Azərbaycan AŞ PA-ya qayıdacaqmı? - GƏLİŞMƏ
Siyaset
Oxunub: 87
30 apr 2026 | 13:12
Azərbaycan AŞ PA-ya qayıdacaqmı? - GƏLİŞMƏ


Məlumatlı mənbə “Trend”ə bildirib ki, Azərbaycan qərəzli mövqeyinə görə Avropa Parlamenti ilə əlaqələrini rəsmən kəsməyi düşünür. Mənbənin sözlərinə görə, artıq Avropa Parlamenti ilə əlaqələrini faktiki olaraq dayandıran Bakı tamamilə kəsilməsini müzakirə edir.

Milli Məclisin Beynəlxalq münasibətlər komitəsinin sədri Səməd Seyidov da Azərbaycanla Avropa Parlamenti arasında münasibətlərin dayana biləcəyi barədə ehtimallara münasibət bildirib. “Biz Avropa Şurasından, birbaşa Parlament Assambleyası ilə heç bir əlaqəni kəsməmişik. Ancaq çox təəssüflər olsun, onların qəbul etdiyi qətnamələr qəbulolunmazdır. Biz dəfələrlə parlamentdə də bununla bağlı bəyanatlar qəbul etmişik və mövqeyimizi bildirmişik ki, bunlar bu bəyanatlardan çəkilsinlər. Çox təəssüflər olsun, bunlar bunu edə bilmirlər” – o qeyd edib. Deputat deyib ki, Avropa Birliyi ilə münasibətlərimiz çox yüksək səviyyədə təşkil olunur və burada hər hansı sual yoxdur. “Bir tərəfdən Avropa Birliyinə daxil olan ölkələrin Azərbaycana gəlişinin silsiləsini görürük və biz may ayında da Avropanın ən yüksək məmurlarının Azərbaycana gələcəyini görəcəyik” deyə, o bildirib.

Qeyd edək ki, 2024-cü ilin yanvarında Azərbaycan Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) fəaliyyətini dayandırıb. Bu qərar AŞ PA-nın Azərbaycanın nümayəndə heyətinin səlahiyyətlərini təsdiqləməməsi və səsvermə hüququnu məhdudlaşdırmasından sonra verildi. AŞPA bu addımın səbəblərini müxtəlif bəhanələrlə pərdələməyə çalışsa da, əsas motiv Azərbaycanın Qarabağa tam nəzarəti bərpa etməsi, separatizmin kökünü kəsməsi və suverenliyini təmin etməsidir. Bu prosesdə Avropa Şurasının Nazirlər Komitəsi də vasitəçilik edir. Baş katib bir neçə dəfə Azərbaycan Prezidenti ilə görüşüb və AŞPA-da da öz mövqeyini ifadə edib. Amma bu məsələdə xüsusi irəliləyiş yoxdur. Bəs bu vəziyyət nə qədər davam edəcək?

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə Musavat.com-a bildirib ki, Azərbaycanın AŞ PA-dakı fəaliyyətini bərpa etməsi qarşı tərəfdən asılıdır. Onun sözlərinə görə, nümayəndə heyətimizin səsvermə mandatı geri qaytarıldıqdan sonra Azərbaycan AŞ PA-ya qayıda bilər.

Ç. Qənizadə hesab edir ki, bu məsələdə Azərbaycan günahsızdır və haqsızlığa son qoyulmayanadək belə vəziyyət davam edəcək: "Təbii ki, Şvabe və digər ermənipərəst deputatların bu qərarın qəbul edilməsində böyük "ayı xidməti" var. Qurumun Azərbaycanla bağlı qəbul etdiyi qətnamədə heç bir sübut olmadan etnik təmizləmədə ittiham olunuruq. Azərbaycan Ermənistanla sülh gündəmini inkişaf etdirir, Paşinyan Qarabağa qayıdış mövzusunun qapandığını bəyan edir, amma AŞ PA münasibətini dəyişmir. Əgər bu şəkildə davam edəcəksə, Azərbaycan mövqeyindən geri çəkilməyəcək".

Hüquq müdafiəçisi qeyd edib ki, AŞ PA Azərbaycanın Ukrayna münaqişəsində mövqeyini görməzdən gəlir, ölkəmizin Avropa İttifaqı ilə əlaqələrinin inkişafını nəzərə almır: "Bu gün Bakı Qərb üçün önəmli aktora çevrilib. Ancaq AŞ PA bunu görmək istəmir və qərəzli siyasətini davam etdirir. Halbuki heç Ermənistan onun fikirlərini bölüşmür. Sadəcə, erməni lobbisinin təsiri ilə bu qərar verilib. Əgər AŞ PA mövqeyini dəyişərsə, yəni səsvermə hüququmuz bərpa olunarsa, nümayəndə heyəti sessiyalarda iştirak edə bilər. Lakin əfsuslar olsun ki, bu anti-Azərbaycan prosesinə qoşulanlardan biri də Avropa Parlamentidir. Onun qəbul etdiyi əski parçası olan qətnamələrin heç bir hüquqi qüvvəsi yoxdur. Sadəcə, çirkin kampaniyaya qoşulublar. Məncə, hər iki təsisat Azərbaycanla düşmənçiliyə son qoymalıdır. Hətta Ermənistanla barışıq dövründəyik, tranzit qadağası götürülüb, neft məhsulları ixrac ediriksə, AŞ PA və Avropa Parlamenti Qarabağdan könüllü gedən ermənilərə görə bizə böhtan atıb düşmənçilik etməməlidir. Əks halda, münasibətlərdə gərginlik davam edəcək. Ancaq hər bir halda Azərbaycanın Avropa Şurası üzvlüyündən çıxmasının əleyhinəyəm".
Dünən, 12:11
ABŞ və Ukraynadan TARİXİ SAZİŞ: 30 MİLYON DOLLAR yatırılır
Dünən, 11:40
“Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır” - Video
Dünən, 11:15
Qubanın Xınalıq kəndinə qar yağıb
Dünən, 11:10
İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul etdi
Dünən, 11:04
Rəsmi Bakı Almaniya, Koreya və İraqı Milli Gün münasibətilə təbrik etdi
Dünən, 10:48
ADY-dən yağışlı və küləkli hava ilə bağlı sərnişinlərə ÇAĞIRIŞ
Dünən, 10:41
İlham Əliyev onu təltif etdi - SƏRƏNCAM
Dünən, 10:02
Serbiyanın xilas planı Azərbaycandan gəldi – Dövlət şirkətimiz hərəkətə keçir
Dünən, 09:34
Fransadan Azərbaycana qarşı NATO həmləsi – Türkiyə dərhal hərəkətə keçdi
Dünən, 09:15
Paşinyan 44 günlük müharibədən sonra yaşananları açdı – “Məni Allah qorudu”
Dünən, 09:00
Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür
2-10-2026, 16:00
Zəngəzur dəhlizində böyük qarşıdurmanın anonsu – Rusiya ilk "tonqal"ı yandırdı
2-10-2026, 15:30
Xəzərdə 48 ilin ən qorxulu göstəricisi – Dəniz sürətlə geri çəkilir
2-10-2026, 14:25
DSX: Ötən ay sərhəddə 593 kq narkotik tutulub
2-10-2026, 14:20
Naməlum şəxs şagirdlərə konfet paylayır? - DİN-dən AÇIQLAMA
2-10-2026, 14:15
Maaş, pensiya və sosial müavinətlər qaldırılacaq - Prezident elan etdi
2-10-2026, 12:26
Qaxda 7 kq narkotik vasitə aşkarlandı
2-10-2026, 12:20
Prezident xoş xəbəri ELAN ETDİ
2-10-2026, 12:01
Dövlət başçısı: Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir
2-10-2026, 11:57
Azərbaycan Prezidenti: Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır
2-10-2026, 11:53
Prezident: Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir
2-10-2026, 11:49
İlham Əliyev: İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq
2-10-2026, 11:44
İlham Əliyev: Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin
2-10-2026, 11:37
Azərbaycan Prezidenti: Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik
2-10-2026, 11:21
Azərbaycan Prezidenti: Bir gün belə ara vermədik
2-10-2026, 11:13
Məktəbdə monitorinq keçirildi - Direktor işdən çıxarıldı
2-10-2026, 11:07
Prezident: Heydər Əliyev buna imkan verməzdi