Prezidenti qəzəbləndirən tikintiyə görə Abutalıbovun başı “kötük”də - Skandal
Siyaset
Oxunub: 33 511
18 apr 2017 | 00:54
Prezidenti qəzəbləndirən tikintiyə görə Abutalıbovun başı “kötük”də - Skandal













Prezidentin Yasamalda dayandırdığı tikintiyə icazəni Bakı meri Hacıbala Abutalıbov veribmiş

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib. BŞİH-nin sərəncamı ilə tikintiyə başlanıb və ərazidəki yaşıllıqlar məhv olunub.

Əldə etdiyimiz xəbərə görə, sərəncamın BŞİH tərəfindən verilməsi ölkə rəhbərliyinin diqqətinə çatıb və Abutalıbova qarşı böyük bir hiddət var.

Bundan əvvəl də dəfələrlə H.Abutalıbovun sərəncamı ilə qanunsuz tikintilər həyata keçirilib, ərazilərdə yaşıllıqlar məhv olunub. Prezidentin xüsusi nəzarətində olan Bakının yaşıllaşdırılması prosesi hər zaman həyata keçirilir.

Amma məmurlar, icra başçıları yaşıl soyqırımı həyata keçirir, əraziləri qarış-qarış satırlar. Bu işdə Abutalıbovun iştirakı da az deyil. Yasamaldakı olaydan sonra BŞİH rəhbərinə töhmət veriləcəyi bildirilir.

Bakı merinin cəzalandırılması gözlənilir və ölçü götürüləcəyi deyilir. Artıq Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti-29 ünvanında yerləşən "Ovçular evi" İctimai Birliyinin ərazisində hazırda qalan 27 ağacın mühafizəsinin təmin edilməsi üçün "A-3 Sənaye Tikinti Korporasiyası" MMC-yə məcburi göstəriş verilib və ərazi nəzarətə götürülüb.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf mühitin mühafizəsi departamentinin sektor müdiri Raqub Mirzəyev bildirib.

Ulus.Az xəbər verir ki, "Mətbuat prospekti-29 ünvanında "Ovçular evi" İctimai Birliyinin ərazisində yaşıllıqların məhv edilməsi ilə bağlı ETSN-in "qaynar xətti"nə aprel ayının 13-də məlumat daxil olub.

Əraziyə keçirilən baxış nəticəsində 27 ədəd müxtəlif növ ağaca bioloji ziyan yetirildiyi müəyyən edilib, 12-44 sm diametrli müxtəlif ölçülü, içərisində şam, tut, yapon əzgili və s. olan 52 ədəd ağacın məhv edildiyi aşkarlanıb”.

R.Mirzəyevin sözlərinə, araşdırma zamanı müəyyən edilib ki, Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) müvafiq sərəncamı əsasında həmin ərazidə tikinti aparılması üçün torpaq sahəsi ayrılıb və "A-3 Sənaye Tikinti Korporasiyası" MMC tərəfindən orada tikinti işlərinə başlanılıb.

“Həmin şəxslər apardıqları tikinti işləri zamanı hazırda mövcud yaşıllıqların çox olmasını nəzərə almadan, qanunvericiliyə uyğun olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyindən müvafiq qaydada ekspertiza rəyi almadan ərazidə söküntü işlərinə başlayıblar. Nəticədə ərazidə yaşıllıq məhv edilib.

Bu səbəbdən də "A-3 Sənaye Tikinti Korporasiyası" MMC barəsində akt və protokol tərtib edilib və onlar tərəfindən ağacların məhv edilməsinə görə təbiətə 80 760 manat məbləğində ziyan vurulduğu müəyyənləşib.

Eyni zamanda, həmin MMC İnzibati Xətalar Məcəlləsinin bir neçə maddəsi əsasında 50 min manatadək cərimə edilib.

Vurulan ziyan cinayət tərkibi yaratdığından aidiyyəti üzrə hüquq mühafizə və məhkəmə orqanlarına müraciət edilib. Həmin MMC-yə ümumilikdə 130 760 manat cərimə kəsilib”.

Ulus.Az xatırladır ki, aprelin 15-də Prezidentin Mətbuat xdmətinin yaydığı məlumata görə, Prezident İlham Əliyevin göstərişi ilə Yasamal rayonu, Mətbuat prospektində yerləşən "Ovçular evi" ərazisində yaşayış binasının tikintisi dayandırılıb.

Buna səbəb tikinti aparan şirkət tərəfindən ərazidəki 54 ağacın qanunsuz olaraq kəsilməsi və ərazidəki yaşıllığın tamamilə məhv edilməsidir.

Tikinti yerindəki məlumat lövhəsinə görə, Yasamal rayonunda qeyd olunan ünvanda “Böyük Plaza” yaşayış və ticarət mərkəzinin tikintisi aparılırdı.

Lakin tikintini həyata keçirən şirkət mövcud qanunları pozaraq ərazidə ağacları qanunsuz olaraq ağır texnika ilə məhv edib. Məsələ ətraf binalarda yaşayan sakinlərin ciddi narazılığına səbəb olub.

Ərazidə aparılan tikinti zamanı yol verilmiş qanunsuzluqlar və ağacların kəsilməsinə ölkə prezidenti İlham Əliyev kəskin reaksiya göstərib, tikinti işlərinin dərhal dayandırılması və məsələnin nəzarətə götürülərək araşdırılması barədə göstəriş verib. Tikintinin maliyyə naziri Samir Şərifova aid olduğu haqda iddialar var.
Bu gün, 12:00
“Hər gün yüzlərlə iş yeri bağlanır”
Bu gün, 11:22
Yağışlı hava şəraiti ilə bağlı sürücülərə - Müraciət
Bu gün, 11:18
Azərbaycanda ödənişli hərbi xidmət olacaq? - Rəsmi açıqlama
Bu gün, 10:00
DÇ-2026: Misir İranla bərabərə qalaraq ilk dəfə pley-offa vəsiqə qazanıb
Bu gün, 09:55
Yaxın saatlarda leysan olacaq, dolu düşəcək
Bu gün, 09:45
Bu ölkədə azanı qadağan etməyə hazırlaşırlar
Bu gün, 09:41
Bu gün Bakıda UFC turniri keçiriləcək
Bu gün, 09:01
Bu ölkədə son 50 ilin ən isti günü qeydə alındı
Bu gün, 09:00
Hərbi Xidmətdən Yayınanlara Sərt Mesaj: “Neqodnı” Olanlar Komissiyaya Gəlsin!
Dünən, 13:02
Xankəndidəki hərbi yürüşdən - Fotolar
Dünən, 12:13
NATO Azərbaycan Ordusuna qiymət verdi
Dünən, 12:11
NATO-nun Baş katibi Putini hədələdi: “Cavab verəcəyik”
Dünən, 11:51
Azərbaycandan Ermənistana 18 vaqon benzin və 8 vaqon dizel yanacağı göndərilib
Dünən, 11:14
NATO-nun gizli sənədi mətbuata sızdı - 70 milyardlıq yardım
Dünən, 11:05
Ötən gün 158 nəfər tutulub - 144-ü borca görə
Dünən, 10:39
8 gün əvvəl qızıl medal qazanan cüdoçumuz vəfat etdi
Dünən, 10:27
Zakir Həsənov hərbçilərə nə arzuladı?
Dünən, 10:17
Azərbaycan Ordusunun 108 yaşı: Bakının küçələri hərbi yürüşlərlə əks-səda verir
Dünən, 10:11
Süni intellekt vəkilləri də əvəzləməyə başlayır — Açıqlama
Dünən, 09:46
DİN əməliyyat keçirdi: Ekstazi, narkotik, pul - VİDEO
Dünən, 09:40
Yaponiyada yenidən güclü zəlzələ oldu
Dünən, 09:35
Avropada rekord istilər - Yüzlərlə ölən var
Dünən, 09:32
Venesuelada zəlzələdə ölənlərin sayı 235-ə çatdı
Dünən, 09:26
Arda DÇ-də rekorda imza atdı
Dünən, 09:23
Mehriban Əliyeva 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
Dünən, 09:11
Prezidentin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Dünən, 09:00
Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaradılması günüdür