Fahişəliyə gedən qadının arzuları
Maraqli
Oxunub: 3 491
8 avq 2015 | 21:44
Fahişəliyə gedən qadının arzuları

















Əfsələddin Ağalarov

- Bəs nə edəcəksən İstanbula düşən kimi?

- Bar tapacam, orda işləyəcəm. Qızım da anamın yanındadı. Onsuzda böyüyəndə məni başa düşəcək. Başa düşəcək ki, mən bu həyata aid bir qadınam.

“Boğaz”ı, “Kız kulesi”ni, “Taksim”i , “Sultan Ahmed”i görmək üçün alışıb-yanan və artıq öz qadınlığını ucuz içki məclislərində satmağa hazırlaşan həmin qadınla bir neçə saat yol getdim. Düz yanımda oturmuşdu.

Əlindəki kağız parçasına yazılan sırada əyləşib təyyarənin qalxacağı vaxtı gözləyirdi. Həyatında ilk dəfə təyyarəyə mindiyi hər halından bəlli idi. Sevinc və qorxu hissi bir-birinə qarışmışdı. Təyyarəyə minən kimi hər kəsin diqqətini bir anlığa özünə cəlb etmişdi.

Cılız bədəni ilə heç də cəlbedici görünmürdü kənardan. Saralmış dişlərindən hər gün bir qutudan çox siqaret çəkdiyi dərhal anlaşılırdı. Bütün imkanlarını sanki bədəninin cazibədarlığını ortaya qoymaq üçün xərcləmişdi. Sarı saçlarını arxadan yığmış, bədəninə bir bədən balaca olan dar şalvarını geyinmişdi. Aşırı makiyajı ilə elə ilk baxışda özü haqqında təəssürat yaratmışdı ətrafdakılara. Dərin sinə dekoltesi isə tamamilə ürəyincə idi.

Təyyarədə olan orta yaşlı bir qadın ərinin bu cılız, amma hər bir kişini yoldan çıxarmaq iqtidarında olan qadına baxdığını görüb tədirginliyini gizlədə bilmədi. O, qarnı qabağa doğru əyilən balacaboy dazbaş ərinin hər an rəqibi ola biləcək qadına tərəf boylandığını görən kimi kişinin sol qolunu möhkəmcə çimdiklədi. Kişi gözləmədiyi bu hücumdan sonra yerindən durub arvadının gözünə tərs-tərs baxdı. Ancaq dazbaş kişi evli bir kişinin arvadı yanında ola-ola başqa bir qadına baxmasının səhv olduğunu başa düşürdü. O, haqsız olduğunu anlayıb arvadının bu həmləsi qarşısında sakitcə qarşısındakı jurnalı vərəqləməyə başladı. Və həmin an üçün bütün imkanlarını bir də o qadına baxmamağa sərf etdi.

Əslində bu birinci dəfə deyildi. AZAL-ın İstanbul səfərlərində belə qadınlarla tez-tez rastlaşmaq mümkündür.

***

Təyyarənin havaya qalxması ilə bütün bədəni əsməyə başlamışdı bu qadının. Qorxusundan gözləri bərəli qalmışdı. Sanki bu dəqiqə ruhu bədənindən çıxacaq və başı üstə mənim qucağıma yıxılacaqdı. Amma təyyarənin göydə öz yerini rahatlaması onun da içinə su səpmişdi. Kirmişcə heçnə demədən mən tərəfə baxır və bu uzun yolda söhbətləşmək istədiyini gözləri ilə ifadə edirdi.

Sanki bu qadın çəkingənliyini mənim bir salamıma qurban verməyə hazır idi. İlk addımı atıb salamlaşanda, ard-arda bir neçə sual verməyə başladı. Səfərimin səbəbini, oranın baha yer olub olmadığını, düşəndən sonra getməli olduğu ünvanı, hardan alış-veriş etməli olduğunu və buna bənzər bir neçə sual daha. Söhbətə ara vermək fikrində deyildi sanki. Nə yuxusu gəlir, nə yorulur, nə də acımışdı.

- Bağışla adın uzunda yadımda saxlayanmadım. Şeydi, bəs soruşmayassan mən nəyə görə gedirəm?

- Problem deyil. Uzun və yadda qalan olmadığını bilirəm. İstirahətə gedirsən yəqinki? (Belə düşünmədiyimi özü də bilirdi)

- Əslində yaşamağa gedirəm. Bir Türk mənə ev tutub orada. Pulumu da verib. Deyir mənimlə evlənəcək. Düzdü Bakıda olanda yalnız bir neçə saatlıq görüşürdük. Həm də çox əliaçıqdır. Simicliyi elə də yoxdur. Bilirsən, kişilərin çoxu simic olur. Onlara pul xərclətməyin yolları var.Bunu mən çox yaxşı bilirəm. Hə, onu deyirdim axı... Ev tutub mənə. Bir ay mənə baxacaq. Əgər evlənməsə sonra özüm öz başımın çarəsini qılacam.

- Bakıdakı krizis yəni sizin işə belə təsir edib ki, bu iş üçün İstanbula gedirsən?

- Hə, hamımıza təsir edib. Tay gələn yoxdur. Onsuzda pis idi, işi dollarla təklif edəndən sonra o gələnlərin də ayağı kəsildi. Özümün “kliyent”lərim var. Onlar da azalıblar. Həm də Bakıdı da. Bakıda nə var axı? Adam gərək bir az da öz həyatını yaşaya.

- Hər halda yaxşısını özün bilirsən...

Stuardessanın xəbərdarlığı ilə hamı təhlükəsizlik kəmərini taxıb, oturduğu stolu düzəltdi. Artıq təyyarə enişə hazır idi. Bir neçə dəqiqə sonra hər kəs eniş edən təyyarəni tərk etməyə başladı. Baqajları götürdükdən sonra ona gedəcəyi ünvanı başa saldım və aereportum aşağısındakı metro vasitəsi ilə getməyinin daha sərfəli olduğunu söylədim. Vidalaşıb yoluma davam etdim.

***

İstanbula ayaq basdıqdan bir neçə həftə sonra Bakıdan yeni gələn dostlarla bir yerdə Taksimdə gəzintiyə çıxmışdıq. Bu küçəni gəzənlər yaxşı bilirlər. Gec saatlarda küçənin hər tinində transseksuallar, fahişələr müştəri axtarışına çıxır, barlardan gələn qulaqbatırıcı səs isə gecənin bütün səssizliyini məhv edir. Bu küçənin möcüzəsi yalnız ara məhəllərə girəndən sonra itir. “Kley” iyləyənlər, barlardan çıxıb səkinin üstündə oturan sərxoş insanlar, gecə həyatını sevən cütlüklər və hər şeydən xəbərsiz gəzintiyə çıxan cibi dolu turistlər bu küçənin əvəzolunmazlarıdır.

Həmin gecə açıq bir restoran tapıb qarnımızı doyuzdura bilmişdik. Taksimdən metrobüs dayanacağına bu gec saatda getməyin ən tez yolu “dolmuş”ların olduğu küçədən bir dolmuşa minmək və ən yaxın metrobüsə getmək idi. Biz də elə etmək qərarına gəlmişdik. İti addımlarla küçənin sonuna getməyə çalışırdıq. Dostlardan arxaya qalıb siqaretimi yandırmağa çalışırdım. Bilənlər bilir, bu ölkədə satılan alışqanlar diyircəklidir. Əgər olduğun yerdə biraz külək varsa diyircəkli alışqanlar işivi müşkülə çevirir. Gərək ya əlinin içi iri olsun, ya da külək tutmayan bir yerə keçmək şansın. Heç biri yoxdursa o zaman küləyin biraz zəifləməsini gözləməli olursan. Bu isə qrup halında gəzintiyə çıxarkən digərlərindən geri qalmağın üçün ən lazımsız səbəblərdən birinə çevrilir.

Bu dəfə isə, sanki diyircəkli alışqan məni o qadının yaşadıqlarını görməyim üçün ləngitmişdi.

Yarıçılpaq halda bir qız qadın alverçisinin təhqirlərinə və zorakılığına məruz qalırdı. Həmin qız onu satan qadından pulunu təkidlə tələb edirdi. Zəif türkçəsi ilə azərbaycanlı olduğunu həmin an hiss olundu.

Səs-küyü eşidənlər gecə klubunun qarşısına axışırdılar. Yanındakı digər azərbaycanlı qızlar isə, müdaxilə etmədən baş verənlərə tamaşa edirdilər. Arada onu satan qadına polisə gedəcəyini və hər şeyi onlara danışacağını deyirdi. Bu sözlər isə qadını lap özündən çıxardır və zərbələrin ardı-arası kəsilmirdi. Artıq polis maşınları görünməyə başlamışdı. Hadisə yerinə gec çatsalar da, qaçanları da tuta bilmişdilər. O da onların arasında idi. Üstü başı qanına bulanmış halda polis maşınına mindirildi.

P.S Bir dostumun tanışı Türkiyə Daxili İşlər Nazirliyində qadın alverinə qarşı mübarizə idarəsində çalışır. Onun yalançısıyam. Ay ərzində yüzə yaxın azərbaycanlının məhz fahişəliyə görə deport edildiyini və qadın alverində bizimkilərin üst sıraları tutduğunu deyirdi.
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
17-05-2024, 09:17
Polşa “Bayraktar”lara qovuşdu