Bu gün Milli Qəhrəman İlqar Mirzəyevin şəhidlik zirvəsinə ucaldığı gündür

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik İlqar Mirzəyevin şəhidlik zirvəsinə ucaldığı gündür.
İlqar Anzor oğlu Mirzəyev 1973-cü il mayın 8-də Gürcüstanın Qardabani şəhərində anadan olub.
O, 1980-1990-cı illərdə Qardabani şəhərində orta məktəbdə təhsil alıb.
İ.Mirzəyev 1998-ci il noyabrın 11-dən 2001-ci il iyunun 14-nə qədər Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbinin tədris prosesinin təminatı taborunun artilleriya batareyasının komandiri vəzifəsində xidmət edib. Müdafiə Nazirliyinin 27 dekabr 2000-ci il tarixli əmrinə əsasən kapitan rütbəsi alıb.
2001-ci ildən başlayaraq isə İ.Mirzəyev bölgələrdə yerləşən hərbi hissələrdə xidmət edib. 2001-ci il iyunun 14-dən 2002-ci il iyulun 31-nə qədər “N” saylı hərbi hissənin qərargah rəisi və haubitsalı artilleriya divizionu komandirinin müavini, 2002-ci il iyulun 31-dən 2003-cü il avqustun 10-na qədər isə “N” saylı hərbi hissənin haubitsalı artilleriya divizionu komandiri vəzifəsində xidmət edən İ.Mirzəyev Müdafiə Nazirliyinin 13 dekabr 2002-ci il tarixli əmrinə əsasən mayor rütbəsi alıb.
2011-ci il iyunun 29-dan 2012-ci il fevralın 28-nə qədər “N” saylı hərbi hissədə artilleriya divizionunun komandiri vəzifəsində xidmət edən İ.Mirzəyev 2012-ci il fevralın 28-dən 2012-ci il iyulun 28-nə qədər “N” saylı hərbi hissədə atəşə dəstək bölməsinin rəisi və hərbi hissənin atəş dəstək üzrə koordinatoru vəzifəsini yerinə yetirib. Qüsursuz xidmətinə görə Müdafiə Nazirliyinin 26 iyun 2012-ci il tarixli əmrinə əsasən ona polkovnik rütbəsi verilib.
Tarixə Aprel döyüşləri olaraq yazılan hərbi əməliyyatlar zamanı “N” saylı hərbi hissənin komandiri olan İ.Mirzəyev cəbhənin Tərtər rayonu istiqamətində gedən döyüşlərə qatılıb. Gecə döyüşləri zamanı Tərtər rayonunun Talış istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Talış zirvəsi Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunub. Həmin döyüşlərdə Ermənistanın müdafiə naziri Seyran Ohanyan tərəfindən qurulan və Ermənistan Ordusunun “yenilməz Ohanyan səddi” olaraq tanınan müdafiə xətti 40 dəqiqə ərzində darmadağın edilib. Komandanlığın rəhbərliyi altında 2 saat ərzində Ermənistan Ordusunun 21 postu darmadağın edilib və 7 strateji nöqtə işğaldan azad olunub.
İ.Mirzəyev 2019-cu il fevralın 23-də 3-cü Ordu Korpusunun Artilleriya rəisi və artilleriya şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.
2020-ci il iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan Silahlı Qüvvələrinin bölmələri Azərbaycan–Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Dövlət Sərhəd Xidmətinin mövqelərini artilleriya qurğularından atəşə tutub. Döyüşlərin birinci saatlarında Azərbaycan Ordusunun hərbi qulluqçularından 3 nəfər şəhid olub, 4 nəfər isə yaralanıb.
İyulun 12-dən 13-nə ötən gecədə 3-cü Ordu Korpusunun qərargah rəisi Polad Həşimov və artilleriya rəisi İ.Mirzəyevin də qatıldığı hərbi toqquşmalarda artilleriya və minaatanların tətbiqi ilə gedən gecə döyüşlərində Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin atəşi ilə Ermənistan Ordusunun dayaq məntəqəsi, artilleriya qurğuları və canlı qüvvəsi məhv edilib.
İyulun 14-də səhər saatlarında Tovuz rayonu istiqamətində baş verən döyüşlər zamanı Azərbaycan Silahlı Qüvvələrinin 6-sı zabit olmaqla 7 hərbi qulluqçusu şəhid olub. Onlardan biri də polkovnik İlqar Mirzəyevdir.
İ.Mirzəyev II Fəxri xiyabanda dəfn olunub.
Prezident İlham Əliyevin 2020-ci il 9 dekabr sərəncamı ilə Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi igidliyə görə İ.Mirzəyevə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
Şəhid polkovnikin Elvin adında oğlu və Gülnarə adında qızı yadigar qalıb.

Dünən, 12:06
Dərslər bu tarixdə başlayacaq: dəyişiklik olundu
Dünən, 11:36
İlham Əliyev Banqladeş Prezidentini təbrik edib
Dünən, 11:00
Yunan əsgərlərindən Türkiyəyə qarşı TƏXRİBAT: Ankara HƏRƏKƏTƏ KEÇDİ
Dünən, 10:41
Qəzza yenə bombalandı, ölənlər var
Dünən, 10:36
Argentina Braziliyanı darmadağın etdi - Video
Dünən, 10:31
Bu gün sonuncu Qədr gecəsidir
Dünən, 10:10
Hakan Fidan və Marko Rubio görüşündə Azərbaycan söhbəti: Tramp administrasiyası Türkiyədən nə istədiyini açıqladı
Dünən, 09:57
Fələstin rəhbərliyi HƏMAS-ı Qəzzadan çəkilməyə ÇAĞIRDI
Dünən, 09:46
İrəvanın mərkəzindən "yerazlara salam": Türk gəncin yeni videosu Ermənistanı dəli etdi
Dünən, 09:40
Paşinyan Fidanı qabaqlamaq istədi – Türkiyə-Ermənistan sərhədi açıq qalacaqmı?
Dünən, 09:35
CHP İmamoğlunun yerinə onu GƏTİRİR
Dünən, 09:28
“Karyeramda bu qədər uduzmamışdım” - Fernandu Santuş
Dünən, 09:23
Almaniya hökuməti rəsmən istefa verdi
Dünən, 09:17
“Naxçıvandan Qarsa 85 dəqiqəyə çatmaq mümkün olacaq”
Dünən, 09:00
Ərdoğan: Biz ölkəmizi küçə terroruna təslim edə bilmərik
25-03-2025, 14:16
Vaşinqton-Moskva danışıqları ilə bağlı ilk açıqlama: Çətin, amma faydalı
25-03-2025, 12:02
Trampın dünyanı qorxuya salan addımları: Nüvə müharibəsi…
25-03-2025, 11:22
Azərbaycan Belarusa qarşı
25-03-2025, 11:16
İlham Əliyevi təbrik etdilər
25-03-2025, 11:02
XİN Yunanıstanı Milli Günü münasibətilə təbrik edib
25-03-2025, 10:29
İstanbulda silahlı hücumda Azərbaycan vətəndaşı yaralandı
25-03-2025, 10:21
Moskva məhkəməsindən təyyarə qəzası ilə bağlı - Qərar
25-03-2025, 10:08
İrandan İmamoğlunun həbsinə rəsmi reaksiya
25-03-2025, 09:55
ABŞ və Rusiya bəyanatla ÇIXIŞ EDƏCƏK - YENİ GƏLİŞMƏ
25-03-2025, 09:33
Ukrayna bu ərazini də ƏLƏ KEÇİRDİ
25-03-2025, 09:24
İdmançının ölümündə şübhəli idi, şikayət olunmadı, qətlə yetirildi - Azərbaycanda
25-03-2025, 09:00
Ərdoğan: CHP-nin özünün çalıb-oynadığı oyunu izləyirik