Kəmaləddin Heydərovdan sərt qərar: biri qaldı, biri getdi
2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında medallar əldə etmiş taekvondo və boks üzrə Azərbaycan yığmalarının baş məşqçilərinin milli komandadakı gələcək taleyi ilə bağlı qərar verilib.
Bu barədə hər iki federasiyada icraçı direktor vəzifəsində fəaliyyət göstərən Nağı Səfərov məlumat verib.
O, bildirib ki, taekvondo üzrə yığma komandanın baş məşqçisi Rza Mehmandustla müqavilə müddəti artırılıb. İranlı mütəxəssislə 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına qədər anlaşma əldə olunub. Bu müddətdə onun nəticələri qaneedici sayılsa, anlaşma müddəti yenidən artırıla bilər.
Boks yığmasının baş məşqçisi Pedro Roke isə istefaya göndərilib. N.Səfərovun sözlərinə görə, səbəb kubalı mütəxəssisin nəticələrinin federasiya rəhbərliyini qane etməməsidir. O bildirib ki, yeni baş məşqçi ilə bağlı qərar hələ verilməyib: "Namizədlər var. İdmançılar hazırda öz klublarında məşq edirlər. Ən geci 2017-ci ilin yanvarınadək yeni baş məşqçi təyin olunmalı və hazırlıqlara başlamalıyıq".
Qeyd edək ki, Azərbaycan taekvondoçuları "Rio-2016"da 1 qızıl, 2 bürünc, boksçular isə 1 gümüş, 1 bürünc medal qazanıb. Hər iki federasiyanın prezidenti fövqəladə hallar naziri Kəmaləddin Heydərovdur. (report)
Bu gün, 10:43
Səudiyyə Ərəbistanının strateji neft obyektləri VURULDU
Bu gün, 10:38
Məşğulluqdan aldığı inkubator aparatını satdı - İş Ali Məhkəməyə qədər getdi
Bu gün, 10:35
Azərbaycan, Gürcüstan və Türkiyə birgə təlimlər keçirir
Bu gün, 10:28
Pensiyalar ödənildi
Bu gün, 10:23
Bakının küçələrini bir-birinə qatdı - Narkotik çəkibmiş
Bu gün, 10:19
1049 güzəştli mənzil satışa çıxır - TARİX + QİYMƏTLƏR
Bu gün, 09:55
Memarlıq və İnşaat Universiteti Şərurlu İsfəndiyarla bağlı məlumat yaydı
Bu gün, 09:52
"TikTok"da 300 min manatlıq dələduzluq: Saxlanılanlar var - VİDEO
Bu gün, 09:45
Trampla Netanyahu telefonda dalaşıb?
Bu gün, 09:41
Bu gün millimizin oyunu var
Bu gün, 09:37
Kriminal şəbəkənin rəhbəri Azərbaycanda tutuldu - Türkiyə mediası
Bu gün, 09:00
Qorxmaz Hüseynovun “Azərsu” dövründə milyonlar hara yoxa çıxıb? – İSTİNTAQIN İZİ KEÇMİŞ RƏHBƏRLİYƏ UZANIR!
Dünən, 23:28
Azərbaycan Böyük Britaniya ilə strateji tərəfdaş oldu
Dünən, 21:41
Əliyev-Paşinyan görüşü başa çatdı - Yenilənib-Video
Dünən, 16:00
Putinin ölümündən sonra QİYAMƏT QOPACAQ? – ABŞ-dan qorxunc ssenari
Dünən, 15:30
20 dərəcə isti olacaq - SABAHIN HAVASI
Dünən, 14:22
Azərbaycan ən çox bu ölkə ilə ticarət edib
Dünən, 13:29
DİN və ETSN birgə əməliyyat keçirdi - VİDEO
Dünən, 13:22
İcra hakimiyyətləri ilə bağlı bu məsələ gələn ildən dəyişir - RƏSMİ
Dünən, 13:09
Pensiyaçılara ŞAD XƏBƏR - Bu tarixdə ödəniləcək
Dünən, 13:05
Startaplarla bağlı mühüm xəbər: güzəşt müddəti uzadılır
Dünən, 13:01
Dövlət bu xərcin yarısını ödəyəcək - Sahibkarların nəzərinə
Dünən, 11:43
Generalın qızından şikayətçi olan şəxsin kimliyi bəlli oldu
Dünən, 11:37
Mediaya 68,4 mln. manat ayrılacaq - Nazir müavini
Dünən, 11:13
Azərbaycandan bu məhsulların ixracı kəskin artdı
Dünən, 11:02
Paşinyanın “banan macərası”: Antalyada cibinə qoydu, Dublində çıxardı
Dünən, 10:55
Azərbaycanda ən yüksək maaşı bu şəxslər alır