Artur Rasizadənin yerine yeni teyinat

Yerinə Vasif Talıbov gəlir
Referendum və dekabrda gözlənilən növbədənkənar prezident seçkisi bitdikdən sonra Nazirlər Kabinetinin yenidən təşkili gözlənilir. Bu barədə istiqlal.az-a hakimiyyətə yaxın mənbələrdən məlumat daxil olub.
Qanunla yeni prezident seçildikdən sonra Nazirlər Kabineti avtomatik istefaya gedir.
Mənbə deyir ki, nazirliklərin bir hissəsinin ləğvi və yenidən təşkili nəzərdə tutulur: "Ən başlıcası isə baş nazir postuna 81 yaşlı Artur Rəsi-zadənin yerinə 56 yaşlı, Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov gətirilir. A.Rəsi-zadədən fərqli olaraq V.Talıbov işlək baş nazirə çevrilir. Struktur islahatları çərçivəsində baş nazir müavinləri postları da ləğv edilir və baş nazir Nazirlər Kabinetini öz müşavirlərinin xidmətindən yararlanmaqla idarə edir".
Mənbənin məlumatına görə, V.Talıbovun baş nazir postuna gətirilməsi bir neçə amillə bağlıdır.
Birincisi, V.Talıbovun sərt və kompromissiz idarəçiliyi indiki halda onu siyasi hakimiyyət üçün əhəmiyyətli fiqura çevirib. İndi hakimiyyətə ənənəvi klanları dağıtmaq, nazirliklərdəki korrupsiya ocaqlarını söndürmək, maliyyə qruplarınının siyasi hakimiyyətə təsirini neytrallaşdırmaq, ölkədə yeni iqtisadi münasibətlərə keçidi təmin edəcək fiqura ehtiyac var. Bir sözlə, siyasi rəhbərliyin hökumətdə səliqə-səhman yaradacaq bir baş nazirə ehtiyacı var. Bu parametrlərə görə, ən münasib namizəd V.Talıbovdur.
İkincisi, V.Talıbovun ən vacib keyfiyyəti onun klanların fövqündə durmasıdır. O bunu Naxçıvana rəhbərlik etdiyi dönəmdə əyəni şəkildə sübut edib. Bakıda yaşayan ən qüdrətli Naxçıvan əsilli oliqarxlar belə Naxçıvana nüfuz edə bilməyiblər. Onlar Naxçıvanda V.Talıbovun qoyduğu qaydalara tabe olmağa məcbur olublar. İndiki halda hakimiyyətin ən böyük problemlərindən biri oturuşmuş sabit korrupsiya zənciridir. Korrupsiya şəbəkəsi elə oturuşub ki, qurumların birinci şəxsinin dəyişməsi də, bu zənciri qıra bilmir. Sonda yeni nazir də köhnə zəncirin bir həlqəsinə çevrilir. Çünki maraqlar uzlaşdırılır. V.Talıbov isə Naxçıvana rəhbərlik etdiyi müddətdə bu zənciri çoxdan qırıb. MR-də nazir və ya vəzifəli şəxs 4 ildən bir dəyişdirilir. Hələ indiyə qədər elə bir nümunə olmayıb ki, hansısa məmura yüksək ranqlı məmur qohumuna görə güzəşt edilsin. Naxçıvanda qurululan sistemdə istisnalara və imtiyazlara yer yoxdur.
Üçüncüsü, V.Talıbov hakimiyyətdəki köhnə qvardiyanın ən inanılmış və sadiq üzvlərindən biridir. Mərhum prezident Heydər Əliyev Naxçıvan Alı Məclisinin sədri olduğu dönəmdə V.Talıbov xüsusi fəallıq göstərib və Yeni Azərbaycan Partiyasının yaradıcılarından biri olub, H.Əliyevin ikinci dəfə ölkə rəhbərliyinə qayıtmasında fədəkarlıq göstərib. İndiki prezidenti İlham Əliyevlə də o vaxtdan şəxsi və isti münasibətləri formalaşıb. Aydındır ki, bu,indiki ağır iqtisadi durumda hökumətə rəhbərlik edəcək şəxs üçün başlıca keyfiyyətlərdən biridir.
Mənbənin məlumatına görə, V.Talıbovun baş nazir kimi əsas mandatı oliqarxiya sistemini dağıtmaq olacaq: Oliqarxiya artıq təkcə cəmiyyət və iqtisadiyyat üçün yox, həm də siyasi hakimiyyət üçün ciddi təhlükələr yaradır. Eldar Mahmudov və Cahangir Hacıyev numunəsi buna yetərli sübutdur. Ölkənin maliyyə resurslarının bu qruplar tərəfindən mənimsənilməsi təkcə devalvasiya və bahalaşma riski yaratmır, həm də siyasi hakimiyyətin dayaqlarını sarsıdır. Bu gün devalvasiya, bahalaşma, işsizlik və yoxsulluq siyasi hakimiyyətə qarşı etimadsızlıq mühiti yaradıb və bu mühitin əhatə dairəsi getdikcə genişlənməkdədir. Bunun qarşısını isə yalnız oliqarxiya sistemini dağıtmaq və ilk növbədə hökumətdə səliqə-sahman yaratmaq yolu ilə almaq olar. Yalnız bundan sonra sistemli iqtisadi islahatlara başlamaq mümkündür. Ona görə də V.Talıbovun mandatı oliqarxiya sistemini dağıtmaq və hökumətdə nizam-intizam yaratmaq olacaq.
Bu gün, 01:03
42 İllik Ömür Yolunda Sözə və İnsanlara Sədaqət – Rüstəm Zaidoğlu
Dünən, 22:59
Azərbaycandan Karabükə mənalı təltif: Mehmet Çetinkayaya Türk Dünyası Şərəf Ordeni təqdim edilib
12-09-2026, 12:00
İranla müharibə ara seçkilərindən dərhal sonra bitəcək - Tramp
12-09-2026, 11:33
Ötmə qaydasını pozdu, sərnişin öldü - BDYPİ-dən xəbərdarlıq - Video
12-09-2026, 11:28
“Toyota Bakı Mərkəzi”nin əməkdaşı həbs edildi - 610 min manatlıq fırıldaq
12-09-2026, 10:58
“Bu, Rusiya ilə müharibə deməkdir”
12-09-2026, 10:24
“Həmin vaxt başa düşdüm ki, minalı əraziyə düşmüşəm” - Video
12-09-2026, 10:00
Hotel otaqlarında gizli kamera kabusu: İntim görüntülər hara gedir - QALMAQAL
12-09-2026, 09:42
Azərbaycanın Kərki kəndində nə hazırlayırlar? – Kremlin “ağır top”u planı açıqladı
12-09-2026, 09:15
Vaşinqton 25 il əvvəlki dəstəyi unutmadı - Azərbaycana xüsusi təşəkkür
12-09-2026, 09:00
Balıq mövsümü başlanıb, piştaxtalar da boş qalmır... – REPORTAJ
12-09-2026, 00:49
Türkün ortaq gücü qurulur – Azərbaycan da daxil olmaqla yeni sistem hazırlanır
11-09-2026, 16:00
İrəvan nəticə çıxarmalıdır - Bakıdan KRİTİK xəbərdarlıq
11-09-2026, 15:30
Paşinyan referenduma getməyəcək? – Bakıdan MÖVQE
11-09-2026, 14:22
Avropadan Şah İsmayıl qüdrətinin 475 illik təsviri - “Heç bir ordu qarşılarında dayana bilmirdi”
11-09-2026, 14:00
“Hitlerin davamçıları” hakimiyyətə gəlmək üzrədir - Almaniya gizli hərbi planını onlara verməyəcək
11-09-2026, 13:44
"UĞUR 777" estetik mərkəzdə həyata keçirilən qanunsuz əməliyyatlar zamanı Xəstələr hepatitə belə yoluxdurulub
11-09-2026, 13:39
ABŞ-İran savaşı BU TARİXDƏ bitir
11-09-2026, 13:38
Azərbaycan və Ermənistan liderlərinin son görüşü ilə bağlı VACİB AÇIQLAMA
11-09-2026, 13:35
Prezidentə müraciət etdilər
11-09-2026, 13:16
Duqinin yeni xülyası - postsovet ölkələrinə HƏDƏ
11-09-2026, 12:00
Türkiyə onları bir araya gətirdi: Mühüm razılaşma
11-09-2026, 11:30
Ağdərədə mina partladı - Xəsarət alan var
11-09-2026, 11:06
Hikmət Hacıyev: Bu gün Qarabağ və Şərqi Zəngəzur əsl intibah dövrünü yaşayır
11-09-2026, 11:02
Dövlət bağçalarında yerlərin sayı artırılıb
11-09-2026, 10:59
“Koroğlu”da yeni nişan quraşdırıldı - 100 manat+2 bal cərimə oluna bilərsiniz-Video
11-09-2026, 10:27
İsrail "Hizbullah"ın alınmaz qalasını məhv etdi