Azərbaycanın yeni ombudsmanı kim olacaq? - Elmira Süleymanovanın vaxtı bıtdi
Siyaset
Oxunub: 1 024
28 apr 2017 | 10:23
Azərbaycanın yeni ombudsmanı kim olacaq? - Elmira Süleymanovanın vaxtı bıtdi
















Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanovanın səlahiyyət müddəti 2017-ci ilin mart ayının 5-də başa çatıb. Lakin yeni ombudsman seçilmədiyindən Elmira Süleymanova fəaliyyətini davam etdirir

Azərbaycanda Ombudsman hansı əsaslarla seçilir? İnsan hüquqları üzrə müvəkkilin seçilmə prosesi necə həyata keçirilir?

Hüquqşünas Əlməmməd Nuriyev Modern.az-a açıqlamasında bu və ya digər suallara cavab verib. Onun sözlərinə görə, iki dəfə Ombudsman seçilən Elmira Süleymanova növbəti dəfə seçilə bilməz.

"Elmira Süleymanova fəaliyyətini davam etdirir”

"Azərbaycan Respublikası haqqında Konstitusiya qanununa görə, müvəkkil 7 il müddətinə seçilir. Azərbaycanda eyni şəxs müvəkkil vəzifəsinə 2 dəfədən artıq seçilə bilməz. Səlahiyyət müddəti bitdiyi gün yeni müvəkkil işinin icrasını davam etdirir. Yeni müvəkkilin seçildiyi gündən onun işi bitmiş hesab olunur. Hazırda fəaliyyətdə olan Ombudsmanın fəaliyyət müddəti başa çatıb. Sadəcə, yeni müvəkkil seçilmədiyi üçün Elmira Süleymanova öz fəaliyyətini davam etdirir”.

Ombudsmanın təqdimatını kim verir?

Hüquqşünas bildirib ki, müvəkkilin təyinat məsələsini prezident həyata keçirir.

"İnsan hüquqları üzrə müvəkkil (ombudsman) Azərbaycan Respublikası prezidentinin təqdimatı əsasında 3 namizəd arasından Milli Məclis tərəfindən seçilir. Azərbaycan Respublikasının Milli Məclisinin müvəkkil seçməsi ilə bağlı qərar qəbul edilmədikdə, prezident 15 gün müddətinə digər 3 şəxsin namizədliyini Milli Məclisə təqdim edir. Əgər bu dəfə də seçilmirsə, yenidən digər 3 şəxsin namizədliyi təsdiq edilə bilər. Azərbaycanda isə belə hal yaşanmayıb. İlk dəfə prezidentin təqdim etdiyi namizədlər siyahısından Elmira Süleymanova seçilib”.

"Kimlər Ombudsman seçilə bilər, yaxud da əksinə?

Əlməmməd Nuriyev deyir ki, hər adam müvəkkil seçilə bilməz.

"Yaşı 30-dan aşağı olmayan, ali təhsilli, insan hüquqları sahəsində təcrübəyə, yüksək əxlaqi keyfiyyətlərə malik olan Azərbaycan Respublikasının vətəndaşı Ombudsman vəzifəsinə seçilə bilər. İkili vətəndaşlığı olan başqa dövlət qarşısında öhdəliyi olan qanunvericilik icra və məhkəmə hakimiyyət sistemində qulluq edən (yaradıcılıq fəaliyyəti istisna olmaqla) ödənişli fəaliyyətlə məşğul olan, xüsusilə ağır cinayətlərə görə məhkum olunmuş şəxs müvəkkil ola bilməz. Həmçinin, müvəkkil heç bir siyasi partiyanın da üzvü ola bilməz. Əgər sadaladığım vəzifələr varsa, müvəkkil seçildiyi təqdirdə həmin vəzifələrdən istefa verməlidir”.
Bu gün, 11:22
Yağışlı hava şəraiti ilə bağlı sürücülərə - Müraciət
Bu gün, 11:18
Azərbaycanda ödənişli hərbi xidmət olacaq? - Rəsmi açıqlama
Bu gün, 10:00
DÇ-2026: Misir İranla bərabərə qalaraq ilk dəfə pley-offa vəsiqə qazanıb
Bu gün, 09:55
Yaxın saatlarda leysan olacaq, dolu düşəcək
Bu gün, 09:45
Bu ölkədə azanı qadağan etməyə hazırlaşırlar
Bu gün, 09:41
Bu gün Bakıda UFC turniri keçiriləcək
Bu gün, 09:01
Bu ölkədə son 50 ilin ən isti günü qeydə alındı
Bu gün, 09:00
Hərbi Xidmətdən Yayınanlara Sərt Mesaj: “Neqodnı” Olanlar Komissiyaya Gəlsin!
Dünən, 13:02
Xankəndidəki hərbi yürüşdən - Fotolar
Dünən, 12:13
NATO Azərbaycan Ordusuna qiymət verdi
Dünən, 12:11
NATO-nun Baş katibi Putini hədələdi: “Cavab verəcəyik”
Dünən, 11:51
Azərbaycandan Ermənistana 18 vaqon benzin və 8 vaqon dizel yanacağı göndərilib
Dünən, 11:14
NATO-nun gizli sənədi mətbuata sızdı - 70 milyardlıq yardım
Dünən, 11:05
Ötən gün 158 nəfər tutulub - 144-ü borca görə
Dünən, 10:39
8 gün əvvəl qızıl medal qazanan cüdoçumuz vəfat etdi
Dünən, 10:27
Zakir Həsənov hərbçilərə nə arzuladı?
Dünən, 10:17
Azərbaycan Ordusunun 108 yaşı: Bakının küçələri hərbi yürüşlərlə əks-səda verir
Dünən, 10:11
Süni intellekt vəkilləri də əvəzləməyə başlayır — Açıqlama
Dünən, 09:46
DİN əməliyyat keçirdi: Ekstazi, narkotik, pul - VİDEO
Dünən, 09:40
Yaponiyada yenidən güclü zəlzələ oldu
Dünən, 09:35
Avropada rekord istilər - Yüzlərlə ölən var
Dünən, 09:32
Venesuelada zəlzələdə ölənlərin sayı 235-ə çatdı
Dünən, 09:26
Arda DÇ-də rekorda imza atdı
Dünən, 09:23
Mehriban Əliyeva 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
Dünən, 09:11
Prezidentin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Dünən, 09:00
Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaradılması günüdür
25-06-2026, 16:49
Prezident 5 polkovnikə general-mayor rütbəsi verdi - ADLAR