İran üzərindən Çin “vuruldu” – İki supergüc müharibəyə başlayır?
Dunya
Oxunub: 69
3 mar 2026 | 09:30
İran üzərindən Çin “vuruldu” – İki supergüc müharibəyə başlayır?


ABŞ və İsrail qüvvələrinin İrana qarşı hərbi əməliyyatları Yaxın Şərqi daha genişmiqyaslı qarşıdurmanın astanasına gətirib. Lakin hadisələrin təsiri təkcə regionla məhdudlaşmır. Analitiklər bu müharibəni həm də Çinə qarşı yönəlmiş geosiyasi bir manevr kimi dəyərləndirirlər.

Pekinin bölgədə güclənməsinin qarşısının alınması, İran üzərindən Avropaya və Yaxın Şərqə təsir imkanlarının məhdudlaşdırılması məqsədilə belə bir strategiyanın həyata keçirildiyi deyilir. Eyni zamanda, Çinin və Rusiyanın mövqeyi bu prosesin gedişatında həlledici rol oynaya bilər.

Çin və Rusiya İranla ABŞ-İsrail münaqişəsinə necə reaksiya verəcək? Hazırkı müharibə Pekinə qarşı manevrdir?

Ölkə.Az xəbər verir ki, politoloq Oqtay Qasımov deyib ki, ABŞ və İsrailin İrana qarşı başlatdığı əməliyyatlara Çin və Rusiyanın reaksiyası beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir:

“12 günlük son müharibədə bu iki ölkə İrana silah və maliyyə dəstəyi ayırsalar da, birbaşa müdaxilə etmədilər. Həmçinin hazırkı gərginlikdən qısa müddət öncə də Rusiya və Çindən İrana silah-sursat daşındığı bildirilib. Hətta Rusiyanın hava hücumundan müdafiə sistemləri göndərdiyi deyilir.

İlk iki günün müşahidəsi göstərir ki, bu ölkələr sadəcə bəyanatlarla kifayətlənəcəklər. Yəni müharibəyə birbaşa müdaxilə etməyəcəklər. Ümumiyyətlə, onların müharibəyə müdaxilə etmək imkanları çox məhduddur. Rusiya Ukrayna bataqlığında ilişib qalıb, Çin isə özünü qoruma instinkti ilə hərəkət edir.

Digər tərəfdən, iddialara görə, bu müharibə həqiqətən də Çinə qarşı yönəlib. ABŞ Prezidenti Donald Trampın son addımları da Pekin əleyhinə strategiyanın tərkib hissəsi kimi qiymətləndirilir. Tramp dünyada ABŞ-a əsas təhdid olaraq Çini görür. Məsələn, Panama kanalına nəzarəti ələ keçirərək Çin şirkətlərinin bölgəyə təsir imkanlarını məhdudlaşdırdı, sonra isə Venesuelaya müdaxilə edərək enerji nəqliyyatını dayandırdı. Bu addımlar Qərb yarımkürəsində təsirini artırmaq məqsədini güdür. İndi isə İrana müdaxilə edilir, bütün bunlar Çinin regiondakı nüfuzunu məhdudlaşdırmaqla bağlıdır”. (Globalinfo)
Dünən, 16:00
Kiçik torpaq sahələri ilə bağlı YENİLİK! Ekspert detalları açıqladı
Dünən, 15:33
Türkmənistan Prezidentinə Qarabağ atı hədiyyə edilib
Dünən, 15:30
Moskvadan qızışdırıcı MÖVQE – Paşinyan Rusiyaya buraxılmayacaq?
Dünən, 13:25
Prezidentin Şuşa səfərində uşaqlarla səmimi görüşü
Dünən, 13:16
Həmin ordeni Polşaya qaytardı
Dünən, 12:43
Onlayn qumarla bağlı cəzalar - Sərtləşdirilir
Dünən, 12:39
Daşaltı kəndinin fonunda - Fotolar
Dünən, 12:33
Füzulinin dağıdılmış yerlərinə baxdılar - Fotolar
Dünən, 11:46
Sürətli yolda uşağın həyatını təhlükəyə atdı - Araşdırma başladı
Dünən, 11:40
Bu qaydanı pozanlar cərimələnəcək - 2 min manatadək
Dünən, 11:15
Prezident həmkarını Füzulidə qarşıladı - Fotolar
Dünən, 11:09
Danışıqların yekununda dörd işçi qrupu yaratdılar
Dünən, 11:05
Ramil Quliyevin xanımı Olimpiya medalından məhrum edildi
Dünən, 10:59
Ərini öldürəndən sonra silahla arvadını da hədələyibmiş - Yevlaxdakı qətlin təfərrüatı
Dünən, 10:55
“Dörd ay keçib, küçələr hələ də su altındadır”
Dünən, 10:51
Daha bir gəncin meyiti kanaldan tapıldı
Dünən, 09:53
İtaliya mətbuatında Tramp haqqında gedən təhqiramiz ifadələr toplanır
Dünən, 09:47
ABŞ-İran texniki danışıqları da başa çatdı: Nəticə?
Dünən, 09:40
Xameneinin dəfninə görə uçuşları məhdudlaşdıracaqlar
Dünən, 09:36
Ölümcül istilər gözlənilir - Xəbərdarlıq edildi
Dünən, 09:31
Mərdəkanda dənizdə batan 4 gəncin - Fotosu
Dünən, 09:23
XİN: Ölkəmizin inkişafında dövlət qulluqçularının rolu əvəzsizdir
Dünən, 09:09
Metroda limitsiz abunə kartları nə vaxt tətbiq olunacaq? - RƏSMİ AÇIQLAMA
Dünən, 09:00
İran-ABŞ barışığı Azərbaycana da təsir göstərəcək
22-06-2026, 16:00
Bu yerlərdə qiymətlər 15% qalxacaq — VİDEO
22-06-2026, 15:30
Göyçə uğrunda əməliyyat: yüzlərlə tikili söküldü
22-06-2026, 13:58
Türkmənistan Prezidenti Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib