Deputat: Faizsiz kredit başlıqlı reklamlar aradan qaldırılmalıdır
“Banklar tərəfindən müəyyən təkliflər verilib”.
Yeni reklam haqqında qanunda banklar haqqında xüsusi müddəalar da yer alıb. Bu isə maliyyə bazarında reklamlarla bağlı problemin olması ilə əlaqədardır.
Azerinfo.az bildirir ki, bu barədə Oxu.Az-a Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü Vahid Əhmədov parlamentin son iclasında birinci oxunuşda qəbul edilmiş “Reklam haqqında” Qanunun banklar üçün nəzərdə tutulmuş bəndlərini şərh edərkən bildirib.
Onun sözlərinə görə, maliyyə, bank, sığorta qiymətli kağızların reklamında daha çox aşkarlığa yol vermək lazımdır:
“Yəni müqavilələrin bağlanması ilə əlaqədar, faiz dərəcəsi ilə bağlı, bank kreditlərinin verilməsi ilə bağlı məsələlər - bütün bunların hamısı reklamda əksini tapmalıdır. Verilən kreditin və qəbul edilən depozitin faiz dərəcələri dəyişiklik aparılanadək mütləq rəqəmlərlə göstərilməlidir”.
Onun sözlərinə görə, kreditlərin və depozitlərin dəyişən şərtlərlə verilməsi, başlanma tarixi, yeri, şərtlərin qüvvədə olma müddəti də reklam mətnlərində yer almalıdır:
“Bu gün faizsiz kredit başlığı ilə reklamlar gedir. Bu cür reklamlar da aradan qaldırılmalıdır. Banklar tərəfindən də bizə müəyyən təkliflər verilib. İkinci oxunuşda bankların da təklif etdiyi məsələlərə baxılacaq” - deyə, Vahid Əhmədov bildirdi.
Qeyd edək ki, yeni reklam haqqında qanuna əsasən, Azərbaycan bankları ölkə vətəndaşlarını bundan sonra stimullaşdırıcı reklamlarla, yaxud maliyyə savadsızlığından istifadə edərək aldada bilməyəcəklər. Belə ki, Reklam haqqında sənədə əsasən, bank kreditlərinin verilməsinin və depozitlərin qəbulu şərtlərinin dəyişməsi barədə reklamda aşağıdakı məlumatlar əks olunmalıdır:
Dəyişikliyin şamil olunduğu kredit və depozit növləri, onların verilməsi və qəbulu şərtləri, verilən kreditin və qəbul olunan depozitin dəyişiklik aparılanadək faiz dərəcələrinin mütləq rəqəmlərlə ifadəsi, kreditlərin və depozitlərin dəyişən şərtlərlə verilməsi və qəbulunun başlanma tarixi və yeri.
Bundan başqa, dəyişdirilən şərtlərin qüvvədə olma müddəti də bank müştərisinə bildirilməlidir.
Belə ki, əvvəl bank məhsullarının şərtlərinin dəyişməsi ilə bağlı reklam hazırlanarkən kreditlərin və əmanətlərin həm əvvəlki, həm də indiki faiz dərəcələri konkret olaraq göstərilmirdi. Bundan sonra kommersiya bankları faiz dərəcələrinin əvvəl və sonra necə olduğunu dəqiq göstərməli olacaqlar.
Bundan başqa, sənədə əsasən, pay iştirakı əsasında yaşayış binalarının və başqa daşınmaz əmlak obyektlərinin tikintisi üçün pul vəsaitlərinin toplanması ilə əlaqədar olan reklam onların inşasına müvafiq icra hakimiyyəti orqanlarının icazəsi alındıqdan sonra yayımlana bilər.
Bu gün, 13:48
Bakının 4 rayonunda tikinti işləri başlayır - SƏRƏNCAM
Bu gün, 13:21
Sabunçu tuneli bərpa ediləcək
Bu gün, 13:17
“Son fürsət”, “məhdud sayda” kimi reklamlara aldanmayın! - DİN
Bu gün, 12:40
Onların 3 aylıq kirayəhaqlarını dövlət ödəyəcək
Bu gün, 12:36
Keşlədə sökülən evə görə birdəfəlik maddi yardım veriləcək
Bu gün, 12:29
Prezident sel və daşqınlarla mübarizə üçün - 86 milyona yaxın vəsait ayırdı
Bu gün, 12:18
Yelkən idmanı üzrə “Prezident Kuboku” keçiriləcək
Bu gün, 12:14
“Şahdağ” hoteli mənə deyil, qardaşıma məxsusdur” - Deputat
Bu gün, 12:09
Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan 106 il ötür
Bu gün, 11:00
Dövlət məktəblərində DƏYİŞİKLİK - TƏSDİQLƏNDİ
Bu gün, 10:57
Abşeronda kafedə KÜTLƏVİ DAVA: 2 qardaş bıçaqlandı, 4 nəfər saxlanıldı
Bu gün, 10:54
Azərbaycan universitetlərində dərslər bu tarixdə yekunlaşacaq
Bu gün, 10:50
Evində bu səhvi edənlər 600 manat cərimə ÖDƏYƏCƏK
Bu gün, 10:47
Çexiyanın Baş nazirinin Azərbaycana səfəri başa çatıb
Bu gün, 09:44
Leyla və Arzu Əliyevalar Xan məscidində - FOTOLAR
Bu gün, 09:30
Azərbaycan və Almaniya arasında ticarətin həcmi açıqlandı
Bu gün, 09:26
Maqyar Orbana yaxın oliqarxlara qarşı hərəkətə keçdi
Bu gün, 09:23
Bakıda yolu keçən qadını vuran şəxs futbolçu imiş
Bu gün, 09:18
Bu gün görkəmli oftalmoloq alim Zərifə Əliyevanın doğum günüdür
Bu gün, 09:11
Ermənistan Azərbaycanla sərhəddə silahsız xidmətə keçir - Paşinyan AÇIQLADI
Bu gün, 09:00
Erməni bloger gözlənilməz çağırış: ‘Xaçaturyan azad olmamalı idi!’ – Gərginlik artır”
Dünən, 16:00
Trampdan gözlənilməz etiraf: "Bilmirəm…" – suiqəsd iddiasına şübhə saldı
Dünən, 15:30
Mayda 14 gün iş OLMAYACAQ
Dünən, 14:22
Sülhə qarşı təxribat və Bakıya hücum: Brüsselin məqsədi nədir?
Dünən, 13:11
3 günlük geri sayım başladı? - Tramp İrana xəbərdarlıq etdi
Dünən, 12:30
İlham Əliyevin Çexiyanın Baş naziri ilə geniş tərkibdə görüşü keçirilir
Dünən, 12:22
Bu sənəd olmadan artıq işə qəbul ola BİLMƏYƏCƏKSİNİZ