Erməni separatçılara hökm oxundu - RƏSMİ

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində qanunsuz fəaliyyət göstərən erməni separatçı rejiminin silahlı birləşmələrinin üzvləri, Ermənistan Respublikasının vətəndaşları Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin Azərbaycan Respublikasının işğal altında olmuş ərazilərində azərbaycanlılara qarşı törədilmiş sülh və insanlıq əleyhinə, müharibə cinayətləri törətməsi və digər faktlara görə başlanmış cinayət işi üzrə istintaq yekunlaşdırılmışdır.
Baş Prokurorluqdan bildirilb ki, Lüdvik Mkrtiçyan və Alyoşa Xosrovyanın Cinayət Məcəlləsinin 113 (işgəncə), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 279.1 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma), 318.2 (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələri ilə nəzərdə tutulan cinayətləri törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən onlara həmin maddələr üzrə ittiham elan edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
20.05.2021-ci il tarixdə iş üzrə ittiham aktı təsdiq edilərək baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilmişdir.
Bu gün Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə hakimlər Rafiq Abbasov və Camal Ramazanovdan ibarət tərkibdə, dövlət ittihamını müdafiə edən - Azərbaycan Respublikası Baş prokurorunun xüsusi tapşırıqlar üzrə köməkçisi Mahir Abbasovun iştirakı ilə Ermənistan Respublikasının vətəndaşları - Mkrtiçyan Lüdvik Mkrtiçoviçin və Xosrovyan Alyoşa Aramaisoviçin Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin hazırlıq iclası keçirilmişdir.
İclasda cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən tarcüməçilərin iştirakı təmin edilmişdir.
Eyni zamanda hazırlıq iclasında 45 nəfərdən çox yerli və xarici kütləvi informasiya vasitələrinin, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, beynəlxalq statuslu nümayəndələr, eləcə də Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva iştirak etmişlər.
Həmçinin, təcili tibbi yardım heyətinin iştirakı da təmin edilmişdir.
Hazırda cinayət işi üzrə digər şəxslərin cinayətkar əməllərinin ifşa edilərək məsuliyyətə cəlb olunması istiqamətində kompleks tədbirlər davam etdirilir.
1-08-2026, 12:47
Sabah 39° isti olacaq
1-08-2026, 10:59
Ərdoğana sui-qəsd dəstəsinin son üzvü ələ keçirildi - FOTO
1-08-2026, 10:49
Fransa İspaniya ilə sərhəddə təhlükəsizlik qüvvələri yerləşdirdi
1-08-2026, 10:23
Cinayətdə şübhəli bilinən 53 nəfər saxlanılıb
1-08-2026, 10:12
DYP sürücülərə və piyadalara müraciət etdi
1-08-2026, 09:54
53 mindən çox miqrant geri qayıdıb
1-08-2026, 09:48
“Qarabağ”ın oyunlarını bu hakimlər idarə edəcək
1-08-2026, 09:38
Nəriman Həsənzadə vəfat etdi
1-08-2026, 09:32
Azərbaycanda zəlzələ oldu
1-08-2026, 09:28
“Təmiz, saf, ədəbi Azərbaycan dilinin qoruyucuları bizik” - FOTO
1-08-2026, 09:22
Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür
1-08-2026, 09:00
Azərbaycanlılar Azərbaycana qarşı casusluğa cəlb edilir? – İranla sərhəddə nə baş verir...
31-07-2026, 16:00
Qəzza ilə bağlı tarixi razılaşma: Tezliklə icrasına başlanacaq
31-07-2026, 15:30
İrəvandan Moskvaya HƏDƏ – Zəngəzur dəhlizi gecikə bilər?
31-07-2026, 14:22
“İssık gölü sammiti” Kremlin diqqətində – Moskva nədən narahatdır?
31-07-2026, 13:37
Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirilib - YENİLƏNİB
31-07-2026, 13:13
Xərçəng xəstəliyinin də çarəsi tapıldı: Alimlərdən şad xəbər
31-07-2026, 12:44
İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə dövlət ziyafəti verildi
31-07-2026, 12:40
Ankara Moskva-Kiyev görüşünü təşkil etməyə hazırdır
31-07-2026, 11:50
Netanyahunu şortiklə qarşıladı, üzünə də baxmadı - ŞOK FOTO
31-07-2026, 11:13
“Biz bu məsuliyyətə hazırıq”
31-07-2026, 11:08
Ukrayna PUA-ları Azərbaycanla sərhəddə vuruldu
31-07-2026, 10:59
İraqlı nazirdən Türkiyədəki imza böhranı ilə bağlı AÇIQLAMA
31-07-2026, 10:55
İlham Əliyev: Azərbaycan və Qırğızıstan bütün təşəbbüslərdə bir-birini bundan sonra da dəstəkləyəcək
31-07-2026, 10:52
Azərbaycan ilə Qırğızıstan arasında imzalanmış sənədlər mübadilə edilib
31-07-2026, 10:49
Azərbaycan və Qırğızıstanın 6 şəhəri qardaşlaşdı
31-07-2026, 10:45
Qırğızıstan Prezidenti Heydər Əliyev ordeni ilə təltif edildi