Prezident Administrasiyası ləğv olundu

Prezident İlham Əliyev Milli Məclisə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə layihə təqdim edib
Publika.az-ın məlumatına görə, layihədə qeyd olunur ki, sözügedən qanunun 1. 11.1.1.1-ci maddəsində "Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Administrasiya rəhbərinin vəzifəsi" sözləri "orqanın rəhbərinin vəzifəsi, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin fəaliyyətini bilavasitə təmin edən struktur bölmənin rəhbərinin vəzifəsi" sözləri ilə, "Azərbaycan Respublikası Dövlət müşavirlərinin" sözləri "Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən orqanda müşavirlərin" sözləri ilə əvəz edilsin.
Belə ki, inzibati vəzifələrin ali təsnifatından Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Administrasiya rəhbərinin vəzifəsi çıxarılır və Birinci vitse-prezidentin fəaliyyətini bilavasitə təmin edən struktur bölmənin rəhbərinin vəzifəsi ilə əvəzlənir.
Həmçinin Azərbaycan Respublikası Dövlət müşavirlərinin vəzifəsi "Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən orqanda müşavirlər vəzifəsi ilə əvəzlənir.
11.1.2.1-ci maddədə "Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Administrasiya rəhbərinin müavini," sözləri "orqanın rəhbərinin müavini, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin fəaliyyətini bilavasitə təmin edən struktur bölmənin rəhbərinin müavini," sözləri ilə, "habelə həmin dövlət orqanlarında bölmə rəhbərlərinin vəzifələri" sözləri "həmin orqanlarda bölmə rəhbərlərinin vəzifələri, habelə Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisinin vəzifəsi" sözləri ilə əvəz edilsin.
Yəni, inzibati vəzifələrin birinci təsnifatında yer alan Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Administrasiya rəhbərinin müavini vəzifəsi Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin fəaliyyətini bilavasitə təmin edən struktur bölmənin rəhbərinin müavini vəzifəsi ilə əvəzlənir.
Həmin dövlət orqanlarında bölmə rəhbərlərinin vəzifələri isə həmin orqanlarda bölmə rəhbərlərinin vəzifələri, habelə Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisinin vəzifəsi ilə əvəzlənir.
11.1.3.1-ci və 11.1.4.1-ci maddələrdə "Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında" sözləri "orqanda" sözü ilə əvəz edilsin.
Belə ki, Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən Azərbaycan Respublikası Prezidentinin Administrasiyası ləğv olunaraq Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən orqan kimi fəaliyyət göstərəcək.
Bu gün, 11:18
Azərbaycanda ödənişli hərbi xidmət olacaq? - Rəsmi açıqlama
Bu gün, 10:00
DÇ-2026: Misir İranla bərabərə qalaraq ilk dəfə pley-offa vəsiqə qazanıb
Bu gün, 09:55
Yaxın saatlarda leysan olacaq, dolu düşəcək
Bu gün, 09:45
Bu ölkədə azanı qadağan etməyə hazırlaşırlar
Bu gün, 09:41
Bu gün Bakıda UFC turniri keçiriləcək
Bu gün, 09:01
Bu ölkədə son 50 ilin ən isti günü qeydə alındı
Bu gün, 09:00
Hərbi Xidmətdən Yayınanlara Sərt Mesaj: “Neqodnı” Olanlar Komissiyaya Gəlsin!
Dünən, 13:02
Xankəndidəki hərbi yürüşdən - Fotolar
Dünən, 12:13
NATO Azərbaycan Ordusuna qiymət verdi
Dünən, 12:11
NATO-nun Baş katibi Putini hədələdi: “Cavab verəcəyik”
Dünən, 11:51
Azərbaycandan Ermənistana 18 vaqon benzin və 8 vaqon dizel yanacağı göndərilib
Dünən, 11:14
NATO-nun gizli sənədi mətbuata sızdı - 70 milyardlıq yardım
Dünən, 11:05
Ötən gün 158 nəfər tutulub - 144-ü borca görə
Dünən, 10:39
8 gün əvvəl qızıl medal qazanan cüdoçumuz vəfat etdi
Dünən, 10:27
Zakir Həsənov hərbçilərə nə arzuladı?
Dünən, 10:17
Azərbaycan Ordusunun 108 yaşı: Bakının küçələri hərbi yürüşlərlə əks-səda verir
Dünən, 10:11
Süni intellekt vəkilləri də əvəzləməyə başlayır — Açıqlama
Dünən, 09:46
DİN əməliyyat keçirdi: Ekstazi, narkotik, pul - VİDEO
Dünən, 09:40
Yaponiyada yenidən güclü zəlzələ oldu
Dünən, 09:35
Avropada rekord istilər - Yüzlərlə ölən var
Dünən, 09:32
Venesuelada zəlzələdə ölənlərin sayı 235-ə çatdı
Dünən, 09:26
Arda DÇ-də rekorda imza atdı
Dünən, 09:23
Mehriban Əliyeva 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
Dünən, 09:11
Prezidentin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Dünən, 09:00
Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaradılması günüdür
25-06-2026, 16:49
Prezident 5 polkovnikə general-mayor rütbəsi verdi - ADLAR
25-06-2026, 16:46
Bu hərbçilər təltif edildi - SİYAHI