Mirzə Ələkbər Sabirin anadan olmasının 160-cı ildönümünə həsr olunmuş ümumtəhsil məktəbləri arasında bədii qiraət müsabiqəsinin yekunu keçirilib
Medeniyyet
Oxunub: 952
19 may 2022 | 12:19
Mirzə Ələkbər Sabirin anadan olmasının 160-cı ildönümünə həsr olunmuş ümumtəhsil məktəbləri arasında bədii qiraət müsabiqəsinin yekunu keçirilib



18 may 2022-ci il tarixdə İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Şamaxı rayon Mirzə Ələkbər Sabirin Ev-Muzeyinin təşkilatçılığı ilə Şamaxı rayon Mədəniyyət Mərkəzində Azərbaycanın xalq şairi, bədii-ictimai fikir tarixində yeni ədəbi məktəbin banisi, görkəmli maarifpərvər Mirzə Ələkbər Sabirin anadan olmasının 160-cı ildönümünə həsr olunmuş ümumtəhsil məktəbləri arasında bədii qiraət müsabiqəsinin yekunu keçirildi.

Tədbir iştirakçıları dahi şairin müəllimi Seyid Əzim Şirvaninin və Mirzə Ələkbər Sabirin qəbirlərini ziyarət ediblər. Hər iki şairin məzarı üzərinə tər çiçəklər qoyulub və yaradıcılığı haqqında çıxışlar edilib.

Şamaxı rayon Mirzə Ələkbər Sabirin Ev- Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi, müsabiqənin təşkilatçısı Rəqsanə Xəlilzadə tədbirdə giriş sözü ilə çıxış edərək M.Ə.Sabirə ümumxalq sevgisindən, dövlətin şairin xatirəsini əbədiləşdirmək üçün gördüyü genişmiqyaslı işlərdən bəhs edib.

Tədbirdə iştirak edən İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Nəcəfov, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Rövşən Əliyev, münsiflər heyəti qismində ADPU-nun və BDU-nun baş müəllimi, pedaqoji elmlər üzrə fəlsəfə doktoru Dəyanət Musayev, ADPU-nun Şamaxı filialının kafedra müdiri, filologiya elmləri üzrə fəlsəfə doktoru, baş müəllim, Sabir yaradıcılığının tədqiqatçısı Eyvaz Eminaliyev, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin əməkdaşı Nişanə Eyyubova, Şamaxı Hazırlıq Mərkəzinin və Şərədil tam orta məktəbinin müəllimi Xəyalə Xəlilova çıxışlarında Beynəlxalq Muzeylər Günü münasibəti ilə Azərbaycan muzeylərində çalışan muzey işçilərini peşə bayramı münasibətilə təbrik edib, müsabiqəni xalqımızın milli-mənəvi dəyərlərinə, M.Ə.Sabir irsinə, Sabir yaradıcılığına ən böyük qiymət kimi dəyərləndiriblər.Tədbirdə Şamaxı rayon ziyalıları, təhsil, mədəniyyət işçiləri və Sabirsevərlər iştirak edirdilər.

Müsabiqənin keçirilməsində əsas məqsəd Mirzə Ələkbər Sabir yaradıcılığının təbliği, gənc nəslin şairin ədəbi irsi ilə yaxından tanışlığı, bədii qiraət üzrə istedadlı şagirdləri üzə çıxarmaq, onları həvəsləndirməkdir. Keçirilən yekun bədii qiraət müsabiqəsində qalib olan şagirdlər muzeyin direktoru R.Xəlilzadə tərəfindən "Fəxri Fərman", təşəkkürnamə və qiymətli hədiyyələrlə mükafatlandırıldılar.

#MinistryforCulture
#MədəniyyətNazirliyi
#Azərbaycan
#İsmayıllıRMİ
#mədəniyyət


Mirzə Ələkbər Sabirin anadan olmasının 160-cı ildönümünə həsr olunmuş ümumtəhsil məktəbləri arasında bədii qiraət müsabiqəsinin yekunu keçirilib
1-08-2026, 12:47
Sabah 39° isti olacaq
1-08-2026, 10:59
Ərdoğana sui-qəsd dəstəsinin son üzvü ələ keçirildi - FOTO
1-08-2026, 10:49
Fransa İspaniya ilə sərhəddə təhlükəsizlik qüvvələri yerləşdirdi
1-08-2026, 10:23
Cinayətdə şübhəli bilinən 53 nəfər saxlanılıb
1-08-2026, 10:12
DYP sürücülərə və piyadalara müraciət etdi
1-08-2026, 09:54
53 mindən çox miqrant geri qayıdıb
1-08-2026, 09:48
“Qarabağ”ın oyunlarını bu hakimlər idarə edəcək
1-08-2026, 09:38
Nəriman Həsənzadə vəfat etdi
1-08-2026, 09:32
Azərbaycanda zəlzələ oldu
1-08-2026, 09:28
“Təmiz, saf, ədəbi Azərbaycan dilinin qoruyucuları bizik” - FOTO
1-08-2026, 09:22
Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür
1-08-2026, 09:00
Azərbaycanlılar Azərbaycana qarşı casusluğa cəlb edilir? – İranla sərhəddə nə baş verir...
31-07-2026, 16:00
Qəzza ilə bağlı tarixi razılaşma: Tezliklə icrasına başlanacaq
31-07-2026, 15:30
İrəvandan Moskvaya HƏDƏ – Zəngəzur dəhlizi gecikə bilər?
31-07-2026, 14:22
“İssık gölü sammiti” Kremlin diqqətində – Moskva nədən narahatdır?
31-07-2026, 13:37
Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirilib - YENİLƏNİB
31-07-2026, 13:13
Xərçəng xəstəliyinin də çarəsi tapıldı: Alimlərdən şad xəbər
31-07-2026, 12:44
İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə dövlət ziyafəti verildi
31-07-2026, 12:40
Ankara Moskva-Kiyev görüşünü təşkil etməyə hazırdır
31-07-2026, 11:50
Netanyahunu şortiklə qarşıladı, üzünə də baxmadı - ŞOK FOTO
31-07-2026, 11:13
“Biz bu məsuliyyətə hazırıq”
31-07-2026, 11:08
Ukrayna PUA-ları Azərbaycanla sərhəddə vuruldu
31-07-2026, 10:59
İraqlı nazirdən Türkiyədəki imza böhranı ilə bağlı AÇIQLAMA
31-07-2026, 10:55
İlham Əliyev: Azərbaycan və Qırğızıstan bütün təşəbbüslərdə bir-birini bundan sonra da dəstəkləyəcək
31-07-2026, 10:52
Azərbaycan ilə Qırğızıstan arasında imzalanmış sənədlər mübadilə edilib
31-07-2026, 10:49
Azərbaycan və Qırğızıstanın 6 şəhəri qardaşlaşdı
31-07-2026, 10:45
Qırğızıstan Prezidenti Heydər Əliyev ordeni ilə təltif edildi