General-mayor Polad Həşimovun doğum günüdür

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun doğum günüdür.
P.Həşimovun dünyaya gəlişindən 49 il ötür.
P.Həşimov 1975-ci ilin yanvarın 2-də Qəbələ rayonunun Vəndam kəndində anadan olub, sonradan ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçüb. Orta təhsilini Sumqayıt şəhərində əvvəlcə 28 nömrəli, sonra isə 34 nömrəli məktəbdə alıb. O, Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirərək hərbçi olub.
General-mayor P.Həşimov 2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhid olub. Onun şəhid olması xəbərini ictimaiyyətə Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev dərin hüznlə çatdırıb. İyulun 14-də general-mayor Polad Həşimovun nəşi əvvəlcə doğulduğu Qəbələ rayonunun Vəndam qəsəbəsinə, sonra isə yaşadığı Sumqayıt şəhərinə gətirilib. General iyulun 15-də II Fəxri Xiyabanda, polkovnik İlqar Mirzəyev ilə yanaşı dəfn olunub.
Prezident İlham Əliyev döyüş zamanı müdafiənin ön xəttində olarkən qəhrəmancasına şəhid olmuş general-mayor Polad Həşimovun anası ilə telefonla danışıb və şəhidin ailə üzvlərinə dərin hüznlə başsağlığı verib.
2020-ci il dekabrın 9-da Prezident İlham Əliyevin sərəncamı ilə P.Həşimova Azərbaycanın Milli Qəhrəman adı verilib.
Xatırladaq ki, P.Həşimov 2003-cü ildə mayor qismində Prezident Heydər Əliyevin sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib. 6 il sonra, 2009-cu ildə isə o, artıq polkovnik-leytenant qismində Prezident İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif olunub. 2014-cü il iyunun 25-də III dərəcəli Vətənə xidmətə görə ordeni ilə təltif edilən Polad Həşimov, 2016-cı ilin Aprel döyüşlərində göstərdiyi şücaətə görə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə mükafatlandırılıb.
P.Həşimov 2016-cı ilin 2-4 aprelində cəbhə boyu baş verən hərbi əməliyyatlar zamanı Talış qəsəbəsi uğrunda gedən döyüşləri aparan 1-ci Ordu Korpusunun Qərargah rəisi olub və yaralanıb. 2019-cu il iyunun 25-də Polad Həşimova general-mayor ali hərbi rütbəsi verilib. O, daha sonra Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun Qərargah rəisi təyin olunub.
2020-ci ildə Qəbələ şəhərində Şəhidlər xiyabanının yerləşdiyi küçəyə Polad Həşimovun adı verilib. Bakı şəhərinin küçələrindən biri də Azərbaycanın Milli Qəhrəmanının adını daşıyır.
P.Həşimovun adı Türkiyədə də əbədiləşdirilib. Belə ki, Osmanqazi rayonunun Dəmirtaş bölgəsində Polad Həşimovun adının verildiyi yeni park salınıb.
P.Həşimovun iki oğul və bir qız övladı yadigar qalıb.
Dünən, 16:49
Prezident 5 polkovnikə general-mayor rütbəsi verdi - ADLAR
Dünən, 16:46
Bu hərbçilər təltif edildi - SİYAHI
Dünən, 16:39
Azərbaycan Prezidenti şəhid hərbçiləri təltif etdi - SİYAHI
Dünən, 16:00
Yay gəldi, meyvələr ucuzlaşmadı - bazardakı bahalığın səbəbləri
Dünən, 15:30
Albertə haqsız hücumlar
Dünən, 14:44
Prezident hərbi qulluqçularla bağlı dəyişikliyi təsdiqlədi
Dünən, 14:21
Kral III Çarlz Muxtar Babayevlə görüşüb
Dünən, 12:40
Daxili işlər naziri Lerikdə vətəndaş qəbulu, Lənkəranda sıra baxışı keçirəcək
Dünən, 12:33
İlham Əliyev Sloveniya Prezidentini təbrik edib
Dünən, 12:29
ABB-dən kartlardan silinən pullarla bağlı yeni AÇIQLAMA
Dünən, 12:25
Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişdiriləcək
Dünən, 12:20
Polisə tabe olmadı, postda dava saldı - Həbs olundu
Dünən, 12:14
İrəvanda qondarma rejimin "bayrağı" söküldü - SAXLANILANLAR VAR
Dünən, 11:22
Balıqçılıq məhsullarının yeni satış qaydası müəyyənləşir
Dünən, 11:18
Sabiq MTN generalı 10 il sonra azadlığa buraxıldı
Dünən, 10:45
Masallıda çay kənarında çətənə kolları yetişdirən şəxs saxlanılıb
Dünən, 10:08
Kredit götürmək istəyənlərin nəzərinə: Qaydalar dəyişir
Dünən, 10:04
İşləyənlərin nəzərinə! – Bu gün qısa iş günüdür
Dünən, 09:59
Bu ölkələrdə dəhşətli zəlzələ - Fövqəladə vəziyyət elan edildi -YENİLƏNDİ
Dünən, 09:55
“Artıq Ukrayna üçün təhlükə yaratmırlar”
Dünən, 09:50
Mask COVID-19-un yaradılmasında onları günahlandırdı
Dünən, 09:46
Xankəndi, Xocavənd, Şuşa, Cəbrayıl, Xocalı və Ağdərəyə köç karvanları getdi
Dünən, 09:28
Aşuraya görə qanvermə aksiyası başladı - ÜNVANLAR
Dünən, 09:16
Bu gün Aşuradır
Dünən, 09:12
İrəvanın seçimi, Qafqazın taleyi: Moskva ilə Brüsselin riskli oyunu
Dünən, 09:00
I ixtisas qrupu üzrə 700 bal toplayan Burlaxatun
24-06-2026, 16:00
Ermənistan İranla o sazişi niyə imzalamır? - Bakı və Ankaraya qarşı hiylə