"Onda edə bilməzdilər, çünki Heydər Əliyev imkan verməzdi" - "Ayıb deyilmi?"

“Telekanallar bir ermənilərə, bir də bizə qadağa qoyub”
“2015-ci ilin may ayından bizə bütün telekanallarda qadağa qoyulub”.
Bu sözləri “Primetime”a müsahibəsində əməkdar artist, "Planet Parni iz Baku" KVN Teatrının bədii rəhbəri Tahir İmanov deyib.
Aktyor telekanalların onlara nə səbəbə qadağa qoyduğunu da açıqlayıb:
“Dövlət qurumlarını tənqid etmək olmaz. Bilirsiniz, qəribə olan odur ki, biz bu işlə 25 ildir məşğuluq. Təsəvvür edirsiniz? Bu, əsrin 1/4 hissəsidir. Bu tənqidləri ümummilli liderimiz Heydər Əliyev görüb, cənab prezidentimiz İlham Əliyev və ailəsi bizə baxıblar. Onlar bizim çıxışlarımızı bəyənib, alqışlayıblar. Həmçinin, dəfələrlə məmurlar görüb. Bir zamanlar bu tənqidləri həmin məmurlar qəbul edirdi, indi qadağa edirlər? Qadağa edirdinizsə, əvvəldən edərdiniz. Amma onda edə bilməzdilər. Çünki Heydər Əliyev imkan verməzdi. Elə sonralar da, nə qədər ki, sözümüzü cənab prezident İlham Əliyevə çatıra bilirdik, bizə mane ola bilmirdilər. Amma indi, əfsuslar olsun ki, sözümüzü cənab Prezidentimizə çatdıra bilmirik. Bundan istifadə edənlər bir düyməyə basıb, telekanalların rəhbərlərinə zəng edirlər və bizə qadağa qoydururlar. Görünür, məmurların hər hansı yollasa telekanalara müdaxiləsi mümkündür. KVN-i ilk vaxtlardan Ümummilli Liderimiz dəstəkləyib, bizə xeyir-dua verib. Əsas məsələ odur ki, 25 ildir Azərbaycan dövlətinə xidmət edirik. Buna görə heç kimə minnət qoymamışıq, heç kimdən nəsə ummamışıq. Dövlətimizə, onun adına təmənnasız xidmət etmişik. Necə ki, bunu Bülbül, Rəşid Behbudov, Müslüm Maqomayev edib. Biz özümüzü bu dahilərlə müqayisə etmirik. Amma bizi onlarla birləşdirən ortaq cəhət - dövlətimizə təmənnasız xidmət etməyimizdir. "Parni iz Baku " KVN komandasının 25 illik yubileyi haqqında heç bir telekanalın səsi çıxmadı. Elə bil biz tarixdə olmamışıq. Sizin sayt vasitəsilə onlara sual verirəm. Ayıb deyilmi? Sabah ölkə başçımız xəbər tutanda və bizim efirlərdən hara yox olduğumuzu soruşanda, yenidən bizi efirə qaytarmaq istəyəndə nə deyəcəksiniz? Üzümüzə necə baxacaqsınız? Azərbaycan KVN-nin rəmzi, "vizitkartı" olan Bəhram Bağırzadənin üzünə necə baxacaqsınız? XX-ci əsrin çempionları olan, erməniləri diz üstə çökdürən Cabir İmanovun, Azər Məmmədzadənin, Emil Abbasovun, Tahir İmanovun - yəni mənim, üzümə necə baxacaqsınız? Bizi yandıran elə budur. Amma sabah bizə bir şey olsa, qəzaya düşsək, başımıza daş düşüb ölsək, hamı bizdən danışacaq. Bizim haqqımızda verilişlər hazırlanacaq. Deyəcəklərki, "biz onları çox sevirdik. Onlar dahi komanda idi. Tahir İmanov bizi düzgün başa düşmədi. Onlara heç bir qadağa qoyulmayib. Belə şey olmayıb və s.
Bu gün Azərbaycanın televiziya məkanında 3 istiqamətdə qadağa qoyulub. Ermənilərə, terroristlərə və bizə... Qoy, telekanallarımız camaatın başını savadsız maqazin verilişləri, səviyyəsiz teleseriallarla qatsınlar. Mən özümə diqqət istəyirəm. Mən sənət adamıyam. Efir sənət adamının, sənətkarın oksigenidir. Mən çox şey istəmirəm. Heç olmasa ilin 365 günündən bizə də gün sərf etsinlər. Mən sizi inandırım ki, sabah ölkə başçısı bizim konsertimizə gəlsə, dərhal göstərəcəklər. Deyəsən, televiziya rəhbərləri unudublar ki, biz bütün mövzulara ölkə başçısının tənqidlərindən sonra toxunuruq. Sadəcə, prezidentin irad bildirdiyi məsələləri biz satira və yumorun dili ilə səhnələşdiririk”.
Dünən, 16:00
Hitlerdən qalma "miras"lar "dirildi" – Avropanın 82 illik qorxusu
Dünən, 15:53
Günə 77 qəpiyə “Nar”dan smartfon!
Dünən, 15:30
Kuytul işi böyüyür – 9 məsul şəxs, 24 FETO bağlantısı və ər-arvadın həbsi
Dünən, 14:22
Paşinyan Rusiya və Avropa İttifaqı arasında SEÇİMİNİ ETDİ
Dünən, 13:35
Rusiya erməniləri qovmağa hazırlaşır?
Dünən, 13:06
Nura toylardakı “qapalı çevrə”ni ifşa etdi: “Hər kəs öz faizini alır”
Dünən, 12:55
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar
Dünən, 12:41
Ermənistan tezliklə referenduma hazırlıqlara başlaya bilər
Dünən, 12:06
Prezidentlə xanımını alqışlarla qarşıladılar
Dünən, 11:36
Əliyev Zelenskini təbrik etdi
Dünən, 11:33
Prezidentin təyyarəsi Buxara aeroportuna endi - Video - Yenilənir
Dünən, 10:59
Prezident bu gün Buxaraya gedəcək - Video
Dünən, 10:54
Azərbaycan nümayəndə heyəti “Ark” qalasında - Video
Dünən, 10:21
Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib
Dünən, 09:52
Türkiyənin qəzəbindən sonra yunan qorxusu– Afina "Patriot"ları adadan çıxardı
Dünən, 09:48
Sərhəddə saatlarla gözləyən TIR-larla bağlı mühüm qərar – Gürcüstan qaydaları kökündən dəyişdi
Dünən, 09:45
Aİ İsraili İordan çayının Qərb sahilində məskunlaşmanı dayandırmağa çağırdı
Dünən, 09:32
Suriya və İsrail arasında danışıqlar başlayıb: Dəməşq mövqeyini açıqladı
Dünən, 09:27
Tehranda su böhranı - Əhaliyə xəbərdarlıq edildi
Dünən, 09:23
Mirziyoyev: Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq arenada böyük uğurlar qazanır
Dünən, 09:20
İlham Əliyev: Dünyada Qarabağın bərpasında Azərbaycana ilk kömək edən ölkə Özbəkistandır
Dünən, 09:15
“Bu xəstəlik onu da apardı”
Dünən, 09:11
Mədəniyyət Nazirliyindən Tofiq Bakıxanovun vəfatı ilə bağlı - Nekroloq
Dünən, 09:00
Özbəkistan Prezidenti: Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək
22-08-2026, 12:12
Almaniya sürətlə silahlanır: Uzaqmənzilli raketlərə 12 milyard
22-08-2026, 10:31
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb
22-08-2026, 10:27
Bakıya uçan təyyarələr drona görə havaya qalxa bilmədı