Baş bankir kreditlərə görə prezidentə hesabat verəcək

“Bir neçə aydan sonra Büdcə sistemi haqqında qanuna əsasən Mərkəzi Bank dövlət başçısına hesabat verməli olacaq”.
Azerinfo.az bildirir ki, bu barədə AzVision.az-a iqtisadçı ekspert Vüqar Bayramov bildirib. V.Bayramovun fikrincə, həmin hesabatda Mərkəzi Bank kredit faizlərinin aşağı salınıb-salınmadığını məhz ölkə başçısına bildirməlidir:
Prezident İlham Əliyevin banklarla bağlı səsləndirdiyi iradlara münasibət bildirən ekspert qeyd edib ki, kommersiya banklarında faizlərin yüksək olması artıq ölkə rəhbərliyinin də diqqətində olan məsələdir. Faizlərin aşağı salınması olduqca vacibdir.
“Mərkəzi Bankın rəsmi məlumatlarına görə, ölkədə kredit üçün orta göstərici 14 faizdir. Mərkəzi Bankda belə düşünürlər ki, Bakı üzrə orta göstərici 12.5 faizdir. Kreditlərin 83.7 faizi məhz Bakı şəhərinin payına düşür. Mərkəzi Bankın özü rayonlarda kredit faizlərinin yüksək olduğunu etiraf edir. Mərkəzi Bankın məlumatına görə, Kəlbəcər-Laçın iqtisadi rayonunda kerditlər üzrə orta göstərici 25.6, Şirvanda 23.5, Lənkəranda isə 24 faizdir. Bu baxımdan Mərkəzi Bankın ölkədə orta faiz göstəricisinin 14 faiz olması ilə bağlı rəsmi açıqlaması ciddi görünmür. Heç kim bu faizlə kredit götürə bilmir”.
V.Bayramov bildirib ki, kredit faizlərinin aşağı salınması vacibdir, fazilərin yüksək olması əhalinin xərclərinin artmasına gətirib çıxarır və real sektorda istehsal olunan məhsulların baha olmasına səbəb olur:
“Kredit faizlərinin şişməsinin əsas səbəblərindən biri komissiya haqlarının yüksək olmasıdır. Bankın elan etdiyi kredit faizi ilə vətəndaşa verdiyi kredit faizi arasında kəskin fərq var. Çünki komissiya haqlarını elan etmir və vətəndaş kredit alan zaman bəlli olur ki, eyni zamanda kredit götürən müştəri 8 faizlik komissiya haqqı ödəməlidir. Bu isə kreditdən ödənilir və kreditdən ödənildiyi üçün həmin 8 faizlik komissiya haqqı kredit məbləğinə daxil edilir. Bu da kredit faizlərinin şişməsinə gətirib çıxarır. Vətəndaş almadığı, komissiya haqqı adı ilə onun adına rəsmiləşdirilən vəsaitə görə kredit ödəyir. Bu baxımdan biz dəfələrlə təklif etmişik ki, Mərkəzi Bank kreditlər verilən zaman komissiya haqlarının məbləğinə hökmən maksimum limit müəyyən etməlidir. Belə ki, Azərbaycanda komissiya haqlarına tətbiq edilən limit 2 faizdən artıq olmamalıdır”.
Ekspert vurğulayıb ki, Azərbaycanda uçot stavkası ilə kommersiya banklarının təklif etdiyi faiz dərəcələri arasında kəskin fərq var:
“Uçot faizi 3.5 faizdirsə, kommersiya banklarının təklif etdiyi istehlak kreditləri üzrə orta faiz təxminən 24 faizdir. Kommersiya banklarının təklif etdiyi uçot stafkası ilə bankların kredit faizi arasında 7 dəfəyə yaxın fərq var. Bu fərqin uyğunlaşdırılmasına ehtiyac var. Həmçinin Mərkəzi Bank birmənalı şəkildə çalışmalıdır ki, 2015-ci ildə kredit faizlərinin aşağı salınmasına nail olsun”.
Qeyd edək ki, Mərkəzi Bankın (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov Milli Məclisin ötən ilki plenar iclasında faiz dərəcələrinin aşağı salına biləcəyini qeyd etmişdi.
Bu gün, 13:48
Bakının 4 rayonunda tikinti işləri başlayır - SƏRƏNCAM
Bu gün, 13:21
Sabunçu tuneli bərpa ediləcək
Bu gün, 13:17
“Son fürsət”, “məhdud sayda” kimi reklamlara aldanmayın! - DİN
Bu gün, 12:40
Onların 3 aylıq kirayəhaqlarını dövlət ödəyəcək
Bu gün, 12:36
Keşlədə sökülən evə görə birdəfəlik maddi yardım veriləcək
Bu gün, 12:29
Prezident sel və daşqınlarla mübarizə üçün - 86 milyona yaxın vəsait ayırdı
Bu gün, 12:18
Yelkən idmanı üzrə “Prezident Kuboku” keçiriləcək
Bu gün, 12:14
“Şahdağ” hoteli mənə deyil, qardaşıma məxsusdur” - Deputat
Bu gün, 12:09
Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan 106 il ötür
Bu gün, 11:00
Dövlət məktəblərində DƏYİŞİKLİK - TƏSDİQLƏNDİ
Bu gün, 10:57
Abşeronda kafedə KÜTLƏVİ DAVA: 2 qardaş bıçaqlandı, 4 nəfər saxlanıldı
Bu gün, 10:54
Azərbaycan universitetlərində dərslər bu tarixdə yekunlaşacaq
Bu gün, 10:50
Evində bu səhvi edənlər 600 manat cərimə ÖDƏYƏCƏK
Bu gün, 10:47
Çexiyanın Baş nazirinin Azərbaycana səfəri başa çatıb
Bu gün, 09:44
Leyla və Arzu Əliyevalar Xan məscidində - FOTOLAR
Bu gün, 09:30
Azərbaycan və Almaniya arasında ticarətin həcmi açıqlandı
Bu gün, 09:26
Maqyar Orbana yaxın oliqarxlara qarşı hərəkətə keçdi
Bu gün, 09:23
Bakıda yolu keçən qadını vuran şəxs futbolçu imiş
Bu gün, 09:18
Bu gün görkəmli oftalmoloq alim Zərifə Əliyevanın doğum günüdür
Bu gün, 09:11
Ermənistan Azərbaycanla sərhəddə silahsız xidmətə keçir - Paşinyan AÇIQLADI
Bu gün, 09:00
Erməni bloger gözlənilməz çağırış: ‘Xaçaturyan azad olmamalı idi!’ – Gərginlik artır”
Dünən, 16:00
Trampdan gözlənilməz etiraf: "Bilmirəm…" – suiqəsd iddiasına şübhə saldı
Dünən, 15:30
Mayda 14 gün iş OLMAYACAQ
Dünən, 14:22
Sülhə qarşı təxribat və Bakıya hücum: Brüsselin məqsədi nədir?
Dünən, 13:11
3 günlük geri sayım başladı? - Tramp İrana xəbərdarlıq etdi
Dünən, 12:30
İlham Əliyevin Çexiyanın Baş naziri ilə geniş tərkibdə görüşü keçirilir
Dünən, 12:22
Bu sənəd olmadan artıq işə qəbul ola BİLMƏYƏCƏKSİNİZ