Fransanın Mejev şəhərində Azərbaycan mədəniyyət günlərinin açılışı olub
Medeniyyet
Oxunub: 1 695
18 yan 2015 | 23:35
Fransanın Mejev şəhərində Azərbaycan mədəniyyət günlərinin açılışı olub Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə həyata keçirilən "Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri" layihəsi çərçivəsində yanvarın 17-də Savua regionunun Mejev şəhərində Azərbaycan mədəniyyət günlərinin təntənəli açılışı olub.
APA-nın "Azərtac" dövlət agentliyinə istinadən verdiyi məlumata görə, tədbiri açan şəhərin meri, xanım Kristin Jülyən-Breş Xəzər dənizinin sahilində yerləşən Azərbaycanın qədim sivilizasiya məkanı kimi artıq dünyada tanındığını, yalnız mədəniyyəti ilə deyil, yeraltı sərvətləri ilə də zəngin olduğunu, Şərqi Avropanın, Asiyanın və Yaxın Şərqin qovşağında yerləşdiyini diqqətə çatdırıb.
Ölkəmizin 1991-ci ildə müstəqilliyini bərpa etdiyini xatırladan mer Azərbaycanın Fransa ilə müxtəlif sahələrdə əlaqələrini genişləndirdiyini xüsusi vurğulayıb.
Fransanın Azərbaycanın müstəqilliyini tanıyan ikinci dövlət olmasını diqqətə çatdıran Kristin Jülyən-Breş ikitərəfli əməkdaşlığın inkişaf etdiyini, prezident İlham Əliyevin bu ölkədə dəfələrlə səfərdə olduğunu, sabiq prezident Nikolya Sarkozinin və hazırkı dövlət başçısı Fransua Ollandın Azərbaycana səfər etdiklərini bildirib.
Hər iki ölkədə çoxlu sayda dostluq qruplarının təşkilinin fransız xalqı ilə Azərbaycan xalqının bir-birini tanımaqda müstəsna rol oynadığını qeyd edən mer Qusar rayonu ilə Mejev şəhəri arasında dostluq xartiyasının imzalanmasının bunun bariz nümunəsi olduğunu vurğulayıb. O, Mejevlə Qusarın dağlıq ərazidə yerləşməsinin dostluq əlaqələrinin yaranmasında başlıca amil kimi dəyərləndirib.
Azərbaycana səfəri çərçivəsində Qusar rayonu ilə yaxından tanış olduğunu diqqətə çatdıran Kristin Jülyən- Breş Şahdağın ətəyində müasir tələblərə cavab verən xizək meydançasının Avropadakılardan heç də geri qalmadığını vurğulayıb.
Mer Azərbaycanın mədəniyyət günlərinin təşkilinə görə Heydər Əliyev Fonduna və onun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya təşəkkür edib.
Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov Azərbaycan mədəniyyəti günlərinin keçirilməsinin Mejev şəhəri üçün əlamətdar olduğunu deyib.
O, Azərbaycanla Fransa arasında dostluq əlaqələrinin tarixən mövcudluğunu diqqətə çatdırıb və hər iki ölkə arasında həm iqtisadi, həm də mədəni sahələrdə əlaqələrin ildən-ilə inkişaf etdiyini, bu münasibətlərin yaranmasında Azərbaycanın və Fransanın dövlət başçılarının apardıqları siyasətin böyük rol oynadığını xüsusi vurğulayıb.
Fransa Milli Assambleyasının deputatı, Azərbaycan Dostları Assosiasiyasının sədri Jan-Fransua Mansel Azərbaycanın zəngin və son dərəcədə maraqlı ölkə olduğunu, iki ölkənin xalqları arasında əlaqələrin sürətlə inkişaf etdiyini, respublikamızın müstəqilliyini uğurla qoruyub saxladığını bildirib.
Hər hansı ölkəni daha yaxından tanımaq, adət-ənənələri ilə tanışlıq üçün həmin ölkədə olmağın vacibliyini diqqətə çatdıran Jan-Fransua Mansel fransızları Azərbaycana səfər etməyə, bu ilin iyununda Bakıda keçiriləcək ilk Avropa Oyunlarında iştirak etməyə çağırıb.
Azərbaycanın Fransa ilə müxtəlif sahələrdə əməkdaşlığın inkişafına böyük maraq göstərdiyini diqqətə çatdıran səfir Elçin Əmirbəyov prezident İlham Əliyevin 2012-ci ildə Fransaya səfərini, dövlət başçısı Fransua Olland ilə birlikdə Luvrda İslam İncəsənəti Muzeyi departamentinin təntənəli açılışında iştirak etdiklərini xatırladıb. Diplomat, həmçinin Fransa prezidentinin ötən ilin mayında Azərbaycanda səfərdə olduğunu, Parisdə vaxtaşırı Azərbaycan mədəniyyəti günləri ilə bağlı tədbirlərin keçirildiyini, ötən ilin sentyabrında paytaxtın San-Sülpis meydanında təşkil olunan "Azərbaycan şəhərciy"nin buna nümunə olduğunu bildirib.
Ölkəmizi Fransada tanıtmaq istiqamətində mühüm işlər görən Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə bu ölkənin artıq 23 şəhərində "Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri" layihəsi çərçivəsində tədbirlərin keçirilməsindən bəhs edən E. Əmirbəyov bu səpgidə tədbirlərin gələcəkdə də davam etdiriləcəyini bildirib.
Çıxışlardan sonra Mejev meriyasının rəsmiləri, şəhərin qonaqları əvvəlcə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə dahi Azərbaycan şairi Nizami Gəncəvinin həyat və yaradıcılığını əks etdirən eksponatların nümayiş etdirildiyi, eləcə də Qusar rayonunun təbiəti, bu rayondan olan rəssam, Azərbaycan və SSRİ Rəssamlar İttifaqının üzvü, əsərləri müxtəlif ölkələrin muzeylərində saxlanılan və sərgilərində nümayiş etdirilən Əliyar Əlimirzəyevin rəsm əsərlərindən ibarət və Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri sərgilərində təqdim edilən eksponatlarla yaxından tanış olublar.
Sərgi yanvarın sonunadək davam edəcək.
Tədbirdə əməkdar artist İsfar Sarabskinin rəhbərlik etdiyi caz qrupu Azərbaycan və Avropa bəstəkarlarının əsərlərini səsləndirib.
Mejevdə mədəniyyət günləri çərçivəsində Heydər Əliyev Fondu tərəfindən orta məktəb şagirdlərinə Azərbaycan həqiqətləri barədə ətraflı məlumat verilib və onlara ölkəmizin şirniyyatları təqdim edilib.
Bu gün, 14:22
Çin Hörmüzə görə İrana ÇAĞIRIŞ ETDİ
Bu gün, 14:00
Paşinyan və Anna buna görə ayrılıb - ŞOK İDDİA
Bu gün, 11:53
İrandan bəzi məhsulların ixracına - Qadağa
Bu gün, 11:48
Baş nazirdən aksiyalarla bağlı - Qərar
Bu gün, 11:15
Tramp: Əgər mən olmasaydım, dünya indi tamam başqa cür olardı
Bu gün, 11:00
Bakıda üçüncü yerüstü metro stansiyasının istifadəyə veriləcəyi tarix açıqlandı
Bu gün, 10:45
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edir
Bu gün, 10:41
Bakı-Qazax-Bakı istiqamətində əlavə qatar reysləri təyin ediləcək
Bu gün, 10:32
"TikTokda" təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
Bu gün, 10:04
Nazirlikdən çərşənbə ilə bağlı əhaliyə MÜRACİƏT
Bu gün, 09:58
İranda rejimin sayılı günləri qalıb - Netanyahu
Bu gün, 09:50
Qazaxıstandan AZAL-ın vurulan təyyarəsi ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI
Bu gün, 09:47
İran Bəhreyni Səudiyyə ilə birləşdirən körpünü vurdu
Bu gün, 09:40
Son Dəqiqə: ABŞ hərbçiləri bu ölkədə etirazçılara atəş açdı
Bu gün, 09:36
Ərbildə hava limanı vuruldu
Bu gün, 09:32
“Əməliyyatlar İranın düşüncə tərzini dəyişdirməyi hədəfləyir”
Bu gün, 09:30
İran üzərindən Çin “vuruldu” – İki supergüc müharibəyə başlayır?
Bu gün, 09:26
Peyk görüntüləri: Dubay səmasında qara tüstü
Bu gün, 09:20
Nur Pəhləvi Trampa təşəkkür etdi - İranda qalmaqal
Bu gün, 09:16
Kremlin müttəfiqləri sıradan çıxır, “mühasirə” daralır: Rusiya dünyadan qopur, “geopolitik intihara” sürüklənir
Bu gün, 09:13
"Xameneiyə qarşı sui-qəsd ABŞ və İsrailə heç nə qazandırmadı"
Bu gün, 09:11
Xameneinin olduğu yerin koordinatlarını kim verib?
Bu gün, 09:00
Bu gün Od çərşənbəsidir
Dünən, 16:00
Tehranın dirəniş siyasəti: ABŞ və İsrail bunu istəyirmiş
Dünən, 15:30
Xameneinin ölən 14 aylıq nəvəsinin FOTOSU yayılıb
Dünən, 14:52
Keçmiş KOBİA rəhbəri yüksək vəzifəyə təyin edilir?- İDDİA
Dünən, 14:33
Prezident dövlət maliyyəsi üzrə sənəd dövriyyəsinin elektronlaşdırılmasını təsdiqləyib