Şəriət kəbini olmadan ailə qurduğun qadın sənə halaldırmı?
Kimsə məcbur qalıb, təzyiq altında olub şəriətin müəyyən əmrini yerinə yetirməyə bilər. Amma bu gün bütün müsəlmanlar dini nigah, imam nigahı, şəriət kəbini kəsdirmədikdə öz həyat yoldaşlarını özünə haram hesab edirlər, elə bilirlər ki, zina etmiş kimi günah qazanırlar. Şəxsən mən özüm nişanlı olanda kəbin kəsdirmədən nişanlımla görüşməyi özümə yaraşdırmır və buna görə Allahdan qorxurdum ki, birdən naməhrəm olan, mənə haram olan bir qadının əlindən tutaram. Belə halda isə nişanlanmağı özümə bağışlaya bilmirdim. Bu mənim Allaha olan inancımdan irəli gəlir. Çünki, şəriət kəbini olmadan bir qadının səninlə ailə qurması mənim dini innacıma görə həmin qadını sənə halal etmir. Bu tək mənim inancıma görə yox, bütün müsəlmanların inancına görə də belədir və belə olmalıdır. Ancaq bu gün bəzi müsəlmanlar demokratik dövlətlərdə yaşadıqları üçün, şəriət məsələsində olan kəbində rəsmi sənəd olmadığı üçün bunu dinimizdən və adət-ənənmizdən çıxarmaq istəyirlər. Yaxın günlərdə ilahiyyatçı bir dostumuzun da saytlardan birində dini kəbinə ehtiyac olmadığını deməsi məni çox üzdü. Doğrudur ki, bu gün islam ölkələrində müsəlmanlar müasir beynəlxalq və hər ölkənin özünə uyğun hüquq sistemləri, adət-ənənələri ilə idarə olunurlar. Amma buna baxmayaraq bütün müsəlmanlar öz dinlərini sevirlər və gücləri çatan qədər dinlərini öyrənib ibadətlərini, dini ayinlərini, insanlarla münasibətlərini sürdürürlər. Şəriətimizin bizdən istədiyi bütün ibadət və ayinləri bir müsəlman kimi gücümüz çatan qədər yerinə yetiririk. Oğlan övladlarımızı Peyğəmbər sünnətinə uyğun olaraq sünnət etdiririk. Baxmayaraq bunu ölkəmizdə müasirləşdirmişik, adət kimi böyük toy məclisi təşkil edirik, amma bunu din belə əmr etməyib, bir xalq özü biri-digərinə baxaraq bunu ediblər və bu gün artıq balaca uşağın sünnət olunmağını böyük toy məclisi kimi edirik. Bunun doğru olmadığını demək lazımdır, amma bu sünnəti Allahın əmri olduğunu da xatırlatmalıyıq. Digər bir çox məsələlər də belədir. Məsələn, Allah təala nigah müqaviləsi bağlamağı əmr edib və bunun elan olunmasını bildirib, amma biz bunu bir birimizə baxıb çox çətinləşdirmiş və qəlizləşdirmişik. Məsələn bu gün bizim ölkəmizdə toy edən bir insan, nigahını elan edən bir şəxs dəvətnamə yazanda nəsil-nəcabət arasında kimin kiminlə mehriban olduğunu, kimin-kiminlə küsülü olduğunu bilməlidir ki, toya dəvət edəndə onları elə stolda oturtsun ki, eyni stola düşməsinlər. bütün bunlar da çox əziyyətlə başa gəlir. Əsas məsələ uzatmadan kəbin kəsdirməyə gəlim qısaca. Bu şəriətdə olan bir əmrdir. Allahın əmri və peyğəmbərin sünnətidir. Amma bu gün kəbin, dini nigah vətəndaşlarımıza lazımdırmı? İlahiyyatçı dostlarımızdan biri yaxın günlərdə saytlardan birində haqlı olaraq bu cəhətdən doğru deyir ki, şəriət kəbini rəsmi və qeyri rəsmi ölkəmizdə heç bir idarə və təçkilat tərəfindən, rəsmi qurumlar tərəfindən tanınmır. Mən inanmıram ki, ilahiyyatçı dostumuz kəbini inkar etsin. Sadəcə ölkəmizdə əhəmiyyətsiz olduğunu bildirmək istəyib. Amma bunu da demək doğru deyildir. Çünki o qədər müsəlmanlar vardır ki, onlar şəriət kəbini olmadan öz həyat yoldaşını özünə haram hesab edir. Bu cəhətdən maarifləndirici tədbirlər həyata keçirilməlidir. İnsanlara geniş şəkildə izah olunmalıdır ki, düyün də əsas olan şərtlər nədir. Qızın valideynlərinin razılığı, oğlanın validenlərinin razılığı, şahidlər, mehir və s, bunlar da ölkənin öz adət-ənənəsinə uyğun şəkildə həyata keçirilir. Heç nəyə baxmayaraq mən dini kəbini, şəriət kəbinini vacib hesab edirəm. Şəxsən mən kəbin kəsmədən heç vaxt özümü bağışlaya bilmərəm. Onda zina çoxalar və insanlar cahillik edərlər. Allah daha düzünü bilir.
Dini nigah bütün fiqh kitablarında işlənib və onun şərtləri açıqlanıb. Alimlərdən heç biri bu vaxta qədər dini nigahı lazımsız hesab etməyiblər. Əksinə vacib hesab ediblər. Muhəmməd peyğəmbərdən (s.ə.s) belə bir hədis rəvayət edilib: Vəli və iki etibarlı şahid olmadan kəbin olmaz. Bu cür kəsilməyən kəbin batildir. Əgər öz aralarında razılığa gələ bilməsələr, səlahiyyətli şəxs (sultan) vəlisi olmayanın vəlisidir (Əbu Davud, Nikah, 20; Tirmizi, Nikah, 14; İbn Macə, Nikah,15; Əhməd ibn Hənbəl, Müsnəd, 6/66). Sultan burada səlahiyyətli dövlət orqanı və bu səlahiyyəti olan şəxs deməkdir. Bu gün bu şəxs nigah müqaviləsi yazan aidiyyatlı dövlət qurumlarıdır. Vəli sözünə gəldikdə, bununla ata, baba, oğullar, qardaşlar, əmilər və sairə nəzərdə tutulur. Əgər bunlardan heç biri yoxdursa, yaxud da olduğu halda, öz borcunu yerinə yetirməsə, bu iş səlahiyyətli şəxsin sərəncamına keçir.
İndiki dövrdə vəlisiz kəbin kəsilmir. Kəbini təsdiq etməkdə səlahiyyətli orqan isə istər ölkəmizdə olduğu kimi dövlət qeydiyyat şöbələri, istərsə xristian ölkələrində olduğu kimi kilsə tərəfindən yerinə yetirilsin, bu orqanların belə bir səlahiyyətə malik olmaqları vəlilik səlahiyyətindən istifadə etməkləri deməkdir. Kəbin kəsən dövlət məmurunun lazımi araşdırmaları apardıqdan və evlənən tərəflərin razılığını aldıqdan sonra: Səlahiyyətli şəxsin verdiyi icazəyə müvafiq olaraq sizi ər-arvad elan edirəm, deyib evliliyi təsdiq etməsi də bundan irəli gəlir. Yəni, bu şəxsin kəbini təsdiq və rədd etməyi onun səlahiyyətindən istifadə etməsi deməkdir.
Peyğəmbərimizin kişilər üçün vəli şərtini irəli sürməməyi, qadınlar üçün də vəlinin təsdiq etməyinin kifayət olduğunu qəbul etməsi evlənməyi asanlaşdırır və möhkəm ailələrin qurulmağına səbəb olur. Xülasə olaraq evlənən cütlüklər bu qədər şahidlərin iştirakı ilə və xeyir dua ilə evlənirlərsə və bu evlilik bütün yaxın qohumlar arasında elan olunursa və dövlət idarələri də bunu qeydiyyata alırlarsa bu da halal kəbin sayıla bilər. Ancaq qədimdən gələn adət-ənənəmizə və dinimizin şərtlərinə uyğun olaraq da dini kəbin kəsdirməyi insanların qəlbinin rahat olması üçün zəruri hesab edirəm. Allah daha düzünü bilir.
Əkrəm Həsənov (ilahiyyat üzrə fəlsəfə doktoru).
http://haqqdinislam.com
Dünən, 16:00
Bakının yeni düşməni – Trampın adamı: onu tanıyaq!
Dünən, 15:30
Putin postsovet ölkələrini YENƏ hədələdi: "Torpaqlarınız..." – Şüşəli evdən atılan DAŞ...
Dünən, 14:00
U-15 dünya çempionatı Azərbaycanda keçiriləcək - SƏRƏNCAM
Dünən, 13:55
İlham Əliyev 4 qanuna dəyişikliyi təsdiqlədi
Dünən, 13:52
Prezident mühüm Fərman imzaladı
Dünən, 13:49
Azərbaycanın İstanbul və Qarsdakı baş konsulları geri çağırıldı
Dünən, 12:46
Traktor dirəyə çırpıldı - Pilləkəndəki şəxs yıxılıb öldü
Dünən, 12:41
Bakıda sınan ağaclar yollardan götürüldü - Fotolar
Dünən, 12:35
Binəqədidə obyekt yanır
Dünən, 12:31
Küləyin aşırdığı ağacın altında qalan şəxs xəsarət alıb - RƏSMİ
Dünən, 12:24
Kreditini qaytara bilməyənlərə şad xəbər: Bu halda borcunuz bağlanacaq
Dünən, 12:15
18 hərbçi ölüb, 624-ü yaralanıb - Statistika yeniləndi
Dünən, 12:11
Güclü küləklə bağlı əhaliyə növbəti XƏBƏRDARLIQ
Dünən, 11:56
Bakı-Sabunçu qatarının gecikmə səbəbi açıqlandı
Dünən, 11:50
Müavinət alanların nəzərinə - Nazirlik məlumat yaydı
Dünən, 11:46
Putindən şok iddia: Polşa, Macarıstan və Rumıniya Ukraynanın bu ərazilərini alacaq
Dünən, 11:35
Bakını üzərini toz basıb - Səbəbi açıqlandı
Dünən, 11:25
Qarabağ və Şərqi Zəngəzura 1 milyard manatdan çox pul qoyulub
Dünən, 11:00
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır — Həkimlər xəbərdarlıq edir
Dünən, 10:21
Kalininqrad uğrunda yeni savaş – Putindən qəzəbli açıqlama
Dünən, 10:01
Xəzərdə müharibə böyüyür – İran Ukraynaya görə dünyaya ultimatum verdi
Dünən, 09:13
Marketdə bu səhvləri edirsinizsə, hər ay cibinizdən yüzlərlə manat çıxır
Dünən, 09:00
Zəngəzur dəhlizinin boğazındakı “kal armud”
25-07-2026, 12:11
İrəvana ağır xəbərdarlıq – Zəngəzur dəhlizi İran hərbçilərinin...
25-07-2026, 11:39
Putin qadağa qoydu, Makron quçaq açdı - Ermənilər ərikləri Parisə satacaq
25-07-2026, 10:17
Oteldə səhər "açıq bufet"də bunlardan uzaq durun - Təhlükəli qidalar
25-07-2026, 10:01
Toy karvanında xuliqanlıq edənlər saxlanıldı - Video