Mafiya faşizmə qarşı: Mussolinini məhv edən Don Luçano
Ancaq mafiya don Luçanonu həbsdən azad edə bildi. Həm də necə!..
Limanda partlayış
1939-cu il sentyabrın 1-də İkinci Dünya müharibəsi başladı. Hitler ordusu Avropa ölkələrini bir-bir işğal edirdi. İtaliyada isə hakimiyyətə onun müttəfiqi Benito Mussolini gəlmişdi. Siciliya mafiyasının ağır günləri başladı. Çoxları güllələndi, boslar isə qaçıb gizləndilər. Sindikatın fəaliyyəti tam dayanmışdı.
Əlbəttə ki, mafiya da əl-qolunu sallayıb oturmadı. Koza Nostra hər şeydən xeyir götürməyə öyrəşmişdi. Müharibə də istisna olmadı.
Həbsxanada olan Don Luçanoya xəbər çatdırıldı ki, hərbi kəşfiyyat ABŞ limanlarındakı italyan və alman mənşəli iş adamlarının nasistlərlə əlaqələrinin olub-olmaması ilə maraqlanır.
Luçanonun ağlına əla ideya gəldi. 1942-ci il fefralın 12-də limanda olan Normandiya layneri partladılaraq batırıldı. ABŞ hərbi kəşfiyyatı nasistlərə rəğbət bəsləyənlərin və alman agenturasının ovuna çıxdı. Heç kimin ağlına da gəlmədi ki, bu, mafiyanın işidi.
Hökumət yaxşı bilirdi ki, mafiyanın limanlarda yaxşı əlaqələri var. Odur ki, limanlarda reketlik edən Co Lansoya müraciət edildi. Hökumət ondan limanlarda qayda-qanun yaratmağı xahiş edirdi. Co Lanso isə cavab verdi ki, alman diversantları ilə mübarizə aparmağa hazırdır. Amma öz bossu don Luçano ilə birgə...
Hökumət razı oldu. Don Luçano daha komfortlu həbsxanaya keçirildi. Mafiya dərhal hərəkətə keçdi. Cinayətkarlar limanlarda 3-4 almanı tapıb güllələdilər. Meyitləri casus adı ilə ABŞ hərbi əks-kəşfiyyat idarəsinə təhvil verdilər. Daha nə partlayış olurdu, nə qarışıqlıq. Bu, hökuməti qane edirdi. Müharibə getdiyi zamanda arxa cəbhədə sakitlik idi. Mafiya ilə haqq- hesabı sonra çürüdə bilərdilər. Amma hökumət yanılırdı.
Mussolininin sonu, mafiyanın yüksəlişi
Müharibənin gedişatı müttəfiqlərin xeyrinə dəyişirdi. ABŞ-ı narahat edən bir məsələ vardı - Sovet qoşunları İtaliyaya yaxınlaşırdılar. Buna yol verməmək üçün ABŞ Siciliyaya desant atmağı planlaşdırırdı. Hərbi kəşfiyyat kömək üçün yenə mafiyaya ağız açdı. Axı topoqrafik xəritələri çıxarmaq, yerli əhalini faşistlərə qarşı üsyana qaldırmağı mafiyadan yaxşı kim bacarardı ki?
Hökumət Don Luçanonun əlaqələrindən istifadə etməyə məcbur idi. Onu hətta azadlığa da buraxa bilərdilər. Təki amerikalı desantlar İtaliyaya sovet əsgərlərindən əvvəl daxil olsun.
Don Luçano həvəslə işə girişdi. Tezliklə Koza Nostranın İtaliyadakı bosları ilə əlaqə yarandı. Mussolinidən nazrazı olan boslar Don Luçanoya hərtərəfli yardım etməyə söz verdilər.
1943-cü iln iyunun 14-də Don Luçanonun göstərişi ilə Siciliyada üsyan qalxdı. Elə həmin vaxtlarda da ABŞ və müttəfiqlərinin ordusu Palermo sahillərinə çıxdı.
Mussolini devrildi. ABŞ istəyinə çatmışdı - sovetlər İtaliyaya daxil olmadı.
Müharibə bitdikdən sonra hökumət don Luçanonun faşizmlə mübarizəsinə qiymət verdi. 1947-ci ildə o, həbsdən azad olunaraq İtaliyaya deportasiya edildi.
Don Luçano ömrünün sonunadək azadlıqda qaldı və mafiyanın bossu oldu. Tədricən mafiya İtaliyaya, sonra isə bütün dünyaya nüfuz etdi. 1950-ci illərdə isə Luçanonun mafiyası bütün Amerikanı əhatə etdi.
İlqar Atabəyli
http://publika.az
Bu gün, 09:28
İlham Əliyev Bakıda açılış mərasimində iştirak edir
Bu gün, 09:14
Ağ Ev İranla razılaşmasının 14 maddəsini açıqlandı: TAM MƏTN
Bu gün, 09:00
Sən çağırsan gələrəm mən: Paşinyan Bakıya gəlmək istəyir
Dünən, 18:26
Azərbaycanın səhiyyə işçiləri təltif edilib
Dünən, 16:00
Sabah 36 dərəcə isti olacaq
Dünən, 15:30
ABŞ-İran anlaşmasının 4-cu bəndi və... Tramp marşrutu
Dünən, 13:20
Müəllimi güllələyən şagirdlə bağlı qərar verildi
Dünən, 13:10
Hakan Fidanla Putin görüşəcək - gündəlikdə İrəvan-Bakı məsələsi də var
Dünən, 12:26
Bu şəxslər təcrid vəziyyətində müalicə olunacaq
Dünən, 12:21
Psixiatriya ilə bağlı elektron kart tətbiq olunacaq
Dünən, 12:16
Füzulidə 3 tondan artıq çətənə bitkisi məhv edilib
Dünən, 11:52
Meloni Ərdoğanın sözünü yerə salmadı - Siqareti tərgitdi
Dünən, 11:48
Şükürbəyli kəndinə daha 45 ailə yola salınıb
Dünən, 11:44
I sinfə qəbul üzrə məktəb seçimi BAŞLADI
Dünən, 11:39
Bərdədə 10 kiloqramlıq narkotik yükü ələ keçdi
Dünən, 10:43
“Əhalini təşvişə düşməməyə çağırırıq” - MN
Dünən, 10:39
Xəzərdən su götürənlər bu qədər ödəniş etməlidirlər - Sentyabrın 1-dən
Dünən, 10:35
Prezident ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünü qəbul etdi - Fotolar
Dünən, 10:12
XTQ-nin baş giziri, tarıx yazan qəhrəman, kəşfiyyatçı, Şərafəddin ( kod adı Xanış) Xankişiyevin döyüş gündəliyindən...
Dünən, 09:53
17 yaşlı Zəhranın həlak olduğu qəza yerindən - Görüntülər
Dünən, 09:47
Əli Əsədova “Bright Uzbekistan” layihəsi təqdim olundu - Foto
Dünən, 09:41
Ronaldo DÇ öncəsi azarkeşlərə səsləndi
Dünən, 09:34
Zirzəmilərdə mağaza, obyekt qurmaq qanunidir?
Dünən, 09:27
Rusiya ilə sülh danışıqlarına hazırıq - Merts
Dünən, 09:00
Qərb Kremlin qorxduğu ssenarini niyə işə saldı: Almaniya NATO-nun vuracağı Rusiya ərazilərini anons etdi
16-06-2026, 16:00
Qazaxıstanda Ceki Çanın rol aldığı film çəkilir – Növbəti dayanacaq Azərbaycan olacaq
16-06-2026, 15:30
Lukaşenko Zelenskidən üzr istədi: Onun döyüşdüyünü nəzərə almalıydım...