Tufan və ildırım
TUFAN-buludlar və yer səthi arasında təkrarlanan elektik boşalması, səs hadisəsi, güclü yağıntı və bəzən ildırımla müşaiyət olunan güclü yağış dumanı ilə əlaqədar olan atmosfer hadisəsidir. İLDIRIM bulud topalarından elektrostatik yüklərinin boşalmasıdır, ani şimşək, qəfil və çox güclü səslə müşayiət olunur.
İldırım boşalması böyük gərginliyin yaranması ilə xarakterizə olunur. Onun temperaturu 300 000 dərəcəyə qədər yüksəlir. İldırım vurması zamanı ağac parçalana və hətta yana bilər. Ağacın parçalanmasına səbəb oduncağın daxilindəki nəmişliyin ani olaraq, buxarlanması nəticəsində baş verir.
İldırımın birbaşa insanın üstünə düşməsi ölüm ilə nəticələnə bilər. Hər il dünyada ildırım vurmasından təxminən 3000 insan həlak olur.
İldırım zərbəsi adətən hara dəyir? Statik elektrik boşalması müqavimətin ən aşağı səviyyədə olması nəticəsində baş verir. Beləliklə, ən yuxarı yüksəklikdə olan obyekt ilə bulud topası arasında məsafə azdırsa, deməli elektrik müqaviməti də aşağıdır. Buna uyğun olaraq da, ildırım zərbəsi ilk növbədə ən hündürdə olan obyektə (ağac, dirək və s.) dəyir.
Qabaqlayıcı tədbirləri
Fırtınalar (tufan, tayfun) güclü küləklər nəticəsində meydana gələn təbii hadisə-lərdən biridir. Yağışla birlikdə əsən şiddətli küləklər Tufan, quraq və yağışsız havada əsən küləklər isə Tayfun adlanır.
Ümumi təcili xəbərdarlıq sistemi, bloklar halində və möhkəm montaj edilmiş parçalardan ibarət olan evlər inşa etmək, qalın şüşədən istifadə etmək, binanın xarici səthlərində çox aksesuardan istifadə etməmək, sığınacaq inşa etmək, ətrafı ağaclandırmaq, daş bloklardan ibarət yüksək divarlı marinalar tikmək.
TUFAN və İLDIRIM baş verdiyi zaman tədbirlər
İldırım o zaman təhlükəlidir ki, qığılcımdan sonra göy gurultusu müşahidə olunsun. Bu halda dərhal təhlükəsizlik tədbirləri görün. Əgər kənd yerindəsinizsə, pəncərə, qapı, baca, ventilyasiya dəliklərini bağlayın. Sobanı yandırmayın. Çünki yüksək temperaturlu qazların müqavimət qüvvəsi aşağı olur. Telefon ilə danışmayın: ildırım bəzən simlərin üzərinə də düşür.
İldırım çaxan zaman elektrik daşıyıcılarına, ildırım keçiricilərə, damdakı novlara, antenaya yaxınlaşmayın, mümkün qədər televizor, radio və digər elektrik cihazlarını söndürün.
Əgər meşədəsinizsə, meşənin alçaq ağaclıq yerinə sığının. Hündür ağacların, xüsusilə şam, palıd və qovaq ağacının yanında gizlənməyin.
Su hövzəsi, yaxud onun sahilində dayanmayın. Sahildən kənarlaşın, hündür yerdən aşağı düşün.
Düzənlikdə və ya daldalanmağa yer olmayan bir ərazidəsinizsə, yerə uzanmayın. Bununla bütün bədəninizi elektrik cərəyanının təsiri altında qoyursunuz. Dayaz bir yerdə, yarğanda və ya digər təbii bir dərinlikdə əyləşin, əlləriniz ilə ayaqlarınızdan tutun.
Əgər tufan sizi idman edən zaman yaxalayıbsa, dərhal idmanı dayandırın. Metal əşyaları (motosikl, velosiped və s.) kənara qoyun və onlardan 20-30 metr aralıda durun.
Əgər tufan sizi avtomobildə yaxalayıbsa, maşından düşməyin. Pəncərə şüşələrini qaldırın və antenanı aşağı salın.
http://fhn.gov.az
Dünən, 16:00
Bakının yeni düşməni – Trampın adamı: onu tanıyaq!
Dünən, 15:30
Putin postsovet ölkələrini YENƏ hədələdi: "Torpaqlarınız..." – Şüşəli evdən atılan DAŞ...
Dünən, 14:00
U-15 dünya çempionatı Azərbaycanda keçiriləcək - SƏRƏNCAM
Dünən, 13:55
İlham Əliyev 4 qanuna dəyişikliyi təsdiqlədi
Dünən, 13:52
Prezident mühüm Fərman imzaladı
Dünən, 13:49
Azərbaycanın İstanbul və Qarsdakı baş konsulları geri çağırıldı
Dünən, 12:46
Traktor dirəyə çırpıldı - Pilləkəndəki şəxs yıxılıb öldü
Dünən, 12:41
Bakıda sınan ağaclar yollardan götürüldü - Fotolar
Dünən, 12:35
Binəqədidə obyekt yanır
Dünən, 12:31
Küləyin aşırdığı ağacın altında qalan şəxs xəsarət alıb - RƏSMİ
Dünən, 12:24
Kreditini qaytara bilməyənlərə şad xəbər: Bu halda borcunuz bağlanacaq
Dünən, 12:15
18 hərbçi ölüb, 624-ü yaralanıb - Statistika yeniləndi
Dünən, 12:11
Güclü küləklə bağlı əhaliyə növbəti XƏBƏRDARLIQ
Dünən, 11:56
Bakı-Sabunçu qatarının gecikmə səbəbi açıqlandı
Dünən, 11:50
Müavinət alanların nəzərinə - Nazirlik məlumat yaydı
Dünən, 11:46
Putindən şok iddia: Polşa, Macarıstan və Rumıniya Ukraynanın bu ərazilərini alacaq
Dünən, 11:35
Bakını üzərini toz basıb - Səbəbi açıqlandı
Dünən, 11:25
Qarabağ və Şərqi Zəngəzura 1 milyard manatdan çox pul qoyulub
Dünən, 11:00
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır — Həkimlər xəbərdarlıq edir
Dünən, 10:21
Kalininqrad uğrunda yeni savaş – Putindən qəzəbli açıqlama
Dünən, 10:01
Xəzərdə müharibə böyüyür – İran Ukraynaya görə dünyaya ultimatum verdi
Dünən, 09:13
Marketdə bu səhvləri edirsinizsə, hər ay cibinizdən yüzlərlə manat çıxır
Dünən, 09:00
Zəngəzur dəhlizinin boğazındakı “kal armud”
25-07-2026, 12:11
İrəvana ağır xəbərdarlıq – Zəngəzur dəhlizi İran hərbçilərinin...
25-07-2026, 11:39
Putin qadağa qoydu, Makron quçaq açdı - Ermənilər ərikləri Parisə satacaq
25-07-2026, 10:17
Oteldə səhər "açıq bufet"də bunlardan uzaq durun - Təhlükəli qidalar
25-07-2026, 10:01
Toy karvanında xuliqanlıq edənlər saxlanıldı - Video