İlham Əliyev tapşırıq verdi: 3 nəfər cəzalandırıldı
Bakı şəhərinin Yasamal rayonu ərazisində Füzuli meydanının ətrafındakı yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması və abadlıq işlərinin aparılması, həmçinin Təzəpir məscidi kompleksinin ətraf ərazisinin abadlaşdırılması ilə əlaqədar tədbirlər haqqında Azərbaycan prezidentinin sərəncamlarına uyğun olaraq hazırlanan layihələr əsasında İnşaatçılar və Nərimanov prospektlərinin kəsişməsində (Statistika dairəsi) aparılan yenidənqurma işləri zamanı 8 N-li Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin iş icraşısı “Azəravtoyol” ASC-nin rəhbərliyinə və çalışdığı MMC-nin direktoruna məlumat vermədən görkəmli şair Mikayıl Müşfiqin ərazidə yerləşən büstünü çıxarıb.
Bununla da öz üzərinə düşən əmək funksiyasını lazımi qaydada yerinə yetirməyərək kobud şəkildə qanun pozuntusuna yol verdiyinə görə MMC-nin iş icraçısı Rəhimov Ramiz Tapdıq oğlu tutduğu vəzifədən azad edilərək işdən çıxarılıb. Bu barədə“APA-Economics”ə “Azəravtoyol”ASC-nin Mətbuat Katibliyinin rəisi Anar Nəcəfli bildirib.
Onun sözlərinə görə, həmçinin müəyyən edilib ki, 8 N-li Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin baş mühəndisi və direktoru üzərlərinə düşən vəzifələrini yerinə yetirməyərək layihədə nəzərdə tutulan işlərə nəzarəti lazımi qaydada həyata keçirməyiblər: “Bu səbəbdən MMC-nin direktoru Şirinov Əliheybət Balakişi oğluna xəbərdarlıq edilib, MMC-nin baş mühəndisi Hüseynov Yuris Xələf oğluna isə töhmət verilib”.
“Azəravtoyol” ASC görkəmli şair Mikayıl Müşfiqin büstünün çıxarılması ilə bağlı vaxtında ictimaiyyətə və KİV-ə məlumat verilməməsi nəticəsində yaranan haqlı narahatlığa görə üzr istəyir.
Qeyd edək ki, bu gün Azərbaycan prezidentinin köməkçisi Əli Həsənov APA-ya açıqlamasında bildirib ki, M.Müşfiqin büstünün götürülməsi prezident İlham Əliyev tərəfindən də narahatlıqla qarşılanıb. Prezident təcili olaraq məsələnin araşdırılması, məsuliyyət daşıyanların aşkarlanıb cəzalandırılması barədə tapşırıq verib.
Bu gün, 12:00
“Hər gün yüzlərlə iş yeri bağlanır”
Bu gün, 11:22
Yağışlı hava şəraiti ilə bağlı sürücülərə - Müraciət
Bu gün, 11:18
Azərbaycanda ödənişli hərbi xidmət olacaq? - Rəsmi açıqlama
Bu gün, 10:00
DÇ-2026: Misir İranla bərabərə qalaraq ilk dəfə pley-offa vəsiqə qazanıb
Bu gün, 09:55
Yaxın saatlarda leysan olacaq, dolu düşəcək
Bu gün, 09:45
Bu ölkədə azanı qadağan etməyə hazırlaşırlar
Bu gün, 09:41
Bu gün Bakıda UFC turniri keçiriləcək
Bu gün, 09:01
Bu ölkədə son 50 ilin ən isti günü qeydə alındı
Bu gün, 09:00
Hərbi Xidmətdən Yayınanlara Sərt Mesaj: “Neqodnı” Olanlar Komissiyaya Gəlsin!
Dünən, 13:02
Xankəndidəki hərbi yürüşdən - Fotolar
Dünən, 12:13
NATO Azərbaycan Ordusuna qiymət verdi
Dünən, 12:11
NATO-nun Baş katibi Putini hədələdi: “Cavab verəcəyik”
Dünən, 11:51
Azərbaycandan Ermənistana 18 vaqon benzin və 8 vaqon dizel yanacağı göndərilib
Dünən, 11:14
NATO-nun gizli sənədi mətbuata sızdı - 70 milyardlıq yardım
Dünən, 11:05
Ötən gün 158 nəfər tutulub - 144-ü borca görə
Dünən, 10:39
8 gün əvvəl qızıl medal qazanan cüdoçumuz vəfat etdi
Dünən, 10:27
Zakir Həsənov hərbçilərə nə arzuladı?
Dünən, 10:17
Azərbaycan Ordusunun 108 yaşı: Bakının küçələri hərbi yürüşlərlə əks-səda verir
Dünən, 10:11
Süni intellekt vəkilləri də əvəzləməyə başlayır — Açıqlama
Dünən, 09:46
DİN əməliyyat keçirdi: Ekstazi, narkotik, pul - VİDEO
Dünən, 09:40
Yaponiyada yenidən güclü zəlzələ oldu
Dünən, 09:35
Avropada rekord istilər - Yüzlərlə ölən var
Dünən, 09:32
Venesuelada zəlzələdə ölənlərin sayı 235-ə çatdı
Dünən, 09:26
Arda DÇ-də rekorda imza atdı
Dünən, 09:23
Mehriban Əliyeva 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
Dünən, 09:11
Prezidentin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Dünən, 09:00
Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaradılması günüdür