Sülh maskası, müharibə planı: İslamabadın gizli sirri

İslamabad taym-autu: müharibə dayanmadı, sadəcə növbəti mərhələyə keçdi
ABŞ–İsrail–İran savaşının 40-cı günündə Pakistanın vasitəçiliyi ilə əldə olunan iki həftəlik atəşkəs ilk baxışdan diplomatik uğur təsiri bağışlasa da, prosesin mahiyyəti bundan daha dərindir. Pakistan Baş naziri ŞahbazŞərifin təşəbbüsü ilə tərəflərin aprelin 10-da İslamabadda bir araya gəlməsi aktiv döyüş fazasının dayandırıldığını göstərir. Lakin bu, müharibənin bitməsi deyil, sadəcə onun siyasi masasının qurulmasıdır.
Tehran bu fasiləni özünün “möhtəşəm qələbəsi” kimi təqdim etməyə çalışır. İran mediası və rəsmi dairələr Vaşinqtonun irəli sürülən 10 maddəlik çərçivənin mühüm hissəsini qəbul etdiyini vurğulayır. Burada sanksiyaların ləğvi, Hörmüz boğazında təhlükəsiz naviqasiya, regional cəbhələrin bağlanması və bərpa-kompensasiya məsələləri ön plana çıxarılır.
Amma reallıq daha sərtdir. Bu şərtlərin mühüm hissəsi məhz müharibəni doğuran əsas ziddiyyətlərin özüdür: uranın zənginləşdirilməsi, regional proksi şəbəkələrin taleyi, ABŞ hərbi varlığının bölgədən çıxarılması və nüvə proqramına beynəlxalq nəzarət məsələsi. Deməli, Tehran danışıqlar masasına maksimalist mövqe ilə oturur. Bu isə razılaşmanın əldə edilməsini çətinləşdirən əsas amildir.Daha doğrusu danışıqlar başlamadan onun iflası...
Başqa sözlə, İslamabad görüşü sülh konfransından çox, geosiyasi psixoloji savaşın yeni raundudur.
Atəşkəs deyil, strateji nəfəs dərmə
Bu iki həftəlik fasilə hər üç əsas aktor üçün vaxt qazandırır. Vaşinqton hərbi üstünlüyü siyasi güzəştlərə çevirmək istəyir; Tehran bunu daxildə qələbə narrativi kimi satmağa çalışır; İsrail isə təhlükəsizlik arxitekturasının yenidən qurulması üçün əlavə zəmanətlər tələb edir. Bu səbəbdən proses klassik sülh modelinə yox, “taym-aut diplomatiyası”na bənzəyir. Döyüş meydanında yorulan tərəflər masa arxasında yeni hücum fazasının parametrlərini hesablayırlar.
Ən böyük risk: Hörmüz və enerji silahı
Münaqişənin qlobal təhlükə səviyyəsinə qalxmasının əsas səbəbi enerji amilidir. Hörmüz boğazı ətrafında hər hansı yeni eskalasiya dünya neft bazarında ani şok yarada bilər. Atəşkəs xəbərlərindən sonra bazarda qiymətlərin sərt reaksiya verməsi də bunu göstərdi. Burada əsas məsələ odur ki, enerji artıq sadəcə iqtisadi resurs deyil, müharibənin strateji silahına çevrilib.
Əgər bu xətt yenidən qızışarsa Avropa enerji böhranı ilə üzləşəcək, Asiya tədarük zəncirində sarsıntı yaşayacaq, qlobal inflyasiya yeni dalğaya girəcək, nəqliyyat-logistika marşrutları iflic ola bilər. Nəticədə dünya qlobal iqtisadi-maliyyə böhranla üz-üzə qalacaq. Çünki bu savaşın təsiri artıq Tehran, Təl-Əviv və Vaşinqton sərhədlərini çoxdan aşıb və çox təhlükəli bir mərhələyə qədəm qoyub ki, aşarsa olan-qalan qlobal nizam da pozular. O zaman heç bir güc pozulan nizamın qarşısını ala bilməz.
Yeni mərhələ: böyük güclərin oyunu
Ən təhlükəli məqam isə bundan sonra başlayır. İki həftəlik atəşkəs maraqlı tərəflərin, daha doğrusu Pakistan, Səudiyyə Ərəbistanı, Türkiyə, Çin, Rusiya və Avropanın diplomatik fəallığını artıracaq. Hər kəs bu fasilədən öz geosiyasi dividendini çıxarmağa çalışacaq.
Məhz buna görə ABŞ–İsrail–İran savaşı artıq lokal münaqişə deyil, yeni dünya güc balansının sınaq poliqonudur.
Əgər İslamabad danışıqları uğur qazanarsa, bölgədə yeni təhlükəsizlik formatı yarana bilər. Əks halda, bu fasilə sadəcə daha böyük və dağıdıcı ikinci fazanın anonsu olacaq.
Bu gün görünən odur ki, dünya son anda böyük regional partlayışdan yayına bildi. Lakin təhlükə keçməyib. Müharibə sadəcə raketlərdən sənədlərə, səngərlərdən diplomatik masalara keçib.
Yaxın Şərqdə barıt qoxusu hələ çəkilməyib, sadəcə küləyin istiqaməti dəyişib.
Bu gün, 09:52
Türkiyənin qəzəbindən sonra yunan qorxusu– Afina "Patriot"ları adadan çıxardı
Bu gün, 09:48
Sərhəddə saatlarla gözləyən TIR-larla bağlı mühüm qərar – Gürcüstan qaydaları kökündən dəyişdi
Bu gün, 09:45
Aİ İsraili İordan çayının Qərb sahilində məskunlaşmanı dayandırmağa çağırdı
Bu gün, 09:32
Suriya və İsrail arasında danışıqlar başlayıb: Dəməşq mövqeyini açıqladı
Bu gün, 09:27
Tehranda su böhranı - Əhaliyə xəbərdarlıq edildi
Bu gün, 09:23
Mirziyoyev: Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq arenada böyük uğurlar qazanır
Bu gün, 09:20
İlham Əliyev: Dünyada Qarabağın bərpasında Azərbaycana ilk kömək edən ölkə Özbəkistandır
Bu gün, 09:15
“Bu xəstəlik onu da apardı”
Bu gün, 09:11
Mədəniyyət Nazirliyindən Tofiq Bakıxanovun vəfatı ilə bağlı - Nekroloq
Bu gün, 09:00
Özbəkistan Prezidenti: Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək
22-08-2026, 12:12
Almaniya sürətlə silahlanır: Uzaqmənzilli raketlərə 12 milyard
22-08-2026, 10:31
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb
22-08-2026, 10:27
Bakıya uçan təyyarələr drona görə havaya qalxa bilmədı
22-08-2026, 10:23
Ukrayna OZON-a keçdi: Samarada anbarlar və neft emalı zavodu YANIR, Putinin yerini bilən yoxdur
22-08-2026, 10:04
Bu gün dəniz havası var
22-08-2026, 09:59
Xəzərdə zəlzələ oldu
22-08-2026, 09:53
Bütün Hörmüz regionuna ABŞ nəzarət edir - Tramp
22-08-2026, 09:38
Əməkdar jurnalist vəfat etdi
22-08-2026, 09:00
Azərbaycanda arzuolunan dəyişiklik - 4 milyon nəfər gəlir
21-08-2026, 16:00
ABŞ-dən İrana qarşı “boğucu" FƏND - Bakının İKİ müttəfiqi də təsirlənəcək?
21-08-2026, 15:30
Bakıda kirayə evlər daha da bahalaşacaq – Səbəb TƏKCƏ tələbələr deyil
21-08-2026, 14:48
Azərbaycanın “C6” formatında iştirakı... - Prezidentdən MÜHÜM AÇIQLAMA
21-08-2026, 14:47
İran müharibənin “ikinci raund”una hazırlaşır
21-08-2026, 14:45
İlham Əliyev Özbəkistan mətbuatına müsahibə verdi
21-08-2026, 14:22
ABŞ iqtisadi müharibəyə başladı: İranın neft ixracı tam dayandı - Azərbaycana necə təsir edəcək?
21-08-2026, 13:42
Bu ərazilərdən məhsul yığmaq qadağandır — 6000 manat cəriməsi var
21-08-2026, 13:16
Rusiya Qarabağda edə bilmədiyini Gürcüstanda istəyir