3,4 milyardlıq bazarın qapısı Azərbaycana açılır

Azərbaycanın xarici siyasətində və iqtisadi əlaqələr sistemində Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə əməkdaşlıq son illərdə getdikcə daha böyük əhəmiyyət qazanır. Xüsusilə Çin, Rusiya, Hindistan, İran və Mərkəzi Asiya dövlətlərini özündə birləşdirən bu platformanın qlobal iqtisadi və geosiyasi çəkisi Azərbaycanın qarşısında yeni imkanlar açır. Prezident İlham Əliyevin ŞƏT tədbirlərində iştirakı isə Bakının bu təşkilatla münasibətlərə strateji əhəmiyyət verdiyini göstərən mühüm mesajdır.
İqtisadçılar bildirir ki, Azərbaycanın Orta Dəhlizin əsas halqalarından biri olması da ölkənin ŞƏT məkanında iqtisadi və tranzit əhəmiyyətini daha da artırır.
Bəs 3,4 milyarddan çox insanı və dünya iqtisadiyyatının böyük hissəsini əhatə edən bu təşkilat Azərbaycan üçün nə vəd edir?
Mövzu ilə bağlı iqtisadçı Eldəniz Əmirov Musavat.com-a danışıb:
"Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) miqyası və iqtisadi potensialı Azərbaycanın bu platforma ilə əməkdaşlığının əhəmiyyətini daha aydın göstərir. Hazırda təşkilatın 10 üzvü var. Bunlar Çin, Rusiya, Hindistan, Pakistan, İran, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Belarusdur. Bu ölkələrdə ümumilikdə 3,4 milyarddan çox insan yaşayır. ŞƏT məkanı təxminən 36 milyon kvadratkilometr ərazini əhatə edir, dünya ÜDM-nin təxminən 25 faizini və beynəlxalq ticarətin 15 faizindən çoxunu formalaşdırır".
İqtisadçı qeyd edib ki, Azərbaycan hazırda ŞƏT-də dialoq tərəfdaşı statusuna malikdir. Lakin ölkənin iqtisadi əlaqələrinə nəzər saldıqda təşkilata üzv dövlətlərin Azərbaycanın xarici ticarətində kifayət qədər böyük çəkiyə malik olduğu görünür:
"Belə ki, 2025-ci ildə Azərbaycanın xarici ticarət dövriyyəsinin 10 faizi Rusiyanın, 9,9 faizi Çinin, 1,6 faizi Özbəkistanın, 1,4 faizi Qazaxıstanın, 1,3 faizi İranın, 0,9 faizi Belarusun, 0,8 faizi isə Hindistanın payına düşüb. Yalnız bu yeddi ölkənin payını topladıqda 25,9 faiz göstəricisi alınır. Pakistan, Qırğızıstan və Tacikistanı da nəzərə alsaq, ŞƏT üzvü ölkələrin Azərbaycanın xarici ticarətindəki faktiki payının daha yüksək olduğu ortaya çıxır".
Eldəniz Əmirov vurğulayıb ki, Azərbaycanın ŞƏT üçün əhəmiyyəti yalnız ticarət əlaqələri ilə məhdudlaşmır:
"Azərbaycan təşkilatın əsas iqtisadi mərkəzləri olan Çin və Mərkəzi Asiya ölkələrini Xəzər dənizi üzərindən Türkiyə və Avropa ilə birləşdirən mühüm nəqliyyat marşrutunun üzərində yerləşir. Bu baxımdan Orta Dəhlizin inkişafı Azərbaycanın ŞƏT məkanındakı iqtisadi və tranzit rolunu daha da gücləndirə bilər. Beləliklə, dünyanın hər 4 dollar ÜDM-indən təxminən birinin formalaşdığı və 3,4 milyarddan çox insanın yaşadığı nəhəng iqtisadi məkanla münasibətlərin genişləndirilməsi Azərbaycan üçün mühüm perspektivlər vəd edir. Bu əməkdaşlıq ölkəyə yalnız siyasi və diplomatik imkanlar deyil, eyni zamanda ticarət dövriyyəsinin artırılması, investisiyaların cəlb edilməsi, tranzit gəlirlərinin yüksəldilməsi və logistika imkanlarının genişləndirilməsi baxımından ciddi iqtisadi üstünlüklər qazandıra bilər".
Bu gün, 09:12
1994-də atəşkəs, 2026-da “Azərbaycan”: İlham Əliyev Bişkekdən Bakıya nə gətirdi?
Bu gün, 09:00
Rusiya hərbi bazası Ermənistanı tərk etməyə hazırdır - Putin
Dünən, 16:00
SOS: Doğum azalır, əhali qocalır – İki tanınmışdan ÇAĞIRIŞ
Dünən, 15:30
Moskvanın yenə Qarabağ “sancısı tutdu” – Bakıdan TƏPKİ
Dünən, 14:22
Autizmli uşaqlar NİYƏ artır? – Valideynlərin DİQQƏTİNƏ!
Dünən, 14:00
Azərbaycan və Türkiyənin Zəngəzur həmləsi Rusiyanı hərəkətə keçirdi – "Tehran və Moskva..."
Dünən, 13:02
Günün fotosu: “Sizə bir söz deyim...”
Dünən, 12:47
Elsevər Dünyamalıyevin 185 mini ələ keçirilib - Şöbə rəisi olmaq istəyirmiş
Dünən, 12:36
Daha 2577 məhkumu əfv etdi
Dünən, 11:58
Oğurladığı qızıllarla özünə avtomobil aldı - Həbs olundu
Dünən, 11:31
ŞƏT ölkələrinin liderləri 30-a yaxın sənəd imzalayıblar
Dünən, 11:26
Anar Bayramov Vüqar Qurbanovun qohumunu işdən çıxardı
Dünən, 11:15
Azərbaycan XİN Slovakiyanı Milli Günü münasibətilə təbrik edib
Dünən, 11:07
İlham Əliyev Bişkekdə Narendra Modi ilə söhbət etdi - FOTO
Dünən, 11:02
Ceyhun Bayramov Abbas Əraqçi ilə görüşdü
Dünən, 10:52
İlham Əliyev "Irıs Ordo" Konqres Mərkəzinə gedib
Dünən, 10:41
52 Cinayət Şübhəlisi və Axtarışda Olan 133 Nəfər Saxlanıldı
Dünən, 10:27
“Ermənistan da Azərbaycana məhsul satacaq”
Dünən, 10:24
3,4 milyardlıq bazarın qapısı Azərbaycana açılır
Dünən, 10:19
Prezidentin ŞƏT “plyus” formatında görüşdə çıxışı gözlənilir
Dünən, 09:55
Bişkekdə ŞƏT-in növbəti sammiti keçirilir
Dünən, 09:47
Əliyevlə Paşinyanın görüşündən kadrarxası görüntülər - Video
Dünən, 09:44
İlham Əliyev Ərdoğanla görüşdü - Fotolar
Dünən, 09:36
Alimlər Nepalda dağıdıcı daşqının səbəbini tapdı
Dünən, 09:33
Hikmət Hacıyev Simonyanla görüşdü
Dünən, 09:11
“Stepanakert”, “Mardakert”, “Martuni” gorbagor oldu – dünya xəritəsində mühüm dəyişiklik
Dünən, 09:00
Məşhur iş adamı Şərurlu İsfəndiyardan ŞOK AÇIQLAMA: “150 il yaşamaq istəyirəm”