"Vaxtlarını biabırçılıqla keçirirlər"- Deputatdan Ukraynada təhsil alan azərbaycanlılara ittiham
Bir müddət əvvəl, mətbuatda Ukraynada azərbaycanlıların girov götürüldüyü və ya itkin düşdüyü barədə məlumatlar yer almışdı. Hətta, oğurlanan azərbaycanlıların azad edilməsi də mümkün olub.
Məsələ ilə bağlı danışan Milli Məclisin Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rüfət Quliyev vəziyyəti şərh edib.
"Ukraynada yaşayan azərbaycanlılarla bağlı hər dəqiqə doğru oldu-olmadı xəbərlər yayılırdı. Ay nə bilim, azərbaycanlıları doğrayırlar, kəsirlər. Oktyabrın əvvəllərində məlum məsələlərlə əlaqədar, Ukraynada oldum. Ukrayna parlamentlərarası qrupun rəhbəri ilə görüşdüm. Ukraynalı deputatlarla bərabər, Ukraynadakı səfirimiz də həmin görüşdə iştirak edirdi. Məlum məsələni müzakirəyə çıxardıq. Ukrayna Ali Radasında azərbaycanlıların məsələsi 2 dəfə tribunadan səslənib. Ukraynalı deputatların çıxışında, "Ukraynada azərbaycanlılara qarşı heç bir şey olmayıb” deyilib.
Daha sonra Ukrayna Daxili İşlər nazirliyinin əməkdaşı ilə danışdıq. Bəlli oldu ki, artıq kriminogen vəziyyət dəyişib. Düzdür, azərbaycanlıların arasında iqtisadi problemlər olur. Sonra da bunu kriminal yolla həll etməyə başlayırlar. İki azərbaycanlının arasında yaranan çəkişmə Ukrayna hüquq-mühafizə orqanlarının işə qarışması ilə davam edir. Bu zaman uduzan tərəf bizimkilər olur. Diaspor nümayəndələri ilə də görüşdə bu məsələni bir daha qaldırdıq. Bəzi faktlar var ki, onu rəsmi şəkildə də bildirmişəm.
Ukraynaya göndərilən səfirimiz bütün məsələləri artıq yoluna qoyub. Səfirlə 3 dəfə görüşdük və hər görüşdə 2 saat söhbət etdik. Kim deyir ki, başqa millətlərə qarşı münasibət yaxşıdır azərbaycanlılara qarşı pisdir - bu, yalandır”.
Deputatın sözlərinə görə, Ukrayna prezidenti Pyotr Poroşenkonun dövründə bir çox məsələlər yoluna qoyulub.
"Ukraynalılar azərbaycanlıları çox sevir. Cənab Poroşenkonun qarşısında çıxış edərkən "çox sağ olun, cənab prezident. Ukraynada yaşayan 100-lə azərbaycanlıya elə şərait yaratmışınız ki, onlar sizə təşəkkür edir” dedim. Hal-hazırda Ukraynada bütün sahələrdə islahatlar başlayıb”.
R. Quliyev Ukraynada ali təhsil alan tələbələrlə bağlı çox sərt mövqe nümayiş etdirib.
"Ukraynada çoxlu sayda tələbələrimiz təhsil alır. Aralarında təhsilə xüsusi önəm verənlər çoxdur. Hətta, 60-70- % təşkil edir. Amma bir qism azərbaycanlı tələbə var ki, biabırçı formada asudə vaxtlarını keçirirlər. Dərslərə getmirlər. Ona görə də Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun sədri Hikmət Cavadovla birgə müraciət hazırlayırıq. Hikmət Cavadov, ali məktəblərlə əlaqə saxlayacaq.
Demək istəyirəm ki, övladları Ukraynada təhsil alan azərbaycanlı valideynlər Azərbaycanda rahat oturmasınlar. Daimi olaraq, Ukraynadakı ali məktəblərlə əlaqə saxlasınlar. Diaspora rəhbərliyinin də mənim də müraciətim budur: "Əziz valideynlər, uşaqlarınıza nəzarət edin”. Sabah bu gənclər ölkəyə qayıdanda əmək bazarında problem yaranacaq. Mütəxəssis ola bilməyəcəklər”.
///Modern.az
Bu gün, 16:00
"Mercedes-Benz" istehsalı dayandırır: Almaniyadakı zavodları bağlanır!
Bu gün, 15:30
ƏHALİNİN NƏZƏRİNƏ: Bu şəxslərə pulsuz ərzaq veriləcək
Bu gün, 14:22
Göy məsciddəki təxribatda mühüm DETAL – Türk Pezeşkianın müavini...
Bu gün, 13:43
“Gümrü rus əsgərlərinin şəhəridir!” - 102-ci baza ətrafında qalmaqal
Bu gün, 13:17
Etibar Pirverdiyevin milyonları: 17 İLLİK “AZƏRENERJİ” DÖVRÜNÜN QARANLIQ SİRLƏRİ AÇILIR!
Bu gün, 12:22
Milyonluq mülkləri ilə gündəm olan sabiq deputat işdən çıxarıldı
Bu gün, 12:18
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verdi
Bu gün, 12:15
Nəvəsinin andiçməsindən sonra meyiti tapılan Mirzəcan kişi ilə bağlı yeni detallar
Bu gün, 10:43
Səudiyyə Ərəbistanının strateji neft obyektləri VURULDU
Bu gün, 10:38
Məşğulluqdan aldığı inkubator aparatını satdı - İş Ali Məhkəməyə qədər getdi
Bu gün, 10:35
Azərbaycan, Gürcüstan və Türkiyə birgə təlimlər keçirir
Bu gün, 10:28
Pensiyalar ödənildi
Bu gün, 10:23
Bakının küçələrini bir-birinə qatdı - Narkotik çəkibmiş
Bu gün, 10:19
1049 güzəştli mənzil satışa çıxır - TARİX + QİYMƏTLƏR
Bu gün, 09:55
Memarlıq və İnşaat Universiteti Şərurlu İsfəndiyarla bağlı məlumat yaydı
Bu gün, 09:52
"TikTok"da 300 min manatlıq dələduzluq: Saxlanılanlar var - VİDEO
Bu gün, 09:45
Trampla Netanyahu telefonda dalaşıb?
Bu gün, 09:41
Bu gün millimizin oyunu var
Bu gün, 09:37
Kriminal şəbəkənin rəhbəri Azərbaycanda tutuldu - Türkiyə mediası
Bu gün, 09:00
Qorxmaz Hüseynovun “Azərsu” dövründə milyonlar hara yoxa çıxıb? – İSTİNTAQIN İZİ KEÇMİŞ RƏHBƏRLİYƏ UZANIR!
Dünən, 23:28
Azərbaycan Böyük Britaniya ilə strateji tərəfdaş oldu
Dünən, 21:41
Əliyev-Paşinyan görüşü başa çatdı - Yenilənib-Video
Dünən, 16:00
Putinin ölümündən sonra QİYAMƏT QOPACAQ? – ABŞ-dan qorxunc ssenari
Dünən, 15:30
20 dərəcə isti olacaq - SABAHIN HAVASI
Dünən, 14:22
Azərbaycan ən çox bu ölkə ilə ticarət edib
Dünən, 13:29
DİN və ETSN birgə əməliyyat keçirdi - VİDEO
Dünən, 13:22
İcra hakimiyyətləri ilə bağlı bu məsələ gələn ildən dəyişir - RƏSMİ