Kredit verilməsi ilə bağlı yeni tələblər qüvvəyə mindi
Iqtisadiyyat
Oxunub: 20
1 okt 2026 | 09:42
Kredit verilməsi ilə bağlı yeni tələblər qüvvəyə mindi


Bu gündən Azərbaycanda məsafədən verilən istehlak kreditlərinə dair yeni tələblər qüvvəyə minib.
Azərbaycan Mərkəzi Bankının qərarına əsasən, müştərilər bank və bank olmayan kredit təşkilatlarına (BOKT) yazılı müraciət edərək istehlak kreditinin məsafədən rəsmiləşdirilməsinə və ya kredit limitinin artırılmasına məhdudiyyət qoya biləcəklər.

Bu məhdudiyyət müştərinin bankda fiziki iştirakı, gücləndirilmiş elektron imzası və ya gücləndirilmiş müştəri autentifikasiyası ilə etdiyi yazılı müraciət əsasında aradan qaldırıla bilər.

Banklar və BOKT-lar kredit verərkən müştərinin belə məhdudiyyət qoyub-qoymadığını öz sistemləri ilə yanaşı, kredit bürosunun informasiya sistemi vasitəsilə də yoxlamalı olacaqlar. Məhdudiyyət qoyulmuş şəxslə məsafədən istehlak krediti müqaviləsi bağlamaq və ya kredit limitini artırmaq mümkün olmayacaq.

Məhdudiyyət qoymuş şəxs sonradan məsafədən kredit götürmək və ya kredit limitini artırmaq üçün müraciət etdikdə, bank və ya BOKT müştərini bu barədə mobil tətbiq və ya SMS vasitəsilə dərhal məlumatlandıracaq.

Əlavə olaraq, yeni qaydalara əsasən, məsafədən verilən istehlak kreditlərində və ya artırılan kredit limitlərində vəsait dərhal təqdim edilməyəcək. Belə ki, gün ərzində verilən və ya artırılan vəsait minimum əmək haqqının iki mislinədək olduqda, pul müqavilə bağlandıqdan və ya dəyişiklik edildikdən 2 saat sonra veriləcək. Məbləğ minimum əmək haqqının iki mislindən çox olduqda isə vəsait 24 saat sonra təqdim olunacaq.

Bundan başqa, istehlak krediti müqaviləsində borcalanın verilmiş və ya artırılmış kredit üzrə öhdəlikdən azad edilməsi ilə bağlı müddəa da nəzərdə tutulacaq. Məsafədən rəsmiləşdirilən istehlak krediti müqavilələrində və ya kredit limitinin artırılması ilə bağlı müqavilə dəyişikliklərində borcalanın məsafədən kredit götürməyə məhdudiyyət qoyub-qoymadığı barədə məlumat da əks olunacaq.
Dünən, 16:00
Paşinyan Rusiya ilə köhnə dövrün bitdiyini elan etdi – Zaxarova çaş-baş qaldı
Dünən, 15:30
ABŞ-nin bu ştatında Ramazan və Qurban bayramı rəsmiləşdi – Tarixi qərar
Dünən, 14:22
ABŞ Ermənistanda “yerin altına” enir – Böyük planı işə düşür
Dünən, 13:11
Sabah YAP-ın tarixində mühüm hadisə olacaq
Dünən, 13:06
Türkiyənin hərbi rəhbərliyi Şuşada - FOTO
Dünən, 12:48
Prezidentin geri qaytardığı qanunda nə dəyişir?
Dünən, 12:38
ŞAD XƏBƏR: Gələn ildən ailələrə “uşaqpulu” verilə bilər – AÇIQLAMA
Dünən, 12:23
Bu yolda qaydalar dəyişdi — Artıq cərimələnməyəcəksiniz
Dünən, 12:05
Azərbaycan-Qazaxıstan Fiber-Optik Kabel Xəttinin istifadəyə veriləcəyi vaxt açıqlandı
Dünən, 11:58
İlham Əliyev: Azərbaycan bu sahənin inkişafına xüsusi diqqət ayırır
Dünən, 11:54
Prezident: Ərazi bütövlüyünə dəstək Azərbaycan-Çin münasibətlərinin səciyyəvi cəhətlərindəndir
Dünən, 11:50
İlham Əliyev Si Cinpini təbrik edib
Dünən, 11:44
Məktəbdə müəllim iş yoldaşını dərs bölgüsü üstündə döydü
Dünən, 11:40
Hərbçilərimiz Gürcüstandakı təlimdə
Dünən, 11:19
“Spotify” və “TikTok” Azərbaycana vergi ödəyəcək
Dünən, 11:16
Prezidentdən AQEM Media Forumunun iştirakçılarına müraciət - Yenilənib
Dünən, 10:17
“Tacir bundan da pis günə qalacaq, oğlum öldü, yasına gəlmədi...” – Murad Rzayev
Dünən, 09:42
Kredit verilməsi ilə bağlı yeni tələblər qüvvəyə mindi
Dünən, 09:38
"Birliyin Gücü – 2026"-da iştirak edən hərbçilərin sayı açıqlandı
Dünən, 09:11
“Kərki deyirsinizsə, biz də Gəncə, Bakı və Bərdəni...” – "Əfsanəvi kəşfiyyatçı"dan sərsəm açıqlama
Dünən, 09:00
İzmir AKP-nin səfinə keçir? – Ərdoğanın Tuqayla görüşü maraq doğurub
30-09-2026, 16:00
Şuşadan dünyaya göstərilənlər erməni dairələrini hərəkətə gətirdi – Təcili müraciətlər
30-09-2026, 15:30
Trampın Kuba gedişi - 3 noyabr seçkiləri öncəsi son şans, yoxsa vaxt darlığı?
30-09-2026, 13:38
Azərbaycanda hazırlanan kamikaze PUA ilk dəfə GÖRÜNTÜLƏNDİ
30-09-2026, 13:21
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub
30-09-2026, 13:16
"Birliyin Gücü – 2026” təlimində tapşırıqlar yerinə yetirilib - VİDEO
30-09-2026, 13:12
Bəzi işçilər gəlir vergisindən azad edilir