“Get, Yaqub Mahmudovun ayaqqabısını sil...”
Siyaset
Oxunub: 1 024
25 sen 2016 | 08:14
“Get, Yaqub Mahmudovun ayaqqabısını sil...”










Axmaqlığın bundan o tərəfi ola bilməz. Adam etiraz edir ki, sən niyə hörmətli Yaqub Mahmudovu böyük tarixçi hesab etmirsən?

Politika.Az xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa onun yazdığı şərhə tarixçi-alim Dilavər Əzimlinin cavabını şərh edərkən bildirib. Fazil Mustafa barəsində səsləndirilən ittihamlara da cavab verib:

“Adam bildirir ki, sən niyə Toynbiinin adını çəkirsən, o ki Osmanlıya qarşı olub? Bu nə məntiq, bu nə anormallıq, Məhərrəmlikdə baş yarmaq üçün istifadə olunan zəncirin fəlsəfəsini yazan bu adam bu gün Azərbaycanda tarixçi alim sayılır, işlədiyi müəssisənin müdirindən başqa tarixçi tanımır. Əlbəttə, Yaqub Mahmudova ağsaqqal bir insan kimi böyük hörmətim olduğunu yazmışam, faydalı araşdırmaları olduğunu qeyd etmişəm, ancaq dünya tarixşünaslığına damğasını vuran dahilərlə adının bir sırada niyə çəkmədiyimə adam etiraz bidirir. Bu adam bilirmi ki, Mommzen 1903-cü ildə "Roma tarixi" (5 cildlik) əsərinə görə Nobel mükafatı alıb. Adam bilirmi ki, "Bolşevik inqilabı" şedevr tarix trilogiyasının müəllifi Karr ixtisasca diplomat olub, tarixçi təhsili olmayıb? Bu adam Karrın heç olmasa "Tarix nədir?" əsərini bir dəfə də olsun vərəqləyibmi? Toynbiinin Osmanlı dövlətinə, Atatürkə qarşı mənfi münasibəti və ya təhrifləri olsa da, bütün dünyada tarixin metodologiyasını və sivilizasiyaları fərqli izah edən mütəfəkkirlərdən biri hesab olunur. Zəki Vəlidi Toğan kimi "Ümumi türk tarixinə giriş" əsərinin müəllifinin səhvini tutacaq qədər irəli gedən bir anlayışla yazılan tarixi mətnlərimizi ona görə də hüdudlarımızdan kənarda ciddi qəbul edən yoxdur.

Yaltaqlıq etmək istəyirsən, sabah Akademiyanın dəhlizində yaxınlaşıb hörmətli Yaqub müəllimin ayaqqabısını sil, ancaq qüsura baxma, sənin arzunu yerinə yetirməyim imkansızdır, çünki Azərbaycanda bir sıra istedadlı tarix araşdırmaçıları, dəyərli alimlər olsa da, hələ ki, Zəki Vəlidi Toğanla, Mommzenlə, Karrla, Toynbii ilə sıralamada yer alan tarixçi gözümə dəymir”.
Dünən, 16:00
Hitlerdən qalma "miras"lar "dirildi" – Avropanın 82 illik qorxusu
Dünən, 15:53
Günə 77 qəpiyə “Nar”dan smartfon!
Dünən, 15:30
Kuytul işi böyüyür – 9 məsul şəxs, 24 FETO bağlantısı və ər-arvadın həbsi
Dünən, 14:22
Paşinyan Rusiya və Avropa İttifaqı arasında SEÇİMİNİ ETDİ
Dünən, 13:35
Rusiya erməniləri qovmağa hazırlaşır?
Dünən, 13:06
Nura toylardakı “qapalı çevrə”ni ifşa etdi: “Hər kəs öz faizini alır”
Dünən, 12:55
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar
Dünən, 12:41
Ermənistan tezliklə referenduma hazırlıqlara başlaya bilər
Dünən, 12:06
Prezidentlə xanımını alqışlarla qarşıladılar
Dünən, 11:36
Əliyev Zelenskini təbrik etdi
Dünən, 11:33
Prezidentin təyyarəsi Buxara aeroportuna endi - Video - Yenilənir
Dünən, 10:59
Prezident bu gün Buxaraya gedəcək - Video
Dünən, 10:54
Azərbaycan nümayəndə heyəti “Ark” qalasında - Video
Dünən, 10:21
Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib
Dünən, 09:52
Türkiyənin qəzəbindən sonra yunan qorxusu– Afina "Patriot"ları adadan çıxardı
Dünən, 09:48
Sərhəddə saatlarla gözləyən TIR-larla bağlı mühüm qərar – Gürcüstan qaydaları kökündən dəyişdi
Dünən, 09:45
Aİ İsraili İordan çayının Qərb sahilində məskunlaşmanı dayandırmağa çağırdı
Dünən, 09:32
Suriya və İsrail arasında danışıqlar başlayıb: Dəməşq mövqeyini açıqladı
Dünən, 09:27
Tehranda su böhranı - Əhaliyə xəbərdarlıq edildi
Dünən, 09:23
Mirziyoyev: Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq arenada böyük uğurlar qazanır
Dünən, 09:20
İlham Əliyev: Dünyada Qarabağın bərpasında Azərbaycana ilk kömək edən ölkə Özbəkistandır
Dünən, 09:15
“Bu xəstəlik onu da apardı”
Dünən, 09:11
Mədəniyyət Nazirliyindən Tofiq Bakıxanovun vəfatı ilə bağlı - Nekroloq
Dünən, 09:00
Özbəkistan Prezidenti: Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək
22-08-2026, 12:12
Almaniya sürətlə silahlanır: Uzaqmənzilli raketlərə 12 milyard
22-08-2026, 10:31
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb
22-08-2026, 10:27
Bakıya uçan təyyarələr drona görə havaya qalxa bilmədı