Tehranın dirəniş siyasəti: ABŞ və İsrail bunu istəyirmiş

ABŞ-İsrail-İran qarşıdurması artıq qlobal təhlükəsizlik arxitekturasının sütunlarını silkələyən, beynəlxalq hüququn effektivliyini sual altına alan və regionu böyük müharibə riskinə sürükləyən çoxqatlı geosiyasi böhrandır.
Müharibə coğrafiyasının genişlənmə təhlükəsi
Vaşinqton və Təl-Əvivin koordinasiyalı hərbi addımları fonunda İran-ın cavab zərbələri artıq region ölkələrini fakt qarşısında qoyub. Tehran ABŞ-ın bölgədəki hərbi bazalarına zərbələr endirərkən atılan raket və PUA-ların mülki ərazilərə düşməsi ciddi narazılıq yaradıb. Bu isə münaqişəyə qoşulmaq istəməyən dövlətlərin belə mövqeyini sərtləşdirir.
Xüsusən Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı kimi ölkələrin son bəyanatları diqqət çəkir. Onlar açıq şəkildə xəbərdarlıq ediblər ki, İranın regionda sabitliyi pozan addımları davam edərsə, “cavab tədbirləri qaçılmaz olacaq”. Bu, faktiki olaraq ABŞ-İsrail koalisiyasının genişlənməsi deməkdir.
ABŞ və İsrailin strateji üstünlüyü
Mövcud vəziyyət ən çox ABŞ və İsrail üçün əlverişli geosiyasi zəmin yaradır. Çünki İranın sərt və barışmaz ritorikası region dövlətlərini təhlükəsizlik baxımından Vaşinqton-Təl-Əviv xəttinə yaxınlaşdırır.
Əgər Tehran emosional və impulsiv qərarlar verməyə davam edərsə, bu, Qərb paytaxtlarında “İran təhdidi” tezisinin daha asan qəbul edilməsinə səbəb olacaq. Bu isə daha geniş beynəlxalq legitimlik, yeni hərbi-siyasi koalisiya və sanksiya mexanizmlərinin sərtləşdirilməsi deməkdir.
Artıq Fransa və Böyük Britaniya da açıq şəkildə ABŞ və İsrailə dəstək verməyə hazır olduqlarını bəyan ediblər. Yaponiya isə daha ehtiyatlı mövqe tutaraq İranı “regionda sabitliyi pozan addımları dayandırmağa və diplomatik həll yollarına qayıtmağa” çağırıb. Bu çağırış diplomatik dillə ifadə olunsa da, əslində Tehrana ciddi xəbərdarlıqdır. Necə deyərlər, Tehran bu sərt ritorika ilə əslində ABŞ və israilin əlinə oynayır.
Proksi müharibənin genişlənmə riski
Hizbullaha qarşı İsrailin Livanda başlatdığı genişmiqyaslı əməliyyatlar münaqişənin artıq çoxcəbhəli xarakter aldığını göstərir. Əgər Yəməndəki husilər də aktiv fazaya keçərsə, qarşıdurma Qırmızı dəniz hövzəsinə və enerji marşrutlarına qədər uzana bilər. Bu isə qlobal enerji bazarlarını sarsıdar və dünya iqtisadiyyatına yeni şok dalğası göndərər.
Tehran hazırda emosional ritorika ilə hərbi reallıq arasında sıxışmış vəziyyətdədir. Daha geniş koalisiyaya qarşı açıq müharibə aparmaq üçün nə iqtisadi, nə hərbi, nə də diplomatik resurs balansı onun xeyrinədir.
Dalana dirənən strategiya
Əgər İran sərt ritorikanı davam etdirərsə, bu, onu daha ağır və çıxılmaz vəziyyətə sürükləyə bilər. Çünki genişlənən koalisiya qarşısında tək qalmaq riski artır. Digər tərəfdən, geri addım atmaq isə daxili siyasi dinamikanı silkələyə bilər.
Bu müharibə nə İran xalqına, nə region ölkələrinə, nə də qlobal təhlükəsizlik sisteminə sabitlik vəd edir. Əksinə, beynəlxalq münasibətlər sistemində bloklaşmanı dərinləşdirir, silahlanma yarışını sürətləndirir və diplomatiyanın rolunu zəiflədir.
Əgər tərəflər emosiyaları deyil, rasional geosiyasi hesablamaları əsas götürməsələr, Yaxın Şərq yeni və daha dağıdıcı bir mərhələyə keçə bilər. Bu isə artıq lokal müharibə deyil, qlobal təhlükəsizlik böhranı demək olacaq.
Dünən, 16:00
4 dəniz LAYİHƏSİ – Dünyanın XİLASI Türkiyənin əlində
Dünən, 15:50
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə işgüzar səfər edib - FOTO
Dünən, 15:30
Separatçılardan Xankəndidəki kilsə haqda AĞ YALAN
Dünən, 14:22
Şagirdləri qatil edən oyun: "PUBG" qadağan olunsun! ÇAĞIRIŞI
Dünən, 13:23
May ayının qeyri-iş günləri AÇIQLANDI
Dünən, 13:17
Türkiyədə yaxalandı, Bakıya gətirilir - narkotik şəbəkəsinin izləri haraya gedib çıxır?
Dünən, 13:12
Prezidentin fərmanı icra olundu: Bu gündən ETİBARƏN...
Dünən, 12:45
Sabah 21 dərəcə isti olacaq
Dünən, 12:40
BŞTİ fotosu yayılan direktorla bağlı məlumat yaydı
Dünən, 12:01
İranlı narkotacirə kuryerlik edənlər Binəqədidə ələ keçdilər - VİDEO
Dünən, 11:52
Bu şəxslər peyvənd olunacaq
Dünən, 11:49
35 il sonra Ermənistandan məhsul aldıq
Dünən, 11:46
Daxili İşlər Nazirliyi tərəfindən genişmiqyaslı əməliyyatlar: çoxsaylı cinayətlər açılıb, silah və narkotik vasitələr götürülüb
Dünən, 11:14
Sabunçu tunelində də yol çökdü - Video
Dünən, 10:44
Cüdoçularımız Avropa çempionatında mübarizəyə başlayır
Dünən, 10:06
Azərbaycandan qaçan məktəb direktoru - Türkiyədə tutuldu
Dünən, 09:24
Bakıda dövlət qurumlarının avtomobilləri hərraca çıxarıldı – Qiymətlər
Dünən, 09:19
İsrail və Livan liderləri sabah danışacaq - 34 il sonra
Dünən, 09:16
Liseyə hücuma görə saxlanılanların sayı 16-ya çatdı
Dünən, 09:12
ABŞ Kubaya hücum hazırlıqlarına başlayıb
Dünən, 09:00
ABŞ oyundan çıxır: Parçalanan Avropa Rusiya ilə üz-üzə
15-04-2026, 16:00
Paşinyan hakimiyyətinin sonunun başlanğıcı?
15-04-2026, 15:30
Varlı azərbaycanlıların yeni modası - xaricdə doğuş
15-04-2026, 14:22
Yaxın Şərq: Hörmüz boğazı, Trampın böyük sövdələşmə axtarışı, Livan-İsrail razılaşaması
15-04-2026, 13:37
Köhnə pulları nə etməliyik? - RƏSMİ
15-04-2026, 13:27
Azərbaycanda əhalinin təbii artımı təxminən 30 faiz azalıb
15-04-2026, 13:12
Bu əşyaları zibilqabıya atsanız 300 manat cərimə OLUNACAQSIZ