zərifə Əliyevanın doğum günüdür
Bu gün, 09:11
Ermənistan Azərbaycanla sərhəddə silahsız xidmətə keçir - Paşinyan AÇIQLADI
Bu gün, 09:00
Erməni bloger gözlənilməz çağırış: ‘Xaçaturyan azad olmamalı idi!’ – Gərginlik artır”
Dünən, 16:00
Trampdan gözlənilməz etiraf: "Bilmirəm…" – suiqəsd iddiasına şübhə saldı
Dünən, 15:30
Mayda 14 gün iş OLMAYACAQ
Dünən, 14:22
Sülhə qarşı təxribat və Bakıya hücum: Brüsselin məqsədi nədir?
Dünən, 13:11
3 günlük geri sayım başladı? - Tramp İrana xəbərdarlıq etdi
Dünən, 12:30
İlham Əliyevin Çexiyanın Baş naziri ilə geniş tərkibdə görüşü keçirilir
Dünən, 12:22
Bu sənəd olmadan artıq işə qəbul ola BİLMƏYƏCƏKSİNİZ
Dünən, 12:17
İlham Əliyevin Çexiyanın Baş naziri ilə təkbətək görüşü keçirilib - FOTOLAR
Dünən, 12:04
Qəbələdə Çexiyanın Baş nazirinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
Dünən, 11:57
Amnistiya aktı 22 935 şəxsə şamil edildi