Habil Vəliyev 49 yaş
Medeniyyet
Oxunub: 858
31 may 2022 | 10:54
Habil Vəliyev 49 yaş


Həqiqət nazilər, amma üzülməz...

Habil Vəliyevin azadlığa çıxması təkcə onun deyil, haqqın, ədalətin, iqtidarın, dövlətçiliyin, milli birliyin qələbəsi idi...

Uca Allah birliyimizi qorusun...

Habil Vəliyevin həbs olunmasında Əli Kərimli-Cəmil Həsənli cütlüyü ilə Ramiz Mehdiyev-Əli Həsənov cütlüyünün maraqları üst-üstə düşürdü...



Bu gün “Gündəlik Bakı” qəzetinin təsisçisi və baş redaktoru, Qarabağ müharibəsi veteranı Habil Vəliyevin doğum günüdür. Bu gün Habil Vəliyevin 49 yaşı tamam olur.
49 il bir insan üçün çox olmasa da, hər halda az yaş da deyil. Yəni insan 49 ildə özünü təsdiq edərək, öz potensialını həyata keçirə bilər.
Bu şəxsin də talehinə ağır məcburi köçkünlük həyatı yaşamaq düşmüşdür. Amma bütün çətinliklərə və məhrumiyyətlərə baxmayaraq əyilməyib, sınmayıb, özü öz talehini yazmağı bacarıb.
Belə ki, Allahdan başqa heç bir dayağı olmadan öz gücü ilə Bakı Dövlət Universitetinə daxil olub. Və elə birinci kursda oxuyarkən yenə talehinə qəddar erməni işğalçılarına qarşı vuruşmaq yazılır.
Bir daha qeyd edirik ki, 18 yaşlı birinci kurs tələbəsini heç kim Qarabağda döyüşə aparmırdı. Yəni adam 18 yaşında özü qərar verməyə, öz gələcək həyat yolunu müəyyən etməyə çalışırdı və buna nail olurdu.
Bir sözlə, 18 yaşlı Habil Vəliyev könüllü olaraq öz təhsilini yarımçıq qoyaraq Ali Hərbi Komandirlər Məktəbinə daxil olur. Ali Hərbi Komandirlər Məktəbində dörd aylıq təcili təhsil alaraq doğma torpaqlarımız uğrunda rəşadətlə döyüşə gedib.
Həyatda ən çətin məsələ öz mövqeyini dəqiq müəyyən etməkdir.
Ulu Öndər Heydər Əliyev əbəs yerə hər dəfə demirdi ki, MÖVQEYNİZİ ORTA QOYUN…
Sonradan Qarabağ Müharibəsi Veteranı, Universitet məzunu, Ali təhsilli hüquqşünas öz mövqeyini ortaya qoydu. Tezliklə Habil Vəliyev YAP Təşkilat Komitəsində, Mərkəzi Seçki Komissiyasında və Veteran təşkilatlarında Böyük uğurlara imza atmağa başladı. Az müddətdən sonra Habil Vəliyev YAP Təşkilat Komitəsində sədr, Seçki Komissiyasında sədr, Veteran Təşkilatında sədr kimi yüksək etimadlar qazanır. Habil Vəliyev gənc olmasına baxmayaraq siyasi mövqeyni də dəqiq müəyyən edə bildi. Konkret olaraq bildirdi ki, mən Heydər Əliyev məktəbinin məzunuyam, bütün fəaliyyətimi onun siyasi kursuna xidmət etməklə davam etdirəcəyəm. Bəli, Habil Vəliyev haqqında dözülməz ittihamlar irəli sürülsə də o, Heydər Əliyevin qurduğu iqtidardan dönmədi. Onu nə qədər məcbur etsələr də İlham Əliyev ailəsinə sadiqliyini öz əməlləri ilə sübut etdi.
Və ən maraqlısı odur ki, gözümüzün önündə son 30 ildə minlərlə insan, alim, ziyalı, partiya sədri, qosqoca kişilər dəfələrlə siyasi mövqeyni dəyişsə də gənc Habil Vəliyev bu günədək, yəni 49 yaşınadək öz stabil siyasi mövqeyni qoruyub saxlayıb.
Bəli, bəzən insan siyasi mövqeynə, siyasi əqidəsinə görə, məhrumiyyətərə, həbslərə düçar olanda onun siyasi əqidəsində ən azı laxlama, deformasiya baş verir.
Amma Habil Vəliyev ona qarşı qaldırılmış cinayət işinin istintaqı zamanı, açıq məhkəmə proseslərində birmənalı olaraq bəyan etdi ki, mən bu iqtidarın nümayəndəsiyəm, mən Ulu Öndərin yoluna və bu yolun layiqli davamçısı, Prezidentimiz İlham Əliyevə sadiqəm. Bəzi, dövlətimizin əleyhinə çalışan müxalifət nümayəndələri Əli Kərimli və Cəmil Həsənov cütlüyü ilə birləşən Ramiz Mehdiyev və Əli Həsənovlar Habil Vəliyevin həbsinə nail oldular. Amma bir qarın yeməyə, 3-5 manat pula görə mövqeyini tez-tez dəyişən şəxsiyyətsiz şəxslərə Habil Vəliyevin həmişə bir sözü olub. Vicdanınız qarşısında hesabat verməyi unutmayın.
Ramiz Mehdiyevin və Əli Həsənovun göstərişi ilə həbs olunan Habil Vəliyev tam əmin idi ki, həqiqət nazilər, amma üzülməz. Və bir gün HƏQİQƏT öz yerini tapacaqdır.
Və həqiqətən də həqiqət öz yerini tapdı, müəyyən müddətdən sonra Habil Vəliyev öz azadlığına qovuşdu. Və yenə can-başla az qala etiqad etdiyi yoluna, iqtidar yoluna sadiqliyini nümayiş etdirdi.
Vaxtilə təsisçisi olduğu “Gündəlik-Bakı Qəzeti Redaksiyası MMC" media qrupu yenidən işıq üzü görməyə başladı.
Yeri gəlmişkən, Habil Vəliyevin həbsində təkcə sərt tənqid olunan məmurlar deyil, həm də iqtidarı qeyri-etik yolla tənqid edən, hətta söyən Əli Kərimli, Cəmil Həsənli və s. kimi radikal müxalifət də maraqlı idi. Yəni bu məsələdə bəzi məmurlarla, bəzi müxalifətin çirkin maraqları üst-üstə düşmüşdü. Problemin dərinliyi də bu idi.
Amma Habil Vəliyev bu sınaqdan da ləyaqətlə çıxaraq, öz mövqeyini qoruyub-saxlaya bildi.
Açıq demək lazımdır ki, o zamankı PA-nın rəhbəri Ramiz Mehdiyevin, PA-nın şöbə müdiri Əli Həsənovun mehtər mirzələrinin maraqları da bu prosesə qarışmışdı.
Yəni Səttar Möhbalıyev, Vilyam Hacıyev, Yavər Camalov, Mədət Quliyev, Rüstəm Usubov, Mehdiyevin kürəkəni İlham Əliyevin şəriki Rasim Məmmədov, özünü QHT rəhbəri hesab edən, həbs olunanda "asfaltı yaşardan" Rasim Məmmədov, Səfər Əbiyevin, Nəcməddin Sadıkovun tör-töküntüləri, Allahşükürün ləbbeyk deyənləri, Ramiz Cəbrayılov, Razim Məmmədov kimilər, əxlaqsızlıq yuvalarının sahibləri və s məxluqatlar Habil Vəliyevin həbsində maraqlı idilər.
Amma bir məsələni xüsusi olaraq bir daha qeyd edək ki, bu işdə Əli Kərimli-Cəmil Həsənli cütlüyü nə qədər maraqlı idisə, Ramiz Mehdiyev-Əli Həsənov cütlüyü də o qədər maraqlı idilər.
Amma yuxarıda qeyd etdiyimiz kimi Uca Allah və dövlətimizin başçısı möhtərəm İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban xanım Əliyeva öz qərarını verdi.
Bu təkcə Habil Vəliyevin qələbəsi deyildi, bu daha çox haqqın, dövlətçiliyin, iqtidarın, milli birliyin qələbəsi idi.
Uca Tanrı BİRLİYİMİZİ qorusun.
Biz də “Gündəlik-Bakı Qəzeti Redaksiyası MMC" media qrupu olaraq hamılıqla ziyalı, mərd, qorxmaz, dərin düşüncəli, uzaqgörən Baş Redaktorumuzu təbrik edirik, ona uzun ömür, can sağlığı arzulayırıq. Qələminiz iti olsun!!!

Bu gün, 10:57
"Dünyada yeganə ölkədir ki, heç kim rəhbər olmaq istəmir"-Tramp Tehranı ələ saldı
Bu gün, 10:52
Diplomatik korpusun nümayəndələri Şuşada sağlamlıq mərkəzinin işi ilə tanış olub
Bu gün, 10:48
Diplomatik korpusun nümayəndələri Şuşadakı xalça muzeyi ilə tanış olub
Bu gün, 10:38
Diplomatik korpusun nümayəndələri Yeni Şuşa məscidində aparılan işlərlə tanış olublar
Bu gün, 10:20
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evləri arasında turnir təşkil olunub - FOTO
Bu gün, 10:15
"Qarabağ" Zubirə əvəzləyici tapdı - FOTO
Bu gün, 09:00
Türkiyəyə gedənlər üçün şad xəbər: Ərdoğan qərar imzaladı
Dünən, 18:22
Prezidentlə ailəsi İslam Səfərli küçəsinin açılışında - FOTOLAR
Dünən, 16:00
TƏCİLİ! ABŞ İrana SON ZƏRBƏNİ vurmağa hazırlaşır
Dünən, 15:30
Mamdani anti-Azərbaycan paylaşımına PEŞMAN edildi – Yeni HƏRƏKAT
Dünən, 15:12
Əməkdar həkim Kliniki Tibbi Mərkəzə direktor təyin edildi
Dünən, 14:27
Mərkəzi Neftçilər Xəstəxanasının yeni direktoru KİMDİR? - DOSYE
Dünən, 13:53
NFC ödənişləri ilə bağlı 3 qurumun birgə AÇIQLAMASI
Dünən, 13:26
Bərdədə 8 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
Dünən, 13:22
Prezident onu "Əmək" ordeni ilə təltif edib
Dünən, 12:22
Sürücülərin nəzərinə: bəzi yollarda hərəkət tam məhdudlaşdırılacaq
Dünən, 12:18
Azərbaycanın Avropa Parlamenti ilə əməkdaşlığı dayandırılır
Dünən, 10:49
Bakıda "İctimai proseslər media müstəvisində" mövzusunda III Forum keçirilir
Dünən, 10:45
TƏBİB-in icraçı direktoruna müavin təyin olunub
Dünən, 10:30
Bakıda bayrağımıza hörmətsizlik edən gənc cəzalandırıldı - Video
Dünən, 09:59
Metro və avtobuslarda əlavə gedişhaqqı ödənişləri çıxılır?
Dünən, 09:54
Sərnişin avtobusu qəzaya uğrayıb: 3 ölü, 31 yaralı
Dünən, 09:50
Türkiyədə qalan azərbaycanlılar üçün PİS XƏBƏR
Dünən, 09:44
SON DƏQİQƏ! AZAL qəzası ilə bağlı VACİB AÇIQLAMA
Dünən, 09:37
İlqar Əliyev həbsdə vəfat etdi
Dünən, 09:31
Heyvan bazarlarında yeni dövr — Xəstəliklərin qarşısı belə alınacaq
Dünən, 09:27
İran millisi DÇ-2026-da iştirak edəcək