Ana körpəsi ilə birgə intihar etdi, ya öldürüldü?
Kriminal
Oxunub: 750
2 sen 2021 | 11:54
Ana körpəsi ilə birgə intihar etdi, ya öldürüldü?


Ötən gün Bakıda övladı ilə birgə özünü binadan atdığı deyilən qadının anası onun bunu intihar məqsədilə etmədiyini iddia edir.

Ölkə.az xəbər verir ki, Mehriban Süleymanova “Qafqazinfo”ya müraciət edərək qızı Aytən Niftəliyevanın intihar etmədiyini, həyat yoldaşı və qayınanası tərəfindən döyülərək, damdan atıldığını bildirib:

“Avqustun 30-u qızım Aytən Niftəliyeva bizdə Sumqayıtda qonaq idi. Ayın 29-u bizə yığıncağa gəldi, oğlumun toyu olmuşdu, gəlinimin qohumları bizdə idi. Ayın 30-u da tək taksi ilə yola saldım. Ailəsində axır vaxtlar münaqişələr olurdu. Ümumiyyətlə, əvvəldən yoldaşı Rəhman Niftəliyev tez-tez dalaşırdı qızımla. Yoldaşım öləndən sonra dava-dalaş daha da böyüdü. Yoldaşım Qarabağ qazisi idi, ötən il koronadan rəhmətə getdi”.

Ananın sözlərinə görə, evə getdikdən sonra qızına zəng edib: “Dedi ki, çatmışam. Sonra Rəhman zəng etdi ki, bezmişəm, gəl apar qızını. Uşaq da ağlayırdı. Mən də fikirləşdim ki, yenə döyüblər qızımı. Sonra qayınatasına yığdım, dedi ki, rayondan çıxmışıq çatanda baxarıq. Qayınanası zəng etdi ki, gəl apar qızını, tərbiyəsizdir. Mən də taksiyə minib Sumqayıta gedirdim ki, yolda zəng gəldi ki, tez gəl. Çatana yaxın zəng gəldi ki, qızın atdı özünü”.

Mehriban Süleymanova deyir ki, qonşular ona qızının sağ olduğunu bildiriblər: “Dedilər ki, DTX hospitalına apardılar, amma uşağın öldüyünü dedilər. Qızım 3 mərtəbəli şəxsi mülkün damından özünü uşağı ilə birgə atdı. Bunlar dedilər ki, qızım birinci uşağı, sonra da özünü atıb damdan, amma qız oyananda dedi ki, Rəhmanla dalaşanda ayağım sürüşdü, o da mənə kömək etmədi, uşaq əlimdən düşdü, mən də yıxıldım. Həmişə dalaşanda şantaj eliyirdilər ki, uşağı əlinizdən alacağıq, atam əlinizdən alacaq uşağı. Qızım deyir ki, ayağım sürüşəndə Rəhmana dedim ki, kömək elə, o da eləmədi. Uşağı dartanda damdan düşüb. Qızım da yıxılıb. Hazırda qızımın vəziyyəti ağırdır. Daxili qanaxması var. Nə qədər sümükləri sınıb. Qan köçürürlər. Qızımı qayınanası ilə kürəkənim döyüb. Yoldaşım ölənə kimi, hər gün bizi dava-dalaş üstündə evlərinə çağırırdılar. Rəhman hər gün evdədir. Onlayn proqram dərsi keçir. 3 il idi ki, evli idilər. Cinayət Məcəlləsinin özünü intihara çatdırma maddəsi ilə iş açılıb. Amma qızım intihar etməyib”.

***

Mehriban Süleymanovanın saytımıza müraciətindən bir neçə saat sonra onun reanimasiyada olan qızı Aytən Niftəliyeva vəfat edib.


Ana körpəsi ilə birgə intihar etdi, ya öldürüldü?Ana körpəsi ilə birgə intihar etdi, ya öldürüldü?
Bu gün, 16:00
Türk Dünyası Avrasiya üzərində hegemoniya qurur: Əsas qlobal rəqiblər isə artıq sıradan çıxarılmaq üzrədir
Bu gün, 15:30
Trampın sərvəti 7 milyard dollara çatdı
Bu gün, 14:29
Azərbaycanda internet tarifləri artırılır - Minimum 25 manat olacaq
Bu gün, 14:22
Azərbaycan dost, İsrail düşmən siyahısında
Bu gün, 14:10
İcra başçısı dama qalxdı - VİDEO
Bu gün, 14:00
Avtomobil nəhəngləri böhran həddində: Yaxın 5 ildə hansı avto-markalar çökəcək?
Bu gün, 13:19
Taksi sürücüləri sabah imtahan verəcəklər
Bu gün, 13:10
İlham Əliyev açılışda iştirak edib - FOTOLAR
Bu gün, 12:23
Süni intellektin tətbiqi genişləndirilməlidir - İlham Əliyev
Bu gün, 12:19
İlham Əliyev bu şəxsləri təltif etdi
Bu gün, 11:29
Emin Əmrullayev dərslərlə bağlı ƏMR İMZALADI
Bu gün, 11:25
Korrupsiyaya görə işdən çıxarılan icra başçısını bu şəxs əvəz edir
Bu gün, 11:15
Allahşükür Paşazadə: Azərbaycanın zəfəri İslam dünyasının zəfəridir
Bu gün, 10:30
Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı Daxili İşlər Nazirliyindən açıqlama
Bu gün, 10:04
Azərbaycan nefti ilə bağlı SEVİNDİRİCİ XƏBƏR
Bu gün, 10:01
Polislər etiraz aksiyasına çıxdı
Bu gün, 09:57
Hikmət Hacıyev Ərəb Media Forumunda iştirak edib
Bu gün, 09:54
Bakıda sabah tarixi-dini abidələrlə bağlı konfrans keçiriləcək
Bu gün, 09:49
Süni intellektlər öz aralarında yeni bir dil yaratdı
Bu gün, 09:44
Neft ehtiyatları gözlənilmədən artdı - Qiymətlər endi
Bu gün, 09:14
Erməni mediası bir-birinə qarşı – Ceyhun Bayramovun sözləri üstündə savaş başladı
Bu gün, 09:00
Azərbaycanda mənzil almaq üçün 17 il işləmək lazımdır
Dünən, 19:33
İlham Əliyev: Avropa Parlamenti rüşvətxorlar yuvasıdır
Dünən, 17:40
Yardımlı İcra Hakimiyyətində əməliyyat - HƏBS OLUNANLAR VAR - EKSKLÜZİV
Dünən, 17:36
Prezident icra başçısını vəzifədən AZAD ETDİ
Dünən, 16:00
Xəzərin dibindən Azərbaycana, oradan Avropaya – İrəvan da qoşulur
Dünən, 15:30
Şuşadakı rəqs Livandakı kilsəni qarışdırdı – Katolikos 1500 km-dən diplomatlara qəzəbləndi