Prezidentimiz görün neylədi
Siyaset
Oxunub: 4 184
3 noy 2016 | 05:30
Prezidentimiz görün neylədi









Prezident bu rayonun içra başçısını dəyişir

Qardaşı uşaqlarına dələduzluq ittihamı ilə cinayət işi açılan icra başçısı yola salınır Politika.Az-ın əldə etdiyi məlumata görə, Beyləqan rayon rəhbəri Vaqif Abdullayev vəzifəsindən alınır. Onun adı indiyə qədər ən müxtəlif qalmaqallarda hallanıb. Media sərhasər icra hakiminin əməllərindən yazır. Sonuncu dəfə kanalizasiya xəttinin üstün satması və 300 minlik tualet tikdirməsi ilə gündəmə gəlmiş V.Abdullayevin reputasiyası tamamilə sıfıra enib. Nəhayət, onun qardaşı oğlanlarından birinin həbs olunması, digərlərinin işi üzrə istintaq getməsi rayon rəhbərinin karyerasını bitirib. V.Abdullayevin istefaya göndəriləcəyi gözlənilir. İcra başçısının qardaşı uşaqlarına görə uzun müddətdir başı bəla çəkir. Onun barəsində Prezident Administrasiyasında müsbət mövqe yoxdur. Beyləqan sakinlərinin də kifayət qədər narazı olduğu icra başçısının yerinə təyinat olacağı gözləntisi var. Bundan başqa, icra başçısının qəbuluna düşmək istəyən zərər çəkmişlər qardaşı uşaqlarının məsələsini həllini istəyiblər. V.Abdullayev yaxasını kənara çəkib. Politika.Az-ın əldə etdiyi məlumata görə, icra başçısının qardaşı uşaqları Abdullayev Zaur Sabir oğlu və qardaşı Abdullayev Yalçın Sabir oğlu bir qadının bahalı maşınını ələ keçiriblər. Bundan başqa, həmin qadına hədə-qorxu və təhdidlə 300 minlik sənədi imzalatdırıblar. Qardaşının digər oğlu Yunis Abdullayev isə həbs olunub. O, Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən həbs olunub. M.Saitqızının və digər zərərçəkənlərin – Əziz Əliyev və Əyyub Hüseynovun milyonlarla dəyəri olan əmlakları hazırda həbsdə olan Yunis Abdullayev və onun əmisioğlu Yalçın Abdullayev tərəfindən dələduzluq yolu ilə ələ keçirilib. Yalçın Abdullayev bundan başqa Rauf Kərimov adlı iş adamı ilə yaxın münasibət qurduqdan sonra 2013-cü ildə ondan 300 min dolları dəyərində avtomobillər götürüb və pulunu ödəməyib. R.Kərimov “Kral Mebel” mağazasını da Yalçın Abdullayevə güzəştli şərtlərlə icarəyə verib. R.Kərimov bankdan götürdüyə görə həbs olunduqdan sonra Y.Abdullayev bundan istifadə edərək onun 2 milyon 880 min ABŞ dolları dəyərində əmlaklarını özünün və yaxınlarının adına keçirib. Hazırda Yalçın Abdullayevi himayə edən vəzifəli şəxslər ondan şikayətçi olan zərərçəkmişləri təhdid edir, işdən çıxartdıracaqları ilə hədələyirlər. Qeyd edək ki, dələduzluqda ittiham olunan Yalçın Abdullayevin dəstəsinə daxil olan qardaşı Zaur Abdullayev, Xəyyam Balayev və Sahib Əliyev Eyyub Hüseynovun 3 mənzilini, polis əməkdaşı olan Əziz Əliyevi bir obyektini pul ödəmədən ələ keçiriblər. Onlar barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə cinayət işi açılıb.
Dünən, 16:00
Hitlerdən qalma "miras"lar "dirildi" – Avropanın 82 illik qorxusu
Dünən, 15:53
Günə 77 qəpiyə “Nar”dan smartfon!
Dünən, 15:30
Kuytul işi böyüyür – 9 məsul şəxs, 24 FETO bağlantısı və ər-arvadın həbsi
Dünən, 14:22
Paşinyan Rusiya və Avropa İttifaqı arasında SEÇİMİNİ ETDİ
Dünən, 13:35
Rusiya erməniləri qovmağa hazırlaşır?
Dünən, 13:06
Nura toylardakı “qapalı çevrə”ni ifşa etdi: “Hər kəs öz faizini alır”
Dünən, 12:55
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar
Dünən, 12:41
Ermənistan tezliklə referenduma hazırlıqlara başlaya bilər
Dünən, 12:06
Prezidentlə xanımını alqışlarla qarşıladılar
Dünən, 11:36
Əliyev Zelenskini təbrik etdi
Dünən, 11:33
Prezidentin təyyarəsi Buxara aeroportuna endi - Video - Yenilənir
Dünən, 10:59
Prezident bu gün Buxaraya gedəcək - Video
Dünən, 10:54
Azərbaycan nümayəndə heyəti “Ark” qalasında - Video
Dünən, 10:21
Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib
Dünən, 09:52
Türkiyənin qəzəbindən sonra yunan qorxusu– Afina "Patriot"ları adadan çıxardı
Dünən, 09:48
Sərhəddə saatlarla gözləyən TIR-larla bağlı mühüm qərar – Gürcüstan qaydaları kökündən dəyişdi
Dünən, 09:45
Aİ İsraili İordan çayının Qərb sahilində məskunlaşmanı dayandırmağa çağırdı
Dünən, 09:32
Suriya və İsrail arasında danışıqlar başlayıb: Dəməşq mövqeyini açıqladı
Dünən, 09:27
Tehranda su böhranı - Əhaliyə xəbərdarlıq edildi
Dünən, 09:23
Mirziyoyev: Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq arenada böyük uğurlar qazanır
Dünən, 09:20
İlham Əliyev: Dünyada Qarabağın bərpasında Azərbaycana ilk kömək edən ölkə Özbəkistandır
Dünən, 09:15
“Bu xəstəlik onu da apardı”
Dünən, 09:11
Mədəniyyət Nazirliyindən Tofiq Bakıxanovun vəfatı ilə bağlı - Nekroloq
Dünən, 09:00
Özbəkistan Prezidenti: Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək
22-08-2026, 12:12
Almaniya sürətlə silahlanır: Uzaqmənzilli raketlərə 12 milyard
22-08-2026, 10:31
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb
22-08-2026, 10:27
Bakıya uçan təyyarələr drona görə havaya qalxa bilmədı