Prezidentin məmurlara tapşırığı: Yeni Azərbaycan modeli
Siyaset
Oxunub: 85
12 fev 2026 | 14:05
Prezidentin məmurlara tapşırığı: Yeni Azərbaycan modeli


Prezident İlham Əliyevin “Azərbaycanın yeni rəqəmsal arxitekturası”na həsr olunmuş müşavirədəki çıxışı faktiki olaraq ölkənin yeni iqtisadi modelinin konturlarını ortaya qoyur. Bu, sadəcə İKT sahəsi ilə bağlı müşavirə deyil – Azərbaycanın post-neft mərhələsinə keçid strategiyasıdır.

Prezidentin yeni iqtisadi modelinin əsas mesajı bundan ibarətdir: enerji, data, süni intellekt
Çıxışın əsas ideyası çox aydındır. Gələcəyin iqtisadiyyatı artıq neft-qaz yox, data və süni intellektikt üzərində qurulur.

Prezident açıq şəkildə deyir ki, süni intellekt, data mərkəzləri, rəqəmsallaşma ölkələrin gələcək inkişafını müəyyən edən əsas faktorlar olacaq. Bu, dövlət səviyyəsində “Süni İntellekttə (Sİ) iqtisadiyyatına keçid” qərarı deməkdir.

Azərbaycanın rəqəmsal modelinin unikallığı və görünən əsas strateji yanaşma ondan ibarətdir ki, klassik İT ölkəsi kimi yox, enerji, tranzit, data hub modeli qurmaq istəyir. Bu model 3 dayağa söykənir. Enerji üstünlüyü və data mərkəzləri üçün əsas resurs. 10 min MW generasiya gücü, 2000 MW boş enerji ehtiyatı, yaşıl enerji planları.

Dünya trendlərində bu kritik məsələdir. Çünki Sİ və data mərkəzlərinin ən böyük problemi enerji çatışmazlığıdır.

Bu gün ABŞ-da data mərkəzi tikintisi 2–3 il çəkir, Avropada enerji qıtlığı var. Azərbaycan isə
sürətli qərarvermə, ucuz enerji, siyasi sabitlik olduğundan bu məsələdə problem yoxdur. Bu, ölkəni regional Sİ və data mərkəzi mərkəzinə çevirmək planıdır.

Prezidentin çıxışında mesaj verdi ki, yeni geosiyasi xəttini Azərbaycanı Rəqəmsal İpək Yoluna çevrilməsi təşkil edir. Bu isə Azərbaycanın nəqliyyat və enerji dəhlizi olmaqla yanaşi, fiber-optik dəhlizlərə çevrilməsi deməkdir. Orta Dəhliz artıq yalnız yük yolu deyil, gələcəkdə data dəhlizi olacaq. Prezidentin hədəfi Azərbaycanı Asiya–Avropa internet trafikinin, bulud və data axınının, regional server infrastrukturunun keçdiyi ölkəyə çevrilməsidir.

Prezidentin çıxışında xüsusi vurğulanan məqamlardan biri də ondan ibarətdir ki, bu hədəflərə nail olmaq üçün Azərbaycanın ABŞ, Avropa İttifaqının 10 ölkəsi və Çinlə strateji tərəfdaşlıq sənədləri var. Bu, rəqəmsal dünyada çox nadir konfiqurasiya kimi, hər üçü ilə eyni vaxtda işləyən nadir ölkələrdəndir. Azərbaycan buna Prezident İlham Əliyevin yürütdüyü uğurlu çoxvektorlu siyasəti nəticəsində nail ola bilib. Bu da Azərbaycanı digər məsələlərdə olduğu kimi rəqəmsal sahədə də neytral platforma edə bilər.

Dövlət idarəçiliyində inqilab: “Sİ hökumət”

Prezidentin çıxışın ən diqqətçəkən hissələrindən biri də süni intellektin dövlət idarəetməsinə tətbiqi ilə bağlıdır. Prezident çıxışında dövlət qurumlarında Sİ agentlərin tətbiqini, vahid “mygov” platformasını, bütün dövlət xidmətlərinin bir mərkəzdən idarəsini tapşırıb. Bu isə klassik e-hökumətdən fərqli olaraq Sİ-hökumət modelinə keçid deməkdir. Bu model proaktiv xidmətlər, avtomatik qərar dəstəyi, vətəndaş müraciəti olmadan xidmətlər kimi yeni mərhələni ifadə edir.
Kibertəhlükəsizlik – yeni milli təhlükəsizlik sahəsi
Müşavirədə açıq şəkildə qeyd olundu ki, Azərbaycan aqressiv kiberhücuma məruz qalıb. Bu da onu deməyə əsas verir ki, rəqəmsallaşma artıq milli təhlükəsizlik məsələsidir. Gələcəkdə SOC mərkəzləri, CERT sistemləri, Sİ kibermüdafiə prioritet olacaq.

İnsan kapitalı- ən kritik çağırış
Müşavirdədə ən vacib vurğulanan problemlərdən biri kadr çatışmazlığı, təhsil sisteminin dəyişməsi, freelancer və digital nomad siyasətidir. Bu, ölkənin qlobal İT mütəxəssislərini cəlb etməyə hazırlaşdığını göstərir.
Bütün bunlar onu deməyə əsas verir ki, süni intellektsiz inkişaf mümkün deyil. Bu çıxışda qeyd olunan ən ciddi strateji mesajı idi. Prezidentin yanaşmasına görə, Sİ-yeni sənaye inqilabı, data-yeni neft, data mərkəzləri isə yeni zavodlar, fabriklər, istehsal müəssisələri deməkdir.
Azərbaycanın məqsədi isə regionun rəqəmsal və Sİ mərkəzinə çevrilməkdir.
Prezidentin çıxışı nəticə etibarı ilə texnologiya strategiyası deyil, ölkənin yeni inkişaf modelinin elanıdır. Azərbaycan enerji ölkəsindən data və süni intellekt ölkəsinə keçid mərhələsinə daxil olur.
Bu gün, 10:57
"Dünyada yeganə ölkədir ki, heç kim rəhbər olmaq istəmir"-Tramp Tehranı ələ saldı
Bu gün, 10:52
Diplomatik korpusun nümayəndələri Şuşada sağlamlıq mərkəzinin işi ilə tanış olub
Bu gün, 10:48
Diplomatik korpusun nümayəndələri Şuşadakı xalça muzeyi ilə tanış olub
Bu gün, 10:38
Diplomatik korpusun nümayəndələri Yeni Şuşa məscidində aparılan işlərlə tanış olublar
Bu gün, 10:20
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evləri arasında turnir təşkil olunub - FOTO
Bu gün, 10:15
"Qarabağ" Zubirə əvəzləyici tapdı - FOTO
Bu gün, 09:00
Türkiyəyə gedənlər üçün şad xəbər: Ərdoğan qərar imzaladı
Dünən, 18:22
Prezidentlə ailəsi İslam Səfərli küçəsinin açılışında - FOTOLAR
Dünən, 16:00
TƏCİLİ! ABŞ İrana SON ZƏRBƏNİ vurmağa hazırlaşır
Dünən, 15:30
Mamdani anti-Azərbaycan paylaşımına PEŞMAN edildi – Yeni HƏRƏKAT
Dünən, 15:12
Əməkdar həkim Kliniki Tibbi Mərkəzə direktor təyin edildi
Dünən, 14:27
Mərkəzi Neftçilər Xəstəxanasının yeni direktoru KİMDİR? - DOSYE
Dünən, 13:53
NFC ödənişləri ilə bağlı 3 qurumun birgə AÇIQLAMASI
Dünən, 13:26
Bərdədə 8 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
Dünən, 13:22
Prezident onu "Əmək" ordeni ilə təltif edib
Dünən, 12:22
Sürücülərin nəzərinə: bəzi yollarda hərəkət tam məhdudlaşdırılacaq
Dünən, 12:18
Azərbaycanın Avropa Parlamenti ilə əməkdaşlığı dayandırılır
Dünən, 10:49
Bakıda "İctimai proseslər media müstəvisində" mövzusunda III Forum keçirilir
Dünən, 10:45
TƏBİB-in icraçı direktoruna müavin təyin olunub
Dünən, 10:30
Bakıda bayrağımıza hörmətsizlik edən gənc cəzalandırıldı - Video
Dünən, 09:59
Metro və avtobuslarda əlavə gedişhaqqı ödənişləri çıxılır?
Dünən, 09:54
Sərnişin avtobusu qəzaya uğrayıb: 3 ölü, 31 yaralı
Dünən, 09:50
Türkiyədə qalan azərbaycanlılar üçün PİS XƏBƏR
Dünən, 09:44
SON DƏQİQƏ! AZAL qəzası ilə bağlı VACİB AÇIQLAMA
Dünən, 09:37
İlqar Əliyev həbsdə vəfat etdi
Dünən, 09:31
Heyvan bazarlarında yeni dövr — Xəstəliklərin qarşısı belə alınacaq
Dünən, 09:27
İran millisi DÇ-2026-da iştirak edəcək