Azərbaycanda ACLIQ GÖZLƏNİLİRMİ? - Ekspert danışır
Iqtisadiyyat
Oxunub: 622
28 may 2022 | 17:00
Azərbaycanda ACLIQ GÖZLƏNİLİRMİ? - Ekspert danışır


FAO-nun qlobal ərzaq qiymətləri indeksində illik artım mart ayında qeydə alınan rekord səviyyədən geriləyib. FAO-nun məlumatına görə, aprel ayında illik artım 29,81 faiz təşkil edib. FAO-nun məlumatına görə, qlobal ərzaq qiymətləri aprel ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 29,81 faiz artıb. Beləliklə, mart ayında qeydə alınan 33,94 faizlik rekord səviyyədən bir qədər geriləmə oldu.
“İndeksdəki cüzi eniş, xüsusən də aşağı gəlirli və ərzaq qıtlığı olan ölkələr üçün müsbət ola bilər, lakin ərzaq qiymətlərinin hələ də son pik nöqtəsinə yaxın olması bazarda davam edən sıxlığı əks etdirir və qlobal ərzaq təhlükəsizliyinə problem yaradır”, - deyə FAO-nun baş iqtisadçısı Maximo Torero Cullen bildirib.

“Qlobal iqtisadiyyat İkinci Dünya müharibəsindən sonra belə vəziyyətə düşməyib. İlin sonuna doğru daha “qatı dumanlı” şərait gözlənilir”. Dia.az xəbər verir ki, bu barədə Bizimyol.info xəbər portalına iqtisadçı Pərviz Heydərov danışıb. Onun sözlərinə görə, inflyasiya cızığından çıxır, enerjidaşıyıcıların və ərzağın qiymətləri qalxmaqda davam edir, şirkətlərin borcları artır, əhali maliyyə sarıdan yüklənir, mal və məhsulların mənzil başına çatdırılması prosesləri çətinləşir, istehsal və ticarət əlaqələri qırıla-qırıla gedir.

“Qeyd olunan mənzərə hələ keçən ilin əvvəlindən özünü büruzə verməyə başlayıb. Rusiyanın Ukraynaya hərbi müdaxiləsi isə “odun üstünə benzin” tökdü. Bu baş verməsəydi, bir sıra mənfi tendensiyalar cari ilin ilk yarısının sonuna kimi ortadan qalxacaqdı” deyən ekspert bildirir ki, taxıl istehsalı, tədarükü və təminatında problemlər Rusiya-Ukrayna müharibəsindən əvvəl dövriyyəyə daxil olub.

2020-ci ildə dünyanı ağuşuna alan pandemiya şəraiti ən böyük zərbələrindən birini də məhz kənd təsərrüfatına vurub. Belə ki, pandemiya ötən ilin əvvəlindən tədricən aradan qalxdı. Lakin ixracatçı ölkələr bəyanat verməyə başladılar ki, taxıl istehsalına çox böyük zərbə dəydiyindən nəzərdə tutulandan xeyli az məhsul əldə edilib.

“Odur ki, böyük taxıl istehsalçısı olan ölkələr pandemiyadan yeni çıxdıqları üçün 2021-ci ildə də istehsalın əvvəlki həcmdə olmayacağını və ixracı azaldacaqlarını bildirdilər” - deyə Pərviz Heydərov bildirib.

Ekspert hesab edir ki, qlobal iqtisadiyyatda, ərzaq bazarlarında problemlər ilkin olaraq pandemiya səbəbindən meydana gəlmişdi ki, Rusiyanın Ukraynaya bu ilin fevralında hücum etməsi başlayan prosesi daha da sürətləndirdi. Və nə qədər ki, Ukraynaya qarşı hərbi təcavüz davam edəcək, mövcud problemlər daha da kəskinləşəcək.

“Məsələ bundadır ki, postpandemiya dövrü tam yetişməmiş Rusiya-Ukrayna müharibəsinin başlaması faktına iqlim şəraitinin pisləşməsi də əlavə olunub. Məhz bu səbəbdən ərzaq böhranı - aclıq təhlükəsi lap qaçılmaz hal kimi görünür. Belə ki, kəskin quraqlıq, temperaturun yüksək olması, qasırğa və sair kimi amillər müharibə regionundan çox-çox uzaqda yerləşən ABŞ, Hindistan, Fransa və digər bu kimi ölkələrdə də ərzaq buğdası istehsalı və tədarükünə “balta” vurub”,- deyən iqtisadçı bildidir ki, cari ildə adlarını qeyd etdiyim ölkələrdən hansısa töhfə gözləmək əbəsdir.
Bu gün, 13:39
Bu xəbər İrəvana bomba kimi düşdü- doğrudursa, Ermənistanın sonudur
Bu gün, 13:29
Əliyev qəbullar keçirdi - Fotolar - Yenilənib
Bu gün, 13:21
Əli Kərimli 20 ilə kimi və ya ömürlük həbs edilə bilər - İstintaq bitdi
Bu gün, 13:10
Prezident Kobaxidzeyə zəng etdi
Bu gün, 13:03
Vəzir Həsənovun idarəsində yoxlama, cəzalandırılanlar var - Yenilənib
Bu gün, 11:57
Müdafiə Nazirliyinin hərbçilərinin maaşı - Bu qədər artacaq
Bu gün, 11:43
Prezident Tacikistan Baş nazirini qəbul etdi - Fotolar
Bu gün, 10:54
Tacikistan Baş naziri Zəfər Parkında - Fotolar
Bu gün, 10:49
Prokurorlar ağac əkdilər - Fotolar
Bu gün, 10:45
Dövlət rəsmiləri Bakıda forumda
Bu gün, 09:59
Bu gün Qazaxıstanda milli matəm günüdür
Bu gün, 09:51
Ağdamda yaşayanlara ŞAD XƏBƏR: 1 500 daimi iş yeri yaradıldı
Bu gün, 09:31
Bayramov və Mirzoyan iki ölkə arasında nəqliyyat infrastrukturunun açılmasını müzakirə edib
Bu gün, 09:30
"Qaz əvəzində bunları bizə ver"- Kremlin İrəvandan ölümcül tələbləri açıqlandı
Bu gün, 09:27
"Formula 2" üzrə Azərbaycan Qran-prisində sprint yarışı başlayıb - YENİLƏNDİ
Bu gün, 09:00
"120 nafərlik toy olar, bəs yazdırdığımız nəmərlər?"
Dünən, 16:00
Normal yaşamaq neçə manatdır? — Açıqlama
Dünən, 15:30
Camaat KƏNDdən NİYƏ qaçır ?
Dünən, 15:18
Arif Hacılının oğlu və gəlini HƏBS OLUNDU
Dünən, 14:22
“Artsax” deyən kimi qiyamət qopdu
Dünən, 14:00
Azərbaycanın yeraltı sərvətləri üçün yeni dövr: Prezidentdən böyük sənaye planı-minlərlə iş yer
Dünən, 13:18
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbərlərini qəbul etdi
Dünən, 13:11
İrandan Azərbaycana 111 kq narkotik keçirilmək istədilər
Dünən, 12:44
Leysan, şimşək, dolu - SABAHIN HAVASI
Dünən, 11:53
22 motosikletçi saxlanıldı
Dünən, 11:48
Çingiz Mustafayevin çəkdiyi kadrlardakı Ləfxanım Xocalıya qayıtdı
Dünən, 11:16
Əli Nağıyev təhlükəsizlik mexanizmlərindən DANIŞDI