Azərbaycanlı aparıcı efirə bikinidə çıxacaq - FOTOLAR
Teleaparıcı Firuzə (Fira) Cəlilova big.az-a müsahibə verib. Həmin müsahibəni təqdim edirik
- Fira xanım, "Bura Bakıdır" (BB) ifadəsi çoxlarına tanışdır. Siz elə o vaxtdan bəri çoxlarınnı yaddaşında növbətçi müxbir Fira olaraq qaldınız. Əsl adınız Firuzədir. Maraqlıdır, nə üçün sizə Fira deyə müraciət edirlər?
- Düzdür, tamaşaçılar məni ən çox "Bura Bakıdır" layihəsi ilə tanıdılar. Ada gəldikdə isə, Fira bütün komplekslərdən uzaq bir addır. Ona görə də məni elə çağırırlar (gülür).
- Deməli, kompleksiniz yoxdur... Bu kompleksizlik sizə tam sərbəst geyinməyə imkan verirmi?
- Geyim baxımından tam sərsbəstəm. İstədiyim, mənə yaraşan hər bir geyimi geyinə bilərəm.
- Qayıdaq bir az əvvələ... Teleaparıcılığa gedən yolunuz haradan başladı?
- Mən hələ universitetdə təhsil alarkən "Space" telekanalında müxbir kimi işləməyə başladım. Tədricən təcrübə topladıqdan sonra öz layihəmlə efirə çıxdım. Ondan sonra "Lider" telekanalında çalışdım. Sonra bir müddət efirdən uzaq düşdüm.
- Niyə uzaq düşdünüz ki?
- Ailə qurdum, başım uşaqlara qarışdı. Onlara ana qayğısı mənim işimdən vacib idi.
- Elədir, sonra nə baş verdi?
- Təxminən dörd il efirdən uzaq qaldım. Həmin ərəfədə müəyyən yerlərdə işlədim, ancaq gördüm ki, mənim yerim məhz televiziyadır. "Lider" televiziyasına qayıtmaq istədim, lakin gördüm ki, bir rəhbərdən başqa köhnə işçilərdən heç kim qalmayıb. Qərarımı dəyişdim və "ATV" telekanalına üz tutudum.
- Yay aylarında aparıcılığını etdiyiniz "Yol yoldaşım" adlı veriliş barədə nə deyə bilərsiniz?
- Verilişin uğurlu alındığını düşünürəm. İnşallah, bundan sonrası da yaxşı olar. Çünki mən sözügedən verilişi olduğum kimi aparıram...
- Yəni, necə?
- Tam səmimi və kompleksiz.
- Bayaqdan komplekslərdən tamamilə uzaq olduğunuzu deyirsiniz... Onda, deyin, görək efirə açıq-saçıq geyimdə çıxarsınız?
- Bəli, mənim geyimə qarşı kompleksim yoxdur. Lazım olsa, bikinidə çıxaram. Arıqlayım, bikinidə efirə çıxacam (gülür). Amma təbii ki, Azərbaycan TV kanallarında belə şeylərə icazə verilməz. MTRŞ artıq bütün verilişlərə nəzarəti gücləndirib, sadəcə demək istəyirəm ki, aparıcı olaraq tam kompleksizəm.
- Həyat yoldaşınızın sizin bu peşədə olmağınıza bir etirazı yoxdur ki?
- Xeyr, yoxdur, əksinə, məni dəstəkləyir. Efirdən uzaqlaşıb yenidən qayıdanda da mənə heç bir maneçilik törətmədi, heç bir qadağa qoymadı.
- Sizcə, indiki aparılar özlərini apara bilirlərmi?
- İndiki aparıcılarda bəzən bayağılıq çox olur. Sünilik də öz yerində. Bir aparıcı efirə öz səmimiyyətini yansıya bilirsə, onda onun apardığı veriliş də baxımlı olur.
- Məsələn, siz hazırkı teleaparıcılardan kimi bəyənirsiniz?
- Çoxları Zauru bəyənmir. Amma sözün düzü, Zaur Baxşəliyevin komandası və onun apardığı veriliş çox xoşuma gəlir. Yaxşı mənada onlara həsəd aparıram.
- Sonuncu sualım belə olacaq. Mən çox təəssüf edirəm ki,... Bu fikri tamamlayın, zəhmət olmasa.
- Mən çox təəssüf edirəm ki, bizim kimi işini sevən teleaparıcılara indi teleməkanda yer yoxdur.
Bu gün, 16:00
Bakının yeni düşməni – Trampın adamı: onu tanıyaq!
Bu gün, 15:30
Putin postsovet ölkələrini YENƏ hədələdi: "Torpaqlarınız..." – Şüşəli evdən atılan DAŞ...
Bu gün, 14:00
U-15 dünya çempionatı Azərbaycanda keçiriləcək - SƏRƏNCAM
Bu gün, 13:55
İlham Əliyev 4 qanuna dəyişikliyi təsdiqlədi
Bu gün, 13:52
Prezident mühüm Fərman imzaladı
Bu gün, 13:49
Azərbaycanın İstanbul və Qarsdakı baş konsulları geri çağırıldı
Bu gün, 12:46
Traktor dirəyə çırpıldı - Pilləkəndəki şəxs yıxılıb öldü
Bu gün, 12:41
Bakıda sınan ağaclar yollardan götürüldü - Fotolar
Bu gün, 12:35
Binəqədidə obyekt yanır
Bu gün, 12:31
Küləyin aşırdığı ağacın altında qalan şəxs xəsarət alıb - RƏSMİ
Bu gün, 12:24
Kreditini qaytara bilməyənlərə şad xəbər: Bu halda borcunuz bağlanacaq
Bu gün, 12:15
18 hərbçi ölüb, 624-ü yaralanıb - Statistika yeniləndi
Bu gün, 12:11
Güclü küləklə bağlı əhaliyə növbəti XƏBƏRDARLIQ
Bu gün, 11:56
Bakı-Sabunçu qatarının gecikmə səbəbi açıqlandı
Bu gün, 11:50
Müavinət alanların nəzərinə - Nazirlik məlumat yaydı
Bu gün, 11:46
Putindən şok iddia: Polşa, Macarıstan və Rumıniya Ukraynanın bu ərazilərini alacaq
Bu gün, 11:35
Bakını üzərini toz basıb - Səbəbi açıqlandı
Bu gün, 11:25
Qarabağ və Şərqi Zəngəzura 1 milyard manatdan çox pul qoyulub
Bu gün, 11:00
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır — Həkimlər xəbərdarlıq edir
Bu gün, 10:21
Kalininqrad uğrunda yeni savaş – Putindən qəzəbli açıqlama
Bu gün, 10:01
Xəzərdə müharibə böyüyür – İran Ukraynaya görə dünyaya ultimatum verdi
Bu gün, 09:13
Marketdə bu səhvləri edirsinizsə, hər ay cibinizdən yüzlərlə manat çıxır
Bu gün, 09:00
Zəngəzur dəhlizinin boğazındakı “kal armud”
25-07-2026, 12:11
İrəvana ağır xəbərdarlıq – Zəngəzur dəhlizi İran hərbçilərinin...
25-07-2026, 11:39
Putin qadağa qoydu, Makron quçaq açdı - Ermənilər ərikləri Parisə satacaq
25-07-2026, 10:17
Oteldə səhər "açıq bufet"də bunlardan uzaq durun - Təhlükəli qidalar
25-07-2026, 10:01
Toy karvanında xuliqanlıq edənlər saxlanıldı - Video