Ramil Quliyevin xanımı Olimpiya medalından məhrum edildi

Beynəlxalq Olimpiya Komitəsi (BOK) London-2012 Yay Olimpiya Oyunlarında qadınların 800 metr məsafəyə qaçış yarışının nəticələrini yenidən nəzərdən keçirərək medal bölgüsündə dəyişiklik edib.
Rusiya mediası xəbər verir ki, BOK-un bəyanatına görə, bu, həmin Oyunlarda gümüş medal qazanan rusiyalı idmançı, azərbaycanlı dünya çempionu Ramil Quliyevin həyat yoldaşı Yekaterina Quliyevanın diskvalifikasiyası ilə əlaqədardır.
Qərara əsasən, Y.Quliyevanın (keçmiş soyadı Poistoqova) nəticələri ləğv olunub və o, Olimpiya medalından məhrum edilib.
Xatırladaq ki, London Olimpiadasında ilk olaraq qızıl medalı rusiyalı Mariya Savinova qazanmış, Cənubi Afrika Respublikası təmsilçisi Kaster Semenya ikinci, Yekaterina Poistoqova isə üçüncü yeri tutmuşdu.
Lakin Savinova 2015-ci ildə dopinq qaydalarını pozduğu üçün iki il sonra, 2017-ci ildə qızıl medalından məhrum olunub. Bundan sonra qızıl medal Semenyaya verilib, Poistoqova isə gümüş medalçı elan edilib.
Həmin il Poistoqova da dopinq pozuntularına görə iki il müddətinə diskvalifikasiya edilsə də, İdman Arbitraj Məhkəməsinin qərarı ilə Olimpiya medalını qoruyub saxlamışdı.
Lakin 2024-cü ilin aprelində Rusiya Atletika Federasiyası Moskva Antidopinq Laboratoriyasının məlumatları əsasında idmançını yenidən cəzalandıraraq 2026-cı ilin martınadək diskvalifikasiya edib. Onun əvvəlki nəticələri, o cümlədən London Olimpiadasında qazandığı gümüş medal da ləğv olunub.
Quliyeva bu qərardan apellyasiya şikayəti versə də, müraciəti 2025-ci ilin mayında rədd edilib. Bundan sonra BOK yarışın yekun nəticələrini yenidən dəyişdirmək qərarına gəlib.
Yeni qərara əsasən, London-2012 Olimpiadasında qadınların 800 metr məsafəyə qaçışında gümüş medal Keniyalı Pamela Celimoya, bürünc medal isə amerikalı Alisiya Montanoya təqdim ediləcək.
Qeyd edək ki, Yekaterina 2019-cu ildə Türkiyədə yaşayan məşhur Azərbaycan atletika idmançısı və 2017-ci il dünya çempionu Ramil Quliyevlə ailə qurub, daha sonra Türkiyə vətəndaşlığını qəbul edərək Quliyeva soyadını götürüb. O, 2021-ci ildən etibarən beynəlxalq arenada Türkiyəni təmsil edir. R.Quliyev isə “Fənərbaxça”da atletika şöbəsinə rəhbərlik edir.
Bu gün, 16:00
Kiçik torpaq sahələri ilə bağlı YENİLİK! Ekspert detalları açıqladı
Bu gün, 15:33
Türkmənistan Prezidentinə Qarabağ atı hədiyyə edilib
Bu gün, 15:30
Moskvadan qızışdırıcı MÖVQE – Paşinyan Rusiyaya buraxılmayacaq?
Bu gün, 13:25
Prezidentin Şuşa səfərində uşaqlarla səmimi görüşü
Bu gün, 13:16
Həmin ordeni Polşaya qaytardı
Bu gün, 12:43
Onlayn qumarla bağlı cəzalar - Sərtləşdirilir
Bu gün, 12:39
Daşaltı kəndinin fonunda - Fotolar
Bu gün, 12:33
Füzulinin dağıdılmış yerlərinə baxdılar - Fotolar
Bu gün, 11:46
Sürətli yolda uşağın həyatını təhlükəyə atdı - Araşdırma başladı
Bu gün, 11:40
Bu qaydanı pozanlar cərimələnəcək - 2 min manatadək
Bu gün, 11:15
Prezident həmkarını Füzulidə qarşıladı - Fotolar
Bu gün, 11:09
Danışıqların yekununda dörd işçi qrupu yaratdılar
Bu gün, 11:05
Ramil Quliyevin xanımı Olimpiya medalından məhrum edildi
Bu gün, 10:59
Ərini öldürəndən sonra silahla arvadını da hədələyibmiş - Yevlaxdakı qətlin təfərrüatı
Bu gün, 10:55
“Dörd ay keçib, küçələr hələ də su altındadır”
Bu gün, 10:51
Daha bir gəncin meyiti kanaldan tapıldı
Bu gün, 09:53
İtaliya mətbuatında Tramp haqqında gedən təhqiramiz ifadələr toplanır
Bu gün, 09:47
ABŞ-İran texniki danışıqları da başa çatdı: Nəticə?
Bu gün, 09:40
Xameneinin dəfninə görə uçuşları məhdudlaşdıracaqlar
Bu gün, 09:36
Ölümcül istilər gözlənilir - Xəbərdarlıq edildi
Bu gün, 09:31
Mərdəkanda dənizdə batan 4 gəncin - Fotosu
Bu gün, 09:23
XİN: Ölkəmizin inkişafında dövlət qulluqçularının rolu əvəzsizdir
Bu gün, 09:09
Metroda limitsiz abunə kartları nə vaxt tətbiq olunacaq? - RƏSMİ AÇIQLAMA
Bu gün, 09:00
İran-ABŞ barışığı Azərbaycana da təsir göstərəcək
Dünən, 16:00
Bu yerlərdə qiymətlər 15% qalxacaq — VİDEO
Dünən, 15:30
Göyçə uğrunda əməliyyat: yüzlərlə tikili söküldü
Dünən, 13:58
Türkmənistan Prezidenti Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib