Sayğacsız abonentlər nə qədər “su pulu” ödəyəcəklər? – AÇIQLAMA
Iqtisadiyyat
Oxunub: 1 461
17 may 2016 | 12:40
Sayğacsız abonentlər nə qədər “su pulu” ödəyəcəklər? – AÇIQLAMA











“Əgər ailədə 4 nəfər varsa, aylıq sərfiyyat 20 kubmetr olacaq”

Bəzi KİV-lərdə su və kanalizasiya xidmətlərinə görə, ötən dövrdə yaranmış borcların mayın 16-dan etibarən qüvvədə olan tariflərə uyğun yenidən hesablanacağı barədə həqiqətəuyğun olmayan məlumatlar yayılıb.

“Azərsu” ASC olaraq bildiririk ki, yeni tariflərin tətbiqinin abonentlərin əvvəlcədən yaranmış borclarına heç bir təsiri olmayacaq.

Bu barədə “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib.

“Bir daha ictimaiyyətin diqqətinə çatdırırıq ki, sayğacla təmin olunmayan abonentlər ödənişləri ailə üzvlərinin sayına görə aparırlar. Tarif Şurasının qərarına görə, 1 nəfər üçün aylıq norma 5 kubmetr götürülür. Əgər ailədə 4 nəfər varsa, aylıq sərfiyyat 20 kubmetr olacaq və bunun 10 kubmetri (ayın birinci yarısı üçün) regiondan asılı olaraq 31 və ya 36 qəpikdən, qalan 10 kubmetri isə (ayın ikinci yarısı üçün) 45 və ya 50 qəpikdən hesablanacaq”, - deyə o bildirib.

A.Cəbrayıllının sözlərinə görə, smartkart tipli sayğaclardan istifadə edən abonentlərin mayın 16-na qədər kartlarına yüklədikləri məbləğ köhnə tariflərlə, mayın 16-dan etibarən isə yeni tariflərlə hesablanacaq.

“Mexaniki sayğaclarla bağlı isə sayğacın son oxunması ilə tariflər dəyişdikdən sonrakı oxunma arasındakı sərfiyyat günlərin sayına bölünərək orta günlük sərfiyyat çıxarılacaq. Neçə gün köhnə tarixə düşəcəksə köhnə tariflə, neçə gün yeni tarixə düşəcəksə, yeni tariflə hesablama aparılacaq.

Məsələn, sayğac sonuncu dəfə aprelin 20-də, növbəti dəfə mayın 20-də oxunubsa və 30 gündə 30 kubmetr su sərfiyyatı varsa, günə 1 kubmetr su sərfiyyatı düşür. Bu 30 günün 16 maya qədər olan hissəsi (25 gün) köhnə, qalan günlər (5 gün) isə yeni tariflə hesablanacaq.

“Azərsu” ASC mexaniki sayğacların göstəricilərinin vaxtında və dəqiq oxunması üçün abonentlərdən xahiş edir ki, müfəttişlərə lazımi şərait yaratsınlar”, - deyə mətbuat xidmətinin rəhbəri bildirib.
Bu gün, 13:48
Bakının 4 rayonunda tikinti işləri başlayır - SƏRƏNCAM
Bu gün, 13:21
Sabunçu tuneli bərpa ediləcək
Bu gün, 13:17
“Son fürsət”, “məhdud sayda” kimi reklamlara aldanmayın! - DİN
Bu gün, 12:40
Onların 3 aylıq kirayəhaqlarını dövlət ödəyəcək
Bu gün, 12:36
Keşlədə sökülən evə görə birdəfəlik maddi yardım veriləcək
Bu gün, 12:29
Prezident sel və daşqınlarla mübarizə üçün - 86 milyona yaxın vəsait ayırdı
Bu gün, 12:18
Yelkən idmanı üzrə “Prezident Kuboku” keçiriləcək
Bu gün, 12:14
“Şahdağ” hoteli mənə deyil, qardaşıma məxsusdur” - Deputat
Bu gün, 12:09
Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan 106 il ötür
Bu gün, 11:00
Dövlət məktəblərində DƏYİŞİKLİK - TƏSDİQLƏNDİ
Bu gün, 10:57
Abşeronda kafedə KÜTLƏVİ DAVA: 2 qardaş bıçaqlandı, 4 nəfər saxlanıldı
Bu gün, 10:54
Azərbaycan universitetlərində dərslər bu tarixdə yekunlaşacaq
Bu gün, 10:50
Evində bu səhvi edənlər 600 manat cərimə ÖDƏYƏCƏK
Bu gün, 10:47
Çexiyanın Baş nazirinin Azərbaycana səfəri başa çatıb
Bu gün, 09:44
Leyla və Arzu Əliyevalar Xan məscidində - FOTOLAR
Bu gün, 09:30
Azərbaycan və Almaniya arasında ticarətin həcmi açıqlandı
Bu gün, 09:26
Maqyar Orbana yaxın oliqarxlara qarşı hərəkətə keçdi
Bu gün, 09:23
Bakıda yolu keçən qadını vuran şəxs futbolçu imiş
Bu gün, 09:18
Bu gün görkəmli oftalmoloq alim Zərifə Əliyevanın doğum günüdür
Bu gün, 09:11
Ermənistan Azərbaycanla sərhəddə silahsız xidmətə keçir - Paşinyan AÇIQLADI
Bu gün, 09:00
Erməni bloger gözlənilməz çağırış: ‘Xaçaturyan azad olmamalı idi!’ – Gərginlik artır”
Dünən, 16:00
Trampdan gözlənilməz etiraf: "Bilmirəm…" – suiqəsd iddiasına şübhə saldı
Dünən, 15:30
Mayda 14 gün iş OLMAYACAQ
Dünən, 14:22
Sülhə qarşı təxribat və Bakıya hücum: Brüsselin məqsədi nədir?
Dünən, 13:11
3 günlük geri sayım başladı? - Tramp İrana xəbərdarlıq etdi
Dünən, 12:30
İlham Əliyevin Çexiyanın Baş naziri ilə geniş tərkibdə görüşü keçirilir
Dünən, 12:22
Bu sənəd olmadan artıq işə qəbul ola BİLMƏYƏCƏKSİNİZ