Molla rejimini vəlvələyə salan çıxış - Sərhəddən çəkilirlər

“Bu gün səhər mənə məlumat verildi ki, İranın xarici işlər nazirinin müavini Bakıya zəng edir, xahiş edir ki, İran səfirliyinin Livanda qalmış əməkdaşlarının təxliyəsinə Azərbaycan kömək etsin. Çünki onların imkanı yoxdur. Mənə məruzə edildi. Mən dərhal göstəriş verdim ki, kömək göstərin, təyyarə göndərin”.
Bu fikirləri dırnaqarası dostumuz İranın Naxçıvana etdiyi nankor hücumdan sonra Təhlükəsizlik Şurasının iclasında Azərbaycan Prezidenti İlham Əliyev deyib.
Cənub qonşumuzun iyrənc maskası eyni gündə həm kömək diləyib, həm köməksiz, dinc əhalini hədəf aldıqdan sonra asanlıqla yırtıldı.
O hadisədən bəlkə fiziki olaraq 4 yaralı çıxdı, lakin Azərbaycan növbəti dəfə İrandan mənəvi zərbəsini aldı…
Prezidentin bugünkü iclasda dediyi kimi, İrandakı səfirliyimizə təşkil olunan terror aktı və onun fonunda Azərbaycan hökumətinin atdığı qətiyyətli addımlar çox da uzaq tarixdə deyil.
Hətta, səfirliyimizə hücum planlaşdıran rejimin Ali Liderinin vəfatına başsağlığı vermək üçün Prezident İlham Əliyev birbaşa Bakıdakı İran səfirliyinə üz də tutdu, dostluq əli uzatdı:
“Mən onların səfirliyinə gedib başsağlığı vermək üçün öz mövqeyimi bildirdim. Halbuki məndən başqa heç bir dövlət başçısı İranın heç bir səfirliyinə getməyib. Yəni bunu qiymətləndirməmək, bunu yerə vurmaq, özlərini alçaq, nankorlar kimi aparmaq heç kimə şərəf gətirmir”.
Xalqımız, eləcə də ölkəmiz Qafqazda əsrlər boyu “yaralanmasına” rəğmən hər zaman dəmir yumruq kimi birləşib nifaq salan kəslərin başını əzməyi bacarıb.
Bunu Müzəffər Ali Baş Komandan öz çıxışında bir daha yada saldı. Dövlət başçısı sübut etdi ki, ölkəmizə, xalqımıza qarşı keçirilən nəinki, hər hansı təxribat, heç buna cəhd belə cavabsız qalmır və qalmayacaq. Bu qanun illərdir ki, dəyişməz olaraq qalmaqdadır:
“Onu da bildirməliyəm ki, Azərbaycanın xüsusi xidmət orqanlarının əliyalın nümayəndəsi avtomat “Kalaşnikov”la, “Molotov” kokteyli və balta ilə silahlanmış terrorçunu zərərsizləşdirib. O vaxt da bizdə şübhə yox idi ki, bunu törədən İran dövlətidir”.
Bəli, məhz bu cümlələr göstərir ki, hakim dairələrimiz “çomağı” əlindən bir an belə kənara qoymayıb.
Şuranın iclasında danışılan mövzular, Prezidentin məkrli hücumla bağlı qərarlı mövqeyi və sərt çıxışı dövlət kimi gücümüzü və istənilən təhdidə layiqli cavab vermək əzmimizi aydın şəkildə nümayiş etdirdi.
İlham Əliyevin cənub qonşumuzun çirkin əməlinin ardınca verdiyi bəyanatları qarşısında İranın rəsmi instansiyalarının açıqlamaları geriçəkilmə rejiminə keçdiklərini göstərir.
Özü də təkcə diplomatik yox, həm də hərbi aspektdə… Məlumata görə, İranın Azərbaycanla sərhəddəki hərbi qüvvələri də geri çəkilir, geriyə qalanlar isə bunkerlərdə gizlədilir.
Görünür Ali Baş Komandanın dediyi “Silahlı Qüvvələrimiz - Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, digər bütün Xüsusi Təyinatlı Qüvvələr bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib və istənilən əməliyyatı keçirməyə hazır olmalıdırlar. Hələlik bu qədər” cümləsinin təkcə “bu qədər”i Molla rejimini Azərbaycanın hansı cavabı verəcəyi ilə bağlı vəlvələyə salıb.
Cavab da, yəqin ki, özünü çox gözlətməyəcək...
Bu gün, 16:00
Avropada Rusiya ilə danışıqlara hazırlıq: 5 dövlətin başçısı...
Bu gün, 15:30
Əhaliyə şok tövsiyə: Ərzaq və su ehtiyatı toplayın
Bu gün, 14:14
Prezident gözlənilən ŞAD xəbəri elan etdi - Nələr dəyişəcək?
Bu gün, 14:05
“İnanıram ki, var qüvvənizi əsirgəməyəcəksiniz” – İlham Əliyevdən Xalq rəssamına təbrik
Bu gün, 13:55
Prezident Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim etdi - FOTOLAR
Bu gün, 12:07
Metro istifadəçilərinə şad xəbər: TƏMİR BİTDİ
Bu gün, 12:04
Keçmiş məmurların cəzaları azaldıldı - Azadlığa çıxırlar
Bu gün, 12:00
Milyonluq mənimsəmə edən şirkət rəhbəri ev dustaqlığına buraxıldı
Bu gün, 11:55
Milli Qəhrəmanın durumu ilə bağlı rəsmi açıqlama - Vəziyyəti kritik ağırdır
Bu gün, 11:46
Son Dəqiqə! Buğda ehtiyatlarımız azaldı
Bu gün, 11:42
“Bakıya Baş nazirin tapşırığına əsasən gəlmişəm” - Hindistanlı nazir
Bu gün, 11:38
Ceyhun Bayramov Subrahmanyam Cayşankarı belə qarşıladı - FOTO
Bu gün, 11:35
Prezident Hindistanın XİN başçısını qəbul etdi - FOTOLAR
Bu gün, 11:31
Xırdalanda 45 yaşlı kişi 10 yaşlı oğlana təcavüz etdi: "Cinlər məni yoldan çıxardı"
Bu gün, 11:28
Rayonlarla bağlı qərar verildi - Gələn ildən dəyişir
Bu gün, 10:48
Vəzifəli şəxs həbs edildi - Yarım milyonluq yeyinti
Bu gün, 09:43
Zelenski müsahibə zamanı ağladı
Bu gün, 09:28
“Neft qiymətlərini qaldırmaq üçün hər şeyi edirlər”
Bu gün, 09:22
Güclü zəlzələdə 16 nəfər öldü - Yüzlərlə ev dağıldı
Bu gün, 09:00
Paşinyan "Qarabağ dərdi" olanlara pul paylamağa başlayır - 2027-ci ildən bu qədər...
Dünən, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
Dünən, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
Dünən, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
Dünən, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
Dünən, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
Dünən, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
Dünən, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib