Azərbaycanda milli mətbuatın yaranmasından 149 il ötür
Medeniyyet
Oxunub: 76
22 iy 2024 | 09:00
Azərbaycanda milli mətbuatın yaranmasından 149 il ötür


Bu gün Azərbaycanda milli mətbuatın yaranması günüdür.

149 il öncə - 1875-ci il iyulun 22-də dövrünün maarifçilik hərəkatının görkəmli nümayəndələrindən olan Həsən bəy Zərdabinin “Əkinçi” qəzetini nəşrə başlaması ilə Azərbaycan milli mətbuatının əsası qoyulub.

“Əkinçi” Azərbaycan dilində əsl milli demokratik və xalq mətbuatının ilk təməl daşını qoyub. Cəmi 56 nömrəsi çıxan qəzet millətin aynası olub, Azərbaycan jurnalistikasının bayraqdarına çevrilib.

Sonrakı illərdə görkəmli ziyalılar tərəfindən nəşr edilən “Ziya”, “Kəşkül”, “Şərqi-rus”, “İrşad”, “Molla Nəsrəddin” kimi qəzet və jurnallar “Əkinçi”nin ənənələrini davam etdirib. Bu mətbuat orqanlarının əsas hədəfi cəhalətə, haqsızlığa qarşı mübarizə, maarifləndirmə idi. Zəngin və şərəfli yolla addımlayan Azərbaycan mətbuatı bir neçə mərhələdən keçib. Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründə azad mətbuatın, eləcə də hadisələrə yeni baxışın təməli qoyulub.

Növbəti mərhələ isə AXC-nin bolşeviklər tərəfindən işğalından sonrakı dövrü əhatə edir. 149 yaşlı mətbuatın 70 ili bu kommunist dikaturası dövrü ilə bağlıdır. Həmin dövrdə Azərbaycan mətbuatı mövcud problemləri daha çox sətiraltı mənada yazırdı. Çünki mətbuat SSRİ-nin yürütdüyü siyasətin, ideologiyanın ruporu idi. Həmin dövrdə fərqli düşünmək, yazmaq yasaqlanmışdı.

1990-cı illərin II yarısından başlayaraq Azərbaycan mətbuatı yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu mərhələ həm də Azərbaycan dövlətçiliyi, demokratik dövlət quruculuğu dövrüdür. Bu yeni inkişaf dövrünün təməlini qoyan Ulu Öndər Heydər Əliyev hər zaman mətbuatın cəmiyyətə təsir gücünü yüksək qiymətləndirib, mətbuat və söz azadlığı, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirib. Müstəqillik dövründə Azərbaycan mətbuatı ilə bağlı ilk fərmanı da Heydər Əliyev imzalayıb.

Ümumilikdə, Ulu Öndər mətbuatın problemlərinin həlli ilə bağlı 10-dan çox sərəncam və fərman imzalayıb. 1999-cu ildə “Kütləvi İnformasiya Vasitələri haqqında” beynəlxalq tələblərə cavab verən qanun qəbul edilib. Heydər Əliyevin 1998-ci il 6 avqust tarixli sərəncamı ilə Azərbaycanda senzura ləğv olunub.

Ölkədə söz və mətbuat azadlığına, KİV-lərə ən yüksək səviyyədə diqqət və qayğı var. Prezident İlham Əliyev azad medianı inkişaf etdirmək, mətbuatın maddi-texniki bazasını möhkəmləndirmək, jurnalistlərin sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaq məqsədilə mühüm sərəncamlar imzalayıb.

2020-ci ilin sentyabrın 27-də başladılan 44 günlük Vətən müharibəsində Azərbaycan döyüş meydanında olduğu kimi, informasiya savaşında da qələbə qazanıb. Mütəmadi olaraq ölkəmizə qarşı qara kampaniya aparan dairələr bu müddət ərzində də öz çirkin əməllərindən əl çəkmədilər. Amma buna baxmayaraq, informasiya müharibəsində də üstünlük öz tarixi torpaqlarını işğaldan azad edən, haqq və ədalət uğrunda mübarizə aparan Azərbaycan tərəfində oldu.

Bununla belə Azərbaycan mətbuatının iki nümayəndəsi erməni terrorunun qurbanı olub. Vətən müharibəsi başa çatdıqdan sonra işğaldan azad olunmuş ərazilərin çəkilişini həyata keçirən jurnalistləri aparan nəqliyyat vasitəsi 2021-ci ilin iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşüb. Nəticədə AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov, AzTV-nin operatoru Sirac Abışov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Əliyev Arif Ağalar oğlu həlak olub, dörd nəfər isə yaralanıb.

Prezident İlham Əliyev iyunun 14-də işğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş Abışov Sirac Abış oğlu, Əliyev Arif Ağalar oğlu və İbrahimov Məhərrəm Əli oğlunu "3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.

2021-ci ilin iyulun 22-də - Milli Mətbuat günündə Prezident İlham Əliyev şəhid jurnalistlərin - M.İbrahimovun və S.Abışovun ailələrinə mənzillər hədiyyə edib.

Milli mətbuatın yubileylərinin ölkədə geniş qeyd olunması, KİV-lərə birdəfəlik yardımların göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri, həmçinin milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərin fəxri adlarla təltif edilməsi haqqında sərəncamlar da mətbuata və mətbuat işçilərinə qayğının tərkib hissəsidir.
Dünən, 10:33
Bakıda obyektdə iyrənc mənzərə - Siçovul pirojkini belə yedi - VİDEO
Dünən, 10:27
Antarktida qlobal istiləşmə səbəbindən sürətlə yaşıllaşır - Yeni araşdırma -FOTO
Dünən, 10:21
Bakıda yeni bulvar salınır
Dünən, 10:16
Ermənilərin Azərbaycanın dinc şəhərlərini ikinci dəfə bombalamasından dörd il ötür
Dünən, 10:12
Dünya supergücləri arasında total müharibə XƏBƏRDARLIĞI
Dünən, 10:08
Prezident Cəbrayılın azad olunmasının dördüncü ildönümü ilə bağlı paylaşım etdi
Dünən, 09:57
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
4-10-2024, 20:43
Prezident İlham Əliyevin Cəbrayılda yerli sakinlərlə görüşü | CANLI
4-10-2024, 18:02
Prezident şok faktı açdı: Səhər mən o müraciəti vərəqlədim...
4-10-2024, 16:00
Müğənnilər açıqladı: Bakıda toylar qadağan olunur
4-10-2024, 15:30
Bakıda külək əsəcək, rayonlarda yağış yağacaq - PROQNOZ
4-10-2024, 14:23
“Heç kim səbrimizlə oynamasın” - İlham Əliyev
4-10-2024, 13:44
Ovanisyan: Erməni cəmiyyəti artıq dövlətin itirilməsi ilə barışıb
4-10-2024, 13:06
İlham Əliyev Cəbrayılda açılışda iştirak etdi - YENİLƏNİB
4-10-2024, 12:59
Hikmət Hacıyevdən Gəncə terroru ilə bağlı paylaşım
4-10-2024, 12:55
Xameneyi son namazını qılacaq - MOSSAD - FOTO
4-10-2024, 12:33
Boris Consondan Netanyahu haqqında şok iddia
4-10-2024, 12:01
Bakıda "iPhone 16"ya görə növbəyə durdular - Gecə mağazaya axın oldu - FOTO
4-10-2024, 11:57
Pezeşkiandan İsrailə XƏBƏRDARLIQ
4-10-2024, 11:54
Ruslar Ukraynada sürətlə irəliləyir
4-10-2024, 11:49
Azərbaycan təhsilinin məzmunu son 90 ildə dəyişmir - Nazir
4-10-2024, 11:46
İlham Əliyev Cəbrayılda açılışda iştirak etdi
4-10-2024, 11:40
Bu şəxslər əsgər aparılacaq - Qanunda dəyişiklik
4-10-2024, 11:37
Azərbaycanın müdafiə naziri Türkiyəyə işgüzar səfər edib
4-10-2024, 11:10
Xameneyi beş ildən sonra cümə xütbəsi edəcək
4-10-2024, 11:07
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 4 il ötür
4-10-2024, 11:02
Cəbrayıl şəhərinin azad olunmasından 4 il ötür