Əhaliyə Gözlənilməz xəbər
Siyaset
Oxunub: 6 063
30 okt 2016 | 17:07
Əhaliyə Gözlənilməz xəbər






“Müharibə hər an başlaya bilər” - Millət vəkilindən xəbərdarlıq

Dağlıq Qarabağ cəbhəsində növbəti canlanma müşahidə olunur. Beynəlxalq “işgüzar”lar yenə aktivləşib. Yenə taxta üzərində fillə at gedişinin perspektivi müzakirə olunur. Yenə sağ əllə sol qulaq qaşınır

ATƏT-in Minsk Qrupunun fəaliyyəti eynən bizim ənənəvi-radikal müxalifəti xatırladır. Elə üzvləri də. Necə ki, bizim müxalifət “lider”lərinin təyinatı 24 ildir yeyib-içmək, gəzmək və “dəyərli məsləhətlər” vermək üzərindən formalaşıb, o cür də haqqında danışdığım funksionerlər. Məşhur kinoda deyildiyi kimi: “Gəlirlər, yazırlar, danışırlar, gedirlər”. Vəssalam. Nəticə isə bir “feysbuklu qardaş”ın getmək istədiyi NASA-dan savayı kimsəyə məlum deyil. Ya da Nostradamus, Vanqa olman lazım ki, adamların məntiqindən nəsə çıxarış, nəticə hasil edə biləsən.

Uorlik öz dəstəsi ilə işğalçı Ermənistanın ardınca, Dağlıq Qarabağı faktiki zəbt edən separat- saxta qurumun pişvazına gedir və qayıdınca məlum olur ki, demə Azərbaycan da güzəştə getməli imiş. Əcəbü-müəmmadır: Niyə? Görəsən Uorlikin dədə-baba torpağı Nyu-Cersidə hansısa mənşəyi naməlum antilop öz cinayətkar barrikadasını qursaydı hörmətli diplomat yenəmi belə düşünərdi? Və ya “Ermənistanı işğalçı adlandırmaq Dağlıq Qarabağ probleminin həllinə əngəldir” – fikri nə deməkdir? Bu nə sayaq təfəkkürdür? Ermənistan məgər bizim əzəli torpaqlarımıza güllə-çiçəklə, musiqiçilərlə, ansamblla, qardaşlıq şüarları ilə gəlib? Yoxsa canlarından keçən minlərlə şəhidlər, evindən-eşiyindən didərgin düşən günahsız insanlar, Xocalıda diri-diri yandırılan 3-5 yaşlı körpələr humanızmın təcəssümü olub, bizim xəbərimiz yoxdur? Nə danışır bunlar? Nə güzəşt? 25 il dişi-dırnağa sıxıb gözləməyin adı nədir bəs? Güzəşt deyilmi? Əli Kərimli də belə deyir də. Nə artığını, nə əskiyini demir. Adam “feysbuk”dakı silsilə qəhrəmanlıq statuslarının ardınca səfirlərlə keçirdiyi separat görüşlərdə açıqca bəyan ki, bu hakimiyyət yalnış yoldadı, güzəşt eləməlidi, status məsələsində kompromisə gəlməlidir. Ardınca da AXCP-nin Tvist Qrupunun həmsədri olan oğluna Konqresdə (dinləmələrdə) bərabər iştirak etdiyi erməni həmkarı ilə qardaşlıq, həmrəylik, bərabərlik nümunəsi göstərməyi tövsiyyə edir. Ona görə eyniləşdirdim.

Hələ fransalı nümayəndə Pyer Andriunu demirəm. Eynən bizim Nurəddin Məmmədlidir. Söhbəti “tutana” qədər söhbət bitir. Gəzməyə ölkə, maaş almağa yer, oturmağa stul olsun. Başqa məziyyəti, durumdan narahatlığı yoxdur. Həyatından tam qanedir.

Popov isə gəzir. Sadəcə gəzir. Güman ki, təbiət vurğunudur. Arada toparlanıb danışmaq istəyəndə də (2016-nın yanvar press-konfransından sitat: “Azərbaycan və Ermənistan arasındakı münaqişənin həlli üçün gərəkən faktorların səciyyəsi özündə elə kriteriyaları ehtiva edir ki, bunu məcmu halında, paket şəklində ortalığa qoymaq və qiymətləndirməkdən başqa çarəmiz qalmır”) elə danışır ki, Manananın azərbaycancasını anlamaq daha asan olur, nəinki onun diplomatik dilini...

Əlqərəz, hazırki situasiyada qabağa verilən Uorlikdir və ya toyda bütün əmioğluların adından böyük əminin oğlu danışdığıtək həmsədrlər adından da düz il yarımdır Uorlik danışır. Hərçənd mövzunun əsl məğzi, “alt yapı”sı özlərinə də bəllidir. Bu həmsədrlər də, təmsil olunduqları dövlətlər də çox gözəl anlayırlar ki, bıçaq sümüyə dirənib, hər an müharibə başlaya, aprel döyüşləri təkrarlana bilər. Ənənəvi dirənişin səbəbi isə zaman manevri etmək, vaxt qazanmaqdır. Sadəcə və sadəcə. Vəssalam.

Rusiya çox güman, aprel döyüşlərindən sonrakı danışıqlarda Azərbaycan tərəfinə daha sərfəli təkliflər verib. Ardınca isə verdiyi sözün arxasından qaçıb. Hiss olunan budur. Üstəlik, məlum məsələdir ki, diplomatik və qeyri-rəsmi hərbi sövdələşmələrin açıqlanmayan detalları olur. Burası da bəlli. Fəqət, şərəfsiz Sarkisyanın o ərəfədə söylədiyi bəzi iftiralara cavab olaraq həmin-məlum detalların bəzilərini cənab İlham Əliyev açıqlamaq məcburiyyətində qaldı. Dünya Azərbaycanlılarının Bakıda keçirilən qurultayında ölkə Prezidenti bəyan etdi ki, biz qorxumuzdan deyil, edilən minnət, xahiş və təklifləri nəzərə alaraq hərbi əməliyyatları dayandırmışıq. O da müvəqqəti. Ardınca da Sarkisyanın bir cümlə içində söylədiyi 4 yalanı ifşa edərək Ermənistan Prezidentinə növbəti tərs silləni vurdu. Məntiq isə buna hesablanmışdı: “Həqiqətləri təhrif etsəniz, siz də, sahibləriniz də fakt qarşısında qoyulacaq”

Amerika ilə bağlı vəziyyət də kuryozdu. Klintonun erməni sevgisi çoxlarına sirr olmadığı üçün, seçkini bu xanımın udmağı Dağlıq Qarabağ cəbhəsində yeni dilemma yarada bilər. Tramp isə qələbə çalacağı təqdirdə çox güman ki, Putinə “dəstək borcu”nu qaytarmağa və ən azından Qafqaz kimi lokal bölgələrdə maraqlı tərəf kimi çıxış etməməyə çalışacaq. Belə olan halda da kumanda bütünlükdə Rus liderin əlinə keçəcək və...diktənin fabulası şərtlərin fabulasını tam ahənglə stimullaşdıracaq. Təbii, mənfi dinamika üzərindən...

Deyim ki, Rusiya qardaş Türkiyəni də Dağlıq Qarabağla ilgili ehtimal olunan kritikalarda neytral saxlamağa çalışa bilər. Niyə? Daha doğrusu, necə? Çün, Ərdoğan fətullahçıların son çevriliş cəhdi zamanı Putinin verdiyi dəstəyi, atdığı kişilik addımını, Suriya və İraq məsələsində Rusiyanın Türk maraqları kontekstindən sərgilədiyi güzəşti, ən nəhayət rus liderin dilindən “Türkiyədəki çevriliş cəhdini Fətullah Gülən edib”- səslənişini, bununla da Amerikaya qarşı həmrəylik demarşını unudacaq adam deyil. Yəni, çox təpki olsa dərinə getməyə bilər. Hərçənd Ərdoğanın Azərbaycanı nə qədər sevdiyi, bizlərə öz canından-qanından kimi baxdığı, Dağlıq Qarabağ mövzusunu hansı böyük tribunalarda qaldırdığı da aryı bir faktdır. Və bu cür kritika ilə qarşılaşmamaq üçün Türk lider indidən çox müfəssəl plan cızır. Ki, məsələn, “sərhəd açılımı” məsələsində bir zamanlar yaşanan vəziyyət yenidən təkrarlanmasın. İstanbulda türk tərəfin təşəbbüsü ilə keçirilən 23-cü Dünya Enerji Konfransında beynəlxalq aləmə ünvanlanan “üçlük” ismarıcı, liderlərin birgə məşvərəti, 16 noyabr tarixinə planlanan Biznes Forumda Türkiyə-Azərbaycan-Gürcüstan müttəfiqliyinin xüsusi qabardılması, Ərdoğanın dilindən son zamanlar çox tez-tez səslənən silsilə Qarabağ açıqlamaları da eyni qəbildən olan estafetin davamıdır. Bəlli qrafik üzrə. Azərbaycan tək qalmasın deyə.

Ermənistan isə tam eyforik vəziyyətdədir. Hətta düşmən dövlətin təzə süpürgəsi - yeni təyin olunmuş Müdafiə Naziri Viqen Sarkisyan da (özünü təsdiq etmək üçün son günlər cəhbədə törətmiş olduğu təxribatlara rəğmən) bu gərginliyi gizlədəcək gücdə deyil. Düzdü, “İsgəndər” eyforiyası ilə bir müddət ictimai rəydə dığırlana bildilər. Amma çifayda. Həlqə boğazdan çıxmaz. Yaxalarının buraxılmayacağı dəqiqdir!

Və nəhayət:

Belə bir həssas məqamda Prezident Administrasiyası rəhbərinin müavini, hörmətli Novruz Məmmədovun dilindən səslənən fikirlər də qətiyyən nəzərdən qaçmamalıdır: “Qaynar nöqtələrdə münaqişə yenidən alovlana bilər. Bu sadəcə an məsələsidir.”

Novruz müəllim ölkənin ən ciddi və məlumatlı şəxslərindən biridir. Dövlət adından danışır. Ayrıca, Ermənistanın beynəlxalq təmsilçilərindən fərqli olaraq heç vaxt ənənəvi ritorikaya istinad etmir.

Demək, müharibə ehtimalı yetərincə böyükdür. Bəlkə də qapının düz ağzındadır.

Elşən Musayev,
Milli Məclisin deputatı.
Bu gün, 10:43
Səudiyyə Ərəbistanının strateji neft obyektləri VURULDU
Bu gün, 10:38
Məşğulluqdan aldığı inkubator aparatını satdı - İş Ali Məhkəməyə qədər getdi
Bu gün, 10:35
Azərbaycan, Gürcüstan və Türkiyə birgə təlimlər keçirir
Bu gün, 10:28
Pensiyalar ödənildi
Bu gün, 10:23
Bakının küçələrini bir-birinə qatdı - Narkotik çəkibmiş
Bu gün, 10:19
1049 güzəştli mənzil satışa çıxır - TARİX + QİYMƏTLƏR
Bu gün, 09:55
Memarlıq və İnşaat Universiteti Şərurlu İsfəndiyarla bağlı məlumat yaydı
Bu gün, 09:52
"TikTok"da 300 min manatlıq dələduzluq: Saxlanılanlar var - VİDEO
Bu gün, 09:45
Trampla Netanyahu telefonda dalaşıb?
Bu gün, 09:41
Bu gün millimizin oyunu var
Bu gün, 09:37
Kriminal şəbəkənin rəhbəri Azərbaycanda tutuldu - Türkiyə mediası
Bu gün, 09:00
Qorxmaz Hüseynovun “Azərsu” dövründə milyonlar hara yoxa çıxıb? – İSTİNTAQIN İZİ KEÇMİŞ RƏHBƏRLİYƏ UZANIR!
Dünən, 23:28
Azərbaycan Böyük Britaniya ilə strateji tərəfdaş oldu
Dünən, 21:41
Əliyev-Paşinyan görüşü başa çatdı - Yenilənib-Video
Dünən, 16:00
Putinin ölümündən sonra QİYAMƏT QOPACAQ? – ABŞ-dan qorxunc ssenari
Dünən, 15:30
20 dərəcə isti olacaq - SABAHIN HAVASI
Dünən, 14:22
Azərbaycan ən çox bu ölkə ilə ticarət edib
Dünən, 13:29
DİN və ETSN birgə əməliyyat keçirdi - VİDEO
Dünən, 13:22
İcra hakimiyyətləri ilə bağlı bu məsələ gələn ildən dəyişir - RƏSMİ
Dünən, 13:09
Pensiyaçılara ŞAD XƏBƏR - Bu tarixdə ödəniləcək
Dünən, 13:05
Startaplarla bağlı mühüm xəbər: güzəşt müddəti uzadılır
Dünən, 13:01
Dövlət bu xərcin yarısını ödəyəcək - Sahibkarların nəzərinə
Dünən, 11:43
Generalın qızından şikayətçi olan şəxsin kimliyi bəlli oldu
Dünən, 11:37
Mediaya 68,4 mln. manat ayrılacaq - Nazir müavini
Dünən, 11:13
Azərbaycandan bu məhsulların ixracı kəskin artdı
Dünən, 11:02
Paşinyanın “banan macərası”: Antalyada cibinə qoydu, Dublində çıxardı
Dünən, 10:55
Azərbaycanda ən yüksək maaşı bu şəxslər alır