TDT-nin baş nazirləri Bakıda
Siyaset
Oxunub: 85
1 apr 2026 | 11:17
TDT-nin baş nazirləri Bakıda


İstanbul və Macarıstandan sonra təşkilatın Azərbaycan paytaxtında iki gün davam edəcək daha yüksək səviyyədə görüşü başlayır
Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin baş nazirlərinin ikinci görüşü 1-2 aprel tarixlərində Bakıda keçiriləcək. Baş nazirlər görüşdə iqtisadi, nəqliyyat və logistika məsələlərini müzakirə edəcəklər.

Bu görüş İran müharibəsi səbəbindən regional gərginlik fonunda daha fərqli məna qazanır. Qeyd edək ki, İran müharibəsi başlayandan bəri təşkilat daxilində fəal müzakirələr aparılır. Yada salaq ki, martın 8-də İstanbulda Türk Dövlətləri Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi görüşü keçirildi. Naxçıvana PUA, Türkiyəyə raket atılması pislənildi. Ötən həftə isə TDT üzv ölkələrin dövlət başçılarının köməkçiləri də Macarıstanın paytaxtı Budapeştdə görüşüblər. Görüşdə təşkilata üzv dövlətlərin yüksək səviyyəli nümayəndələri iştirak edib. Müzakirələr zamanı təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi, nəqliyyat və logistika layihələrinin genişləndirilməsi, eləcə də regional və qlobal çağırışlar fonunda koordinasiyanın artırılması əsas prioritetlər kimi önə çıxıb.

Bu gün isə Azərbaycan paytaxtında iki gün davam edəcək daha yüksək səviyyədə görüş başlayır. Bakıda iqtisadiyyat, nəqliyyat və logistika məsələlərinin müzakirə edilməsi əslində təkcə iqtisadi deyil, həm də geosiyasi mesaj kimi oxuna bilər.

Hazırda İran ətrafında qeyri-müəyyənlik və risklər artdıqca, region ölkələri alternativ nəqliyyat və ticarət marşrutlarına daha çox önəm verməyə başlayır. Bu baxımdan Orta dəhlizin gücləndirilməsi, Xəzər üzərindən keçən logistika xətlərinin inkişafı TDT ölkələri üçün həm iqtisadi, həm də təhlükəsizlik baxımından strateji əhəmiyyət daşıyır. Bakı görüşü də məhz bu alternativlərin koordinasiyası istiqamətində atılan addım kimi qiymətləndirilə bilər.

Eyni zamanda bu format dolayısı ilə İranın regiondakı təsir imkanlarına qarşı balans mexanizmi kimi də çıxış edir. Xüsusilə Azərbaycan, Türkiyə və Mərkəzi Asiya ölkələri arasında əlaqələrin dərinləşməsi Tehran üçün arzuolunan ssenari deyil. Bu səbəbdən Bakıda keçiriləcək görüş yalnız iqtisadi gündəliklə məhdudlaşmır, həm də regionda yeni güc düzəninin formalaşmasının elementlərindən biri kimi diqqət çəkir.

Nəticə etibarilə, Yaxın Şərqdə eskalasiya fonunda TDT-nin bu cür intensiv təmasları üzv ölkələrin riskləri azaltmaq, alternativlər yaratmaq və regional mövqelərini möhkəmləndirmək cəhdi kimi yüksək dəyərləndirilə bilər.

Sabiq maliyyə naziri, “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri Fikrət Yusifov bu barədə “Yeni Müsavat”a bildirdi ki, Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin baş nazirlərinin ikinci görüşünün regionda, dünyada indiki gərginliklər fonunda daha çox siyasi mənasının olması təbii olardı və arzulanandır: “İndi regionda baş verən hadisələr fonunda Türk dövlətlərinin daha sıx birləşməsi bu birliyə daxil olan dövlətlərin təhlükəsizliyinin təmin edilməsi baxımından olduqca vacibdir. Fikrimcə, Türk Dövlətləri Təşkilatına üzv ölkələr bu gün regionda baş verən təhlükəli hadisələrdən nəticə çıxarmalı və mümkün qədər tez bir araya gələrək öz hərbi alyanslarını yaratmaq haqqında qərar verməlidilər. Baxın, ABŞ-İsrail cütlüyünün İrana hücumları nəticəsində Türk dövlətlərinin əhatəsində olan İran hansı addımları atır. Bu gün Türkiyəni və Azərbaycanı hədəf alan İranın SEPAH təşkilatı sabah eyni qaydada Türkmənistana, Qazaxıstana, Qırğızıstana və Özbəkistana da hərbi təcavüz edə bilər. Mərkəzi Asiya Türk Dövlətlərinin heç biri özünü bundan sığortalanmış hesab etməsin”.

Sabiq nazir qeyd etdi ki, bu gün yerləşdiyimiz regionda baş verənlərin dünya düzənini hansı istiqamətdə və necə dəyişə biləcəyi aydın olsa da Türk Dövlətləri Təşkilatına daxil olan ölkələrin gələcəkdə təhlükəsizliyinin tam təmin edilməsi naminə bu təşkilatın bir güc kimi formalaşması olduqca vacibdir: “Düşünürəm ki, Türk Birliyinə daxil olan ölkələr bu tarixi şansı dəyərləndirəcək və qısa zaman kəsiyində birliyi regional güc kimi ortaya qoymağı bacaracaq. Aprel ayının əvvəlində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin baş nazirlərinin Bakıda keçiriləcək ikinci görüşündən tərəflər yalnız iqtisadi, nəqliyyat və logistika məsələlərinin müzakirəsi ilə kifayətlənməyəcəklər”.
Bu gün, 10:03
Bu dəfə işi bir həftəyə bitirəcəyik - Tramp İranı müdrikliyə çağırdı
Bu gün, 09:55
İsmayıllı meşələrində ƏMƏLİYYAT - VİDEO
Bu gün, 09:45
“BYD” qəza törətdi - Piyada öldü
Bu gün, 09:40
“TikTok”da söyüş söyən şəxs həbs edildi
Bu gün, 09:35
Avropa ölkələri daha çox məsuliyyət götürməlidir - Ərdoğan
Bu gün, 09:29
Türkiyə parlamentinin sədri Azərbaycanda səfərdədir
Bu gün, 09:24
Qalibaf Bakıya gəldi
Bu gün, 09:00
“UNITED24Media”nın Azərbaycanla bağlı təxribatı ifşa edildi
Dünən, 16:00
Kiçik torpaq sahələri ilə bağlı YENİLİK! Ekspert detalları açıqladı
Dünən, 15:33
Türkmənistan Prezidentinə Qarabağ atı hədiyyə edilib
Dünən, 15:30
Moskvadan qızışdırıcı MÖVQE – Paşinyan Rusiyaya buraxılmayacaq?
Dünən, 13:25
Prezidentin Şuşa səfərində uşaqlarla səmimi görüşü
Dünən, 13:16
Həmin ordeni Polşaya qaytardı
Dünən, 12:43
Onlayn qumarla bağlı cəzalar - Sərtləşdirilir
Dünən, 12:39
Daşaltı kəndinin fonunda - Fotolar
Dünən, 12:33
Füzulinin dağıdılmış yerlərinə baxdılar - Fotolar
Dünən, 11:46
Sürətli yolda uşağın həyatını təhlükəyə atdı - Araşdırma başladı
Dünən, 11:40
Bu qaydanı pozanlar cərimələnəcək - 2 min manatadək
Dünən, 11:15
Prezident həmkarını Füzulidə qarşıladı - Fotolar
Dünən, 11:09
Danışıqların yekununda dörd işçi qrupu yaratdılar
Dünən, 11:05
Ramil Quliyevin xanımı Olimpiya medalından məhrum edildi
Dünən, 10:59
Ərini öldürəndən sonra silahla arvadını da hədələyibmiş - Yevlaxdakı qətlin təfərrüatı
Dünən, 10:55
“Dörd ay keçib, küçələr hələ də su altındadır”
Dünən, 10:51
Daha bir gəncin meyiti kanaldan tapıldı
Dünən, 09:53
İtaliya mətbuatında Tramp haqqında gedən təhqiramiz ifadələr toplanır
Dünən, 09:47
ABŞ-İran texniki danışıqları da başa çatdı: Nəticə?
Dünən, 09:40
Xameneinin dəfninə görə uçuşları məhdudlaşdıracaqlar