Xurma ağacı
Xurma ağacı quruluşu baxımından dünyada insana ən çox oxşayan bitki kimi tanınır. Hətta bəzi qədim mənbələrdə Adəmin (ə) yaradıldığı torpağın yerdə qalan hissəsindən xurma ağacının yaradıldığı yazılır (səhihliyi məlum deyil).
Xurma ağacının bioloji quruluşu insana çox bənzəyir. Xurmanın da insan kimi dişi və erkək növləri var, yalnız dişi ağaclar meyvə verir. İnsana oxşayan ən maraqlı xüsusiyyəti isə bu ağacın çəyirdəkdən yetişməməsi və eynilə insan kimi törəməsidir.
Xurma ağacını çəyirdəkdən yetişdirə bilməzsiniz. Dişi xurma ağacları eynilə qadın kimi "dünyaya övlad gətirərək" artır. İki cür törəmə növü var. Bunlardan biri normal, digəri isə qeysəriyyədir. Xurma ağacı sanki qeysəriyyə yolu ilə doğuş həyata keçirir. Gövdəsindən çıxan kiçik balaları xüsusi alətlərlə əməliyyat edilərək götürülür və ananın görəcəyi yerə əkilir.
Balasından ayrıldıqda küsür
Yeni dünyaya gələn körpə anasına ehtiyac hiss etdiyi kimi xurma ağacının yeni törəməsi də ana ağacın öz ətrafında olmasını istəyir. Yeni bitkini ananın görəcəyi yerə əkmək məcburiyyətindəsiniz. Yoxsa bala ölür, ana isə küsür və meyvə vermir. Ağacın yeni bitki vermə sayı orta hesabla insanın övlad dünyaya gətirmə sayı qədərdir. Xurma ağaclarının meyvə verdiyi ən məhsuldar dövrü insandakı kimi 15 və 40 yaşları arasında olan dövrdür. Dişi ağacla erkək ağacı ayıran ən bariz xüsusiyyət isə belədir: Qadınların saçı uzun və aşağı əyilmiş vəziyyətdə olduğu kimi dişi xurma ağaclarının budaqları da o şəkildə uzun və aşağı sallanmış vəziyyətdə olur. Erkəklərin saçı qısa və dik olduğu kimi erkək xurma ağaclarının budaqları da o şəkildə yuxarıya doğru dik formadadır.
Xurma ağacının ömrü də orta hesabla insan ömrü kimi 60-70 ilə yaxındır. Ağacın ən yuxarı hissəsi baş hissəsidir. İnsanın başı kəsildikdə öldüyü kimi xurma ağacının da baş hissəsi kəsildikdə ölür. Xurma ağacının gövdəsinə dəyən sərt zərbə onu öldürür. İnsan kimi xurma ağacının da qəlbi gövdəsindədir və oradan aldığı sərt zərbə ağacın ölümünə səbəb olur.
İnsanın həyatı üçün su, sağlamlığı üçün isə günəş nə qədər əhəmiyyətlidirsə, xurma üçün də bu belədir. Günəş görməyən və bol su ilə qidalanmayan xurma böyümür. Onun gövdəsində də insan bədənindəki tüklərə bənzər liflər var. Bu oxşarlıq haqqında İbn Ömər belə deyir: "Rəsulullahın (s) yanında oturarkən xurma ağacının gövdəsi (cummar) gətirildi. Peyğəmbərimiz (s) belə bir sual verdi: "Bu ağaclardan biridir. Eynilə müsəlmana oxşayır, yarpağı tökülmür. Deyə bilərsiniz, bu nə ağacdır?" Orada olanlar çöl ağaclarının adını çəkdilər. Mənim ağlıma, bunun xurma olduğu gəldi. Demək istəsəm də gördüm ki, mən oradakıların ən kiçiyəm. Odur ki, susdum. Rəsulullah (s) buyurdu: Bu ağac xurmadır".
Məryəmin adət dövründəki yeməyi
Xurmanın xüsusiyyətlərindən biri də onun hamiləlik dövründə yaxşı qidalandırıcı olması və doğuşu asanlaşdırmasıdır. Xurmanın tərkibi, ana bətninin yığılıb-açılmasına səbəb olan və doğuşu asanlaşdıran oksitozin hormonu ilə zəngindir. Qurani-Kərimdə də Məryəmə doğuşdan əvvəl xurma yeməsinin tövsiyə edildiyi qeyd edilir: "Doğuş sancısı onu bir xurma ağacının gövdəsinə söykənməyə məcbur etdi. Dedi: "Kaş ki, mən bundan əvvəl ölüb qurtaraydım və ya tamamilə unudulub getmiş olaydım!" Dərhal alt tərəfindən ona belə bir nida gəldi: "Kədərlənmə, Rəbbin sənin üçün (ayağının) altından bir irmaq axıtdı. (Qurumuş) xurma ağacını özünə tərəf silkələ, üstünə təzə yetişmiş (xurma) tökülsün! (Xurmadan və sudan) ye-iç, gözün aydın olsun" ("Məryəm" surəsi, 19/23-26). Peyğəmbərimiz (s) də hədislərindən birində adət dövründə xurma yeməyin əhəmiyyətindən bəhs edir: "Qadınlarınıza adət dövründə xurma yedirdin. Kim adət dövründə xurma yesə, onun uşağı ağıllı və ağır təbiətli olar. Çünki xurma, Məryəmin adət dövründəki yeməyi idi (Allah onu quru xurma ağacından Məryəm anamıza vermişdi). Əgər (adət görən qadın üçün) xurmadan daha yaxşı yemək olsaydı, Allah onu Məryəmə verərdi".
Peyğəmbər möcüzəsi
Peyğəmbər xurması da adlanan "acvə" xurması, digər xurmalara nisbətən daha qiymətlidir. Rəvayətə əsasən bir gün müşriklərdən biri əlində yanmış xurma budağı ilə Allah Rəsulunun yanına gəlir və belə deyir: "Ey Muhəmməd (s), bu yanmış budağı torpağa ək! Əgər bu budaqdan xurma yetişsə, biz də sənin peyğəmbər olduğunu təsdiq edəcəyik". Rəsulullah (s) əvvəl ağız suyu ilə budağı isladır, sonra isə torpağa əkir. Belə ki, həmin budaqdan yetişən xurma acvə xurmasıdır. Buna görə də acvə xurmasının yanıq xurma kimi daha tünd rəngi var. Peyğəmbərimiz (s) hədislərindən birində acvə xurmasının şəfasından belə bəhs edir: "Kim səhər ac halda yeddi ədəd acvə xurması yesə, o gün ona nə sehr, nə də zəhər təsir edər".
Xüsusən şəkər xəstələri üçün
Hətta bu gün xurma tozcuqlarından sonsuzluğun müalicəsində istifadə olunur. Bəhməzi, balı və qəhvəsi alınan bu meyvənin şəkər nisbəti aşağı olan növü də var. Şəkər nisbəti az olduğuna görə sugi adlı xurma növünü şəkər xəstələrinin də rahat şəkildə yeyə bilərlər.
http://www.davet.az
Dünən, 16:00
Bakının yeni düşməni – Trampın adamı: onu tanıyaq!
Dünən, 15:30
Putin postsovet ölkələrini YENƏ hədələdi: "Torpaqlarınız..." – Şüşəli evdən atılan DAŞ...
Dünən, 14:00
U-15 dünya çempionatı Azərbaycanda keçiriləcək - SƏRƏNCAM
Dünən, 13:55
İlham Əliyev 4 qanuna dəyişikliyi təsdiqlədi
Dünən, 13:52
Prezident mühüm Fərman imzaladı
Dünən, 13:49
Azərbaycanın İstanbul və Qarsdakı baş konsulları geri çağırıldı
Dünən, 12:46
Traktor dirəyə çırpıldı - Pilləkəndəki şəxs yıxılıb öldü
Dünən, 12:41
Bakıda sınan ağaclar yollardan götürüldü - Fotolar
Dünən, 12:35
Binəqədidə obyekt yanır
Dünən, 12:31
Küləyin aşırdığı ağacın altında qalan şəxs xəsarət alıb - RƏSMİ
Dünən, 12:24
Kreditini qaytara bilməyənlərə şad xəbər: Bu halda borcunuz bağlanacaq
Dünən, 12:15
18 hərbçi ölüb, 624-ü yaralanıb - Statistika yeniləndi
Dünən, 12:11
Güclü küləklə bağlı əhaliyə növbəti XƏBƏRDARLIQ
Dünən, 11:56
Bakı-Sabunçu qatarının gecikmə səbəbi açıqlandı
Dünən, 11:50
Müavinət alanların nəzərinə - Nazirlik məlumat yaydı
Dünən, 11:46
Putindən şok iddia: Polşa, Macarıstan və Rumıniya Ukraynanın bu ərazilərini alacaq
Dünən, 11:35
Bakını üzərini toz basıb - Səbəbi açıqlandı
Dünən, 11:25
Qarabağ və Şərqi Zəngəzura 1 milyard manatdan çox pul qoyulub
Dünən, 11:00
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır — Həkimlər xəbərdarlıq edir
Dünən, 10:21
Kalininqrad uğrunda yeni savaş – Putindən qəzəbli açıqlama
Dünən, 10:01
Xəzərdə müharibə böyüyür – İran Ukraynaya görə dünyaya ultimatum verdi
Dünən, 09:13
Marketdə bu səhvləri edirsinizsə, hər ay cibinizdən yüzlərlə manat çıxır
Dünən, 09:00
Zəngəzur dəhlizinin boğazındakı “kal armud”
25-07-2026, 12:11
İrəvana ağır xəbərdarlıq – Zəngəzur dəhlizi İran hərbçilərinin...
25-07-2026, 11:39
Putin qadağa qoydu, Makron quçaq açdı - Ermənilər ərikləri Parisə satacaq
25-07-2026, 10:17
Oteldə səhər "açıq bufet"də bunlardan uzaq durun - Təhlükəli qidalar
25-07-2026, 10:01
Toy karvanında xuliqanlıq edənlər saxlanıldı - Video