Rəsmi Bakı sərt iqtisadi qərarlara start verdi

“Azərbaycanda daxili bazarın qorunmasına start verilib”.
Azerinfo.az Axar.az-a istinadən xəbər verir ki, bunu iqtisadçı ekspert Samir Əliyev öz Feysbuk profilində qeyd edib.
O, dekabr ayında Mərkəzi Bankın öz ehtiyatlarının 8%-ni itirdiyini qeyd edib:
“Hökumətin qarşısında qeyri-neft sektorunu inkişaf etdirmək kimi bir vəzifə durur. Səbəb də aydındır. Artıq neft gəlirləri əvvəlki səviyyədə deyil. Qeyri-neft sektorunu inkişaf etdirmək üçün ya ixrac stimullaşdırılmalı, ya da daxili bazar qorunmalıdır. Manatın devalvasiyasının indiki dövrdə təhlükəli olması stimullaşdırma ideyasını hələ ki, arxa plana keçirir. Hələ kiçik gərginliyə görə təkcə dekabr ayında Mərkəzi Bankın ehtiyatlarının 8 faizini itirməsi vəziyyətin daha da kritik olmasından xəbər verir. Hökumətin devalvasiya riskinə getməsi inandırıcı görünmür, halbuki bütün şərtlər bunu diktə edir. Deməli, daxili bazarı qorumaqla yerli istehsalın rəqabət qabiliyyətini artırmaq variantı gündəmə gəlir. Ucuz və keyfiyyətli xarici malın qarşısında ancaq və ancaq ondan da ucuz yerli istehsal tab gətirə bilər”.
Gələcəkdə ölkədə inflyasiya artımının olacağını deyən ekspert siqaret və spirtli içkilərin qiymətinin daha da bahalaşacağını bildirib:
“Fikrimcə, bir sıra mallara, o cümlədən geniş istehlak olunan siqaret və spirtli içkilərin idxalına qoyulan aksizlərin artırılması daha çox daxili bazarı qorumaq məqsədi daşıyır. Çünki Azərbaycanın əsas ticarət tərəfdaşları olan ölkələrin demək olar ki, hamısında milli valyutalar devalvasiyaya uğrayıb. Bu isə o deməkdir ki, onların istehsalı olan məhsullar ölkəyə gətiriləndə yerli mallarla müqayisədə ucuz olur. Bu da yerli istehsala problem yaradır. Hökumət bu yolla daxili istehsalı qorumağa çalışır.
Bunun arxasında dövlət büdcəsinə vergi daxilolmalarının artırılması kimi məqsəd də durur. Hər halda neft gəlirlərinin kəskin azalması hökuməti alternativ mənbələr axtarmağa vadar edir.
Nazirlər Kabinetinin siqaret və spirtli içkilərin idxalına tətbiq edilən aksiz vergisi dərəcəsinin artırması gələcəkdə ölkədə inflyasiya artımına gətirib çıxaracaq. Təbii ki, adıçəkilən malların bahalaşması qaçılmaz olacaq”.
Bu gün, 13:48
Bakının 4 rayonunda tikinti işləri başlayır - SƏRƏNCAM
Bu gün, 13:21
Sabunçu tuneli bərpa ediləcək
Bu gün, 13:17
“Son fürsət”, “məhdud sayda” kimi reklamlara aldanmayın! - DİN
Bu gün, 12:40
Onların 3 aylıq kirayəhaqlarını dövlət ödəyəcək
Bu gün, 12:36
Keşlədə sökülən evə görə birdəfəlik maddi yardım veriləcək
Bu gün, 12:29
Prezident sel və daşqınlarla mübarizə üçün - 86 milyona yaxın vəsait ayırdı
Bu gün, 12:18
Yelkən idmanı üzrə “Prezident Kuboku” keçiriləcək
Bu gün, 12:14
“Şahdağ” hoteli mənə deyil, qardaşıma məxsusdur” - Deputat
Bu gün, 12:09
Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan 106 il ötür
Bu gün, 11:00
Dövlət məktəblərində DƏYİŞİKLİK - TƏSDİQLƏNDİ
Bu gün, 10:57
Abşeronda kafedə KÜTLƏVİ DAVA: 2 qardaş bıçaqlandı, 4 nəfər saxlanıldı
Bu gün, 10:54
Azərbaycan universitetlərində dərslər bu tarixdə yekunlaşacaq
Bu gün, 10:50
Evində bu səhvi edənlər 600 manat cərimə ÖDƏYƏCƏK
Bu gün, 10:47
Çexiyanın Baş nazirinin Azərbaycana səfəri başa çatıb
Bu gün, 09:44
Leyla və Arzu Əliyevalar Xan məscidində - FOTOLAR
Bu gün, 09:30
Azərbaycan və Almaniya arasında ticarətin həcmi açıqlandı
Bu gün, 09:26
Maqyar Orbana yaxın oliqarxlara qarşı hərəkətə keçdi
Bu gün, 09:23
Bakıda yolu keçən qadını vuran şəxs futbolçu imiş
Bu gün, 09:18
Bu gün görkəmli oftalmoloq alim Zərifə Əliyevanın doğum günüdür
Bu gün, 09:11
Ermənistan Azərbaycanla sərhəddə silahsız xidmətə keçir - Paşinyan AÇIQLADI
Bu gün, 09:00
Erməni bloger gözlənilməz çağırış: ‘Xaçaturyan azad olmamalı idi!’ – Gərginlik artır”
Dünən, 16:00
Trampdan gözlənilməz etiraf: "Bilmirəm…" – suiqəsd iddiasına şübhə saldı
Dünən, 15:30
Mayda 14 gün iş OLMAYACAQ
Dünən, 14:22
Sülhə qarşı təxribat və Bakıya hücum: Brüsselin məqsədi nədir?
Dünən, 13:11
3 günlük geri sayım başladı? - Tramp İrana xəbərdarlıq etdi
Dünən, 12:30
İlham Əliyevin Çexiyanın Baş naziri ilə geniş tərkibdə görüşü keçirilir
Dünən, 12:22
Bu sənəd olmadan artıq işə qəbul ola BİLMƏYƏCƏKSİNİZ