Hökumətdən əhaliyə şad xəbər
Ehtimal olunur ki, referendumdan sonra dövlət qurumlarında ciddi islahatlar aparılacaq. Belə ki, bir neçə nazirliyin birləşdirilməsi və bir sıra dövlət komitələrinin isə ləğvi gündəmdədir. Ekologiya və Təbii Sərvətlər və Energetika nazirliklərinin İqtisadiyyat Nazirliyinə, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Nəqliyyat Nazirliyinə biləşdiriləcəyi gözlənilir.
Bir neçə Dövlət Komitəsinin isə ümumiyyətlə ləğv olunacağı və ya ən yaxşı halda hansısa nazirliyin balansına veriləcəyi ehtimal edilir. Qeyd edək ki, Azərbaycanda belə bir təcrübə var. Bir müddət öncə Dövlət Sosial Müdafiə Fondu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyinə verildi. Hökumətin bu addımı “islahat” adı altında atacağı deyilir. Dövlət komitələrindən ləğv olunmağa ən real “namizədlər” isə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Diasporla İş Üzrə Dövlət Komitəsidir. Əmlak Məsələləri Dövlət Komitəsinin isə Ədliyyə Nazirliyinə birləşdiriləcəyi gözlənilir. Ümumiyyətlə, dövlət büdcəsi hesabına maliyyələşən, fəaliyyəti qənaətbəxş sayılmayan qurumların ləğvi prosesi aparılacaq.
Hökumət isə büdcəni qorumaq üçün bu addımı atmağı planlaşdırır. Onsuz da görəcəyi bir işi “islahat” adı altında ictimaiyyətə təqdim etmək də hökumətin maraqları çərçivəsində olan məsələdir. Bu addımın referendumdan sonra atılması da əslində düzgün düşünülmüş addımdır. Hər bir halda bunu referendumun nəticələri kimi təqdim etmək hökumətə daha bir müsbət xal qazandıracaq.
Siyahı hazırdır
Nazirliklərin birləşdirilməsi prosesi isə daha çətin olacaq. Çünki heç bir nazir öz postunu itirmək istəməyəcək. Ona görə də, nazirliklər bu proses başa çatana qədər özlərini qorumaq üçün ciddi səylə işləməyə başlayacaqlar. Ancaq ehtimal olunur ki, bu məsələ, yəni birləşdiriləcək nazirliklərin siyahısı artıq hazırdır və referendum bitdikdən sonra icrasına başlanacaq. Bu siyahıya salınan adların dəyişdirilməsi isə gözlənilmir. Ləğv olunmağa digər ən real namizəd isə Mərkəzi Bankdır. Mərkəzi Bankın ləğvinə hazırlıq isə digərlərindən fərqli olaraq uzun zamandır gedir. Maliyyə Bazarlarına Nəzarət Palatasının da məhz bunun üçün yaradıldığı deyilir. İlk zamanlarda Mərkəzi Bankın bir qurum olaraq saxlanılacağı deyilsə də hadisələrin inkişafı fərqli məcraya yönəldi.
Mərkəzi Bankın yürütdüyü maliyyə siyasəti hökumət rəsmiləri qəbul etmədiyi üçün bu qurum ətrafında qalmaqal artmağa başladı. Mərkəzi Bank qurum olaraq birdəfəlik ləğv olunması gündəmdədir. Yəni publik şəxs elan edilmiş Mərkəzi Bankın bütün səlahiyyətləri əlindən alınaraq yeni yaradılmış Maliyyə Bazarlarına Nəzarət Palatasına verilə bilər. Qeyd edək ki, bu ehtimal bir müddət öncə də səslənirdi və hətta hökumət rəsmiləri bu iddianı müəyyən qədər təsdiq də edirdilər. Amma Maliyyə Bazarlarına Nəzarət Palatası yaradılsa da, Mərkəzi Bank yerində qaldı və demək olar ki, hal-hazırda da maliyyə bazarına nəzarət edir. Ancaq referendumdan sonra bu məsələyə də birdəfəlik aydınlıq gələcək və nəticədə Mərkəzi Bankın bir qurum olaraq qalıb-qalmayacağı bəlli olacaq. Səslənən iddiaların nə dərəcədə özünü doğruldacağı isə referendumun bitməsindən sonra bəlli olacaq.
Nazir: Pensiyalar və əmək haqları artırılacaq
Gələn ilin dövlət büdcəsində neftdən daxilolmaların hesablanması üçün neftin 1 barrelinin baza qiyməti 40 dollardan götürülüb.
Azerinfo.az APA-Economics-ə istinadən xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov deyib.
Nazir həmçinin 2017-ci il dövlət büdcəsinin əsas prioritetlərini də açıqlayıb:
“Şübhəsiz ki, büdcə layihəsi hazırlanarkən dünya iqtisadiyyatında baş verənlər nəzərə alınıb. Azərbaycan qlobal iqtisadiyyatın tərkib hissəsidir və baş verənlər bizə də təsirsiz ötüşmür. Qlobal iqtisadiyyatda qeyri-müəyyənliklər davam edir. Bunu nəzərə alaraq biz xarici şokların ölkə iqtisadiyyatına təsirini azaltmalıyıq və bu istiqamətdə bir sıra addımlar atılıb.
Bilirsiniz ki, cari ildə dövlət sektorunda çalışanların əmək haqları artırılıb. Gələn ildə də bu addımların davamlı olması üçün biz büdcədə maliyyə təminatı yaratmalıyıq. Digər tərəfdən cari ildə sosial müavinətlərin, pensiyaların, təqaüdlərin və digər sosial ödənişlərin artımı baş verib. Bu cür artımların gələn ildə də baş verməsi üçün maliyyə təminatı nəzərdə tutulub.
Digər tərəfdən unutmamalıyıq ki, bizim gəlirlərimiz əhəmiyyətli dərəcədə azalıb. Biz çalışmalıyıq ki, xərclərimizlə gəlirlərimiz ayaqlaşsın. Bunun əksi baş verərsə, biz risklərlə üz-üzə qalarıq. Gələn il xərclər siyasətimiz daha sərt olacaq. Bu, o deməkdir ki, daha səmərəli xərclərə üstünlük veriləcək”.
Dünən, 16:00
Hitlerdən qalma "miras"lar "dirildi" – Avropanın 82 illik qorxusu
Dünən, 15:53
Günə 77 qəpiyə “Nar”dan smartfon!
Dünən, 15:30
Kuytul işi böyüyür – 9 məsul şəxs, 24 FETO bağlantısı və ər-arvadın həbsi
Dünən, 14:22
Paşinyan Rusiya və Avropa İttifaqı arasında SEÇİMİNİ ETDİ
Dünən, 13:35
Rusiya erməniləri qovmağa hazırlaşır?
Dünən, 13:06
Nura toylardakı “qapalı çevrə”ni ifşa etdi: “Hər kəs öz faizini alır”
Dünən, 12:55
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar
Dünən, 12:41
Ermənistan tezliklə referenduma hazırlıqlara başlaya bilər
Dünən, 12:06
Prezidentlə xanımını alqışlarla qarşıladılar
Dünən, 11:36
Əliyev Zelenskini təbrik etdi
Dünən, 11:33
Prezidentin təyyarəsi Buxara aeroportuna endi - Video - Yenilənir
Dünən, 10:59
Prezident bu gün Buxaraya gedəcək - Video
Dünən, 10:54
Azərbaycan nümayəndə heyəti “Ark” qalasında - Video
Dünən, 10:21
Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib
Dünən, 09:52
Türkiyənin qəzəbindən sonra yunan qorxusu– Afina "Patriot"ları adadan çıxardı
Dünən, 09:48
Sərhəddə saatlarla gözləyən TIR-larla bağlı mühüm qərar – Gürcüstan qaydaları kökündən dəyişdi
Dünən, 09:45
Aİ İsraili İordan çayının Qərb sahilində məskunlaşmanı dayandırmağa çağırdı
Dünən, 09:32
Suriya və İsrail arasında danışıqlar başlayıb: Dəməşq mövqeyini açıqladı
Dünən, 09:27
Tehranda su böhranı - Əhaliyə xəbərdarlıq edildi
Dünən, 09:23
Mirziyoyev: Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq arenada böyük uğurlar qazanır
Dünən, 09:20
İlham Əliyev: Dünyada Qarabağın bərpasında Azərbaycana ilk kömək edən ölkə Özbəkistandır
Dünən, 09:15
“Bu xəstəlik onu da apardı”
Dünən, 09:11
Mədəniyyət Nazirliyindən Tofiq Bakıxanovun vəfatı ilə bağlı - Nekroloq
Dünən, 09:00
Özbəkistan Prezidenti: Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək
22-08-2026, 12:12
Almaniya sürətlə silahlanır: Uzaqmənzilli raketlərə 12 milyard
22-08-2026, 10:31
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb
22-08-2026, 10:27
Bakıya uçan təyyarələr drona görə havaya qalxa bilmədı