Ölümsüzlər - Lalə Mehralı
Qocaldığını qəbul etmək və dövrünə uyğun davranmaq, vaxtında səhnədən getmək sənətkarı sevənlərinə daha çox sevdirir. Müslüm Moqamayevin böyüklüyünün bir səbəbi də qocaldığını etiraf etməsi oldu, son konsertində səhnədə etiraf edib getdi: "Mən tamaşaçımın gözündə həmişə gümrah qalmaq istəyirəm".Mirzə Babayev ölənə qədər səhnədə səsi də, özü də titrəyə-titrəyə oxudu, baxmayaraq ki, aktyor idi. Heç Nəsibə Zeynalovanın son filmi olan "Məhəllə"dəki rolu da uğurlu olmamışdı, biz onu elə "Cənnət xala" kimi xatırlamaq istəyərdik.
Qadın müğənnilər bir qədər səhnə ömrünü uzadırlar - tibbin hünərləri sayəsində. Amma qocalmağı yenə də etiraf etmək və onu təbii qarşılamaq lazımdır. Elə xalq artisti Amaliya Pənahovanı üzünü botoks etdirib dərisini gərdirəndən sonra telekanalların birinin efirində görəndə də təəccübləndim.
Verilişdə aktrisanın keçmişdəki rollarından parçalar verirdilər, etiraf edərək deyim ki, Amaliya xanım 20 il bundan öncə daha qoca görünürdü. Çünki indi üzündə plastik əməliyyat aparılıb, bunu etiraf etməsə də hiss olunur ki, botoks etdirib, üz dərisini gərdirib. Üzündəki qırışlardan əsər-əlamət qalmayıb. Amma bununla bərabər üzündən mimik hərəkətlər- səmimiyət ifadəsi, gülümsəmə, kədərlənmə ifadəsi də yoxa çıxıb.
Qadının həmişə özünə baxması, diqqət etməsi, gözəlliyinin və xarici görünüşünün qeydinə qalması müsbət haldır. Baxmayaraq ki, bizim qadınlar bircə dəfə uşaq doğandan sonra iki qarış piy bağlayır, 100 kilonu keçir, boğazının altından bir qarış buxaq sallanır.
Amma saysız-hesabsız plastik əməliyyatlarla sənətçi sadəcə özünü aldadır, çünki tamaşaçısı onu onsuz da tanıyır, neçə yaşı olmasını, neçənci illərin favorit aktrisası, müğənnisi olduğunu yaxşı xatırlayır. Tamaşaçı onu elə belə sevir, belə xatırlayır.
"Şöhrət" ordenli Yaşar Nurini necə xatırlayırsınız? "Səni Axtarıram" tamaşasının "Elçin"i kimi deyilmi? Ya da "Bəyin oğurlanması" filminin məşhur İsrafili kimi. Halbuki onun saysız-hesabsız rolları var. Biz onu səhnədə gümrah xatırlayırıq. Xəstə ikən telekanalların birinə verdiyi müsahibəni hesaba qatmasaq.
Bu gün sənətçilər - müğənnilər, aktyor və aktrisalar saysız-hesabsız plastik əməliyyatlar keçirərək səhnədəki ömürlərini bir qədər də uzatmaq istəyirlər. Ölümsüz olmaq istəyirlər. Ölümsüz olmaq üçün uzun ömrə ehtiyac yoxdur ki.
Baxın, Xeyransa Məmmədova adlı bir qadın müğənni vardı, lap cavan vəfat edib. Onun nə qədər dinləndiyini bilirsinizmi? Səxavət Məmmədov da erkən vəfat etdi, unuduldumu?
Bəs səsi tutulan Akif İslamzadə unuduldumu? Əlbəttə ki, yox. "Müasir müğənnilər"dən olsaydı o oxumağın bir yolunu tapardı, ya səsinin montajda "gözəlləşdirilməsinə" nail olardı, ya səs tellərini əməliyyat etdirər, birtəhər oxuyardı. Amma o böyüklüyünü nümayiş etdirərək səhnədən kişi kimi getməyi bacardı.
Ölümsüz olmaq üçün daha nəyə ehtiyac var? Dünyanı tutub durmaq həvəsi heç kimə xeyir gətirməyib. Süleymana qaldımı bu dünya? Bizə də qalmayacaq. Qocalmağı da gözə almaq lazımdır, onu təbii, təmkinlə qarşılamaq gərəkdir. Bir kilo makitajla efirə çıxan 70 yaşlı müğənnilər bilirmi görəsən əlləri xınalı, saçları ağaran sadə nənənin onlardan daha cavan göründüyünü?
Lalə Mehralı
http://news.tvpress.az
Dünən, 16:00
Bakının yeni düşməni – Trampın adamı: onu tanıyaq!
Dünən, 15:30
Putin postsovet ölkələrini YENƏ hədələdi: "Torpaqlarınız..." – Şüşəli evdən atılan DAŞ...
Dünən, 14:00
U-15 dünya çempionatı Azərbaycanda keçiriləcək - SƏRƏNCAM
Dünən, 13:55
İlham Əliyev 4 qanuna dəyişikliyi təsdiqlədi
Dünən, 13:52
Prezident mühüm Fərman imzaladı
Dünən, 13:49
Azərbaycanın İstanbul və Qarsdakı baş konsulları geri çağırıldı
Dünən, 12:46
Traktor dirəyə çırpıldı - Pilləkəndəki şəxs yıxılıb öldü
Dünən, 12:41
Bakıda sınan ağaclar yollardan götürüldü - Fotolar
Dünən, 12:35
Binəqədidə obyekt yanır
Dünən, 12:31
Küləyin aşırdığı ağacın altında qalan şəxs xəsarət alıb - RƏSMİ
Dünən, 12:24
Kreditini qaytara bilməyənlərə şad xəbər: Bu halda borcunuz bağlanacaq
Dünən, 12:15
18 hərbçi ölüb, 624-ü yaralanıb - Statistika yeniləndi
Dünən, 12:11
Güclü küləklə bağlı əhaliyə növbəti XƏBƏRDARLIQ
Dünən, 11:56
Bakı-Sabunçu qatarının gecikmə səbəbi açıqlandı
Dünən, 11:50
Müavinət alanların nəzərinə - Nazirlik məlumat yaydı
Dünən, 11:46
Putindən şok iddia: Polşa, Macarıstan və Rumıniya Ukraynanın bu ərazilərini alacaq
Dünən, 11:35
Bakını üzərini toz basıb - Səbəbi açıqlandı
Dünən, 11:25
Qarabağ və Şərqi Zəngəzura 1 milyard manatdan çox pul qoyulub
Dünən, 11:00
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır — Həkimlər xəbərdarlıq edir
Dünən, 10:21
Kalininqrad uğrunda yeni savaş – Putindən qəzəbli açıqlama
Dünən, 10:01
Xəzərdə müharibə böyüyür – İran Ukraynaya görə dünyaya ultimatum verdi
Dünən, 09:13
Marketdə bu səhvləri edirsinizsə, hər ay cibinizdən yüzlərlə manat çıxır
Dünən, 09:00
Zəngəzur dəhlizinin boğazındakı “kal armud”
25-07-2026, 12:11
İrəvana ağır xəbərdarlıq – Zəngəzur dəhlizi İran hərbçilərinin...
25-07-2026, 11:39
Putin qadağa qoydu, Makron quçaq açdı - Ermənilər ərikləri Parisə satacaq
25-07-2026, 10:17
Oteldə səhər "açıq bufet"də bunlardan uzaq durun - Təhlükəli qidalar
25-07-2026, 10:01
Toy karvanında xuliqanlıq edənlər saxlanıldı - Video