Moskvanın yenə Qarabağ “sancısı tutdu” – Bakıdan TƏPKİ

Rusiya Qarabağ “məsələsi”ndən əl çəkmək bilmir. Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın son bəyanatlarından belə qənaətə gəlmək olar. Onun sözlərinə görə, 2022-ci ildə KTMT-nin baş katibi İrəvana səfər edərək Paşinyanla şəxsən görüşüb.
Rusiya XİN rəsmisi vurğulayıb ki, baş katib İrəvana “Cənubi Qafqazın gözəlliklərinə baxmağa” deyil, üzv dövlətlərin ərazilərinin müdafiəsi ilə məşğul olan təşkilatın konkret missiyası ilə gəlmişdi. Zaxarovanın sözlərinə görə, Paşinyan Ermənistanın təhlükəsizliyini təmin etmək üçün nə hüquqi, nə də siyasi baxımdan lazımi addımları atıb. O, həmçinin xatırladıb ki, Paşinyan 2022-ci ilin noyabrında KTMT missiyasının Ermənistanda yerləşdirilməsi ilə bağlı qərarın razılaşdırılmasını nəzərdə tutan sənədi imzalamaqdan imtina edib.
Bundan bir ay əvvəl – 2022-ci ilin oktyabrında isə Praqada Avropa İttifaqının vasitəçiliyi ilə qəbul edilən bəyanatda İrəvan Azərbaycanın ərazi bütövlüyünü, Qarabağ da daxil olmaqla, tanıyıb.
Zaxarova Paşinyanı məsuliyyəti başqalarının üzərinə atmaqda ittiham edib: “Sizə narahat suallar veriləndə özünüzü günahdan kənara çəkməyi, məsuliyyəti üzərinizdən atmağı və onu əlinizin çatdığı, şəxsən xoşunuza gəlməyən hər kəsin üzərinə yıxmağı dayandırın: Moskvanın, KTMT-nin, Azərbaycanın, Ermənistanın əvvəlki rəhbərliyinin, Erməni Apostol Kilsəsinin və indi fəal şəkildə mübarizə apardığınız erməni sahibkarların, Qarabağ ermənilərinin, onların əcdadlarının və uşaqlarının üzərinə. Bu, həyasızlıqdır”.
Zaxarova çıxışını daha sərt ifadə ilə yekunlaşdırıb: “Sizdə hamı günahkardır. Günahsız olan yalnız sizsiniz”.
Rusiya rəsmiləri ilk dəfə deyil ki, keçmiş Qarabağ münaqişəsinin həllinə görə Ermənistan rəhbərliyini ittiham edir. Rəsmi Moskvanın son mövqeyi də erməni xalqına hesablanıb. Yəni Paşinyan Qarabağın Azərbaycana aid olduğunu təsdiqləməsəydi, Rusiya bu məsələdə onların yanında olmağa davam edəcəkdi. Halbuki sülh mətni paraflanıb, yükdaşımaları həyata keçirilir... Belə desək, erməni əl çəkdi, Moskva niyə Qarabağ mövzusundan əl çəkmir?
Siyasi şərhçi Azər Həsrət Musavat.com-a bildirib ki, burada təəccüblü heç nə yoxdur, Rusiya “Qarabağ kartı”nı itirməklə həm Ermənistana, həm də Azərbaycana təsir imkanlarını da əldən buraxıb, ona görə də lazım oldu-olmadı tez-tez Qarabağ məsələsini müzakirə mövzusuna çevirirlər: “Lakin özlərini boş yerə yorurlar. Rusiyaya Azərbaycanda az da olsa qalmış rəğbət bu cür addımların səbəbindən tamamilə sıfıra enir. Yəni Rusiya tərəfindən nə qədər haqsız-ədalətsiz, əsassız iddialar irəli sürülsə bilsinlər ki, Azərbaycanda bu, anti-Rusiya ovqatını bir qədər gücləndirir”.
Azər Həsrət qeyd edib ki, xüsusilə, artıq dəfn edilmiş “Qarabağ məsələsi” mövzusundan Rusiyanın əl çəkməməyi Azərbaycanda bu ölkəyə qarşı çox mənfi münasibət yaradır: “Rusiya Qarabağ mövzusunun gündəmdən çıxmasına iman vermək istəmir. Hesab edir ki, o cür bəyanatları tez-tez səsləndirməklə Ermənistanda ictimai rəyə təsir göstərəcək. Düşünürlər ki, Azərbaycanı və Ermənistan hakimiyyətini yenə də bu artıq mövcud olmayan “kart”la, köhnə havalarla təzyiq altında saxlayacaq”.
Dünən, 16:00
Osmanlı yenidən dirilişdə - Türkiyədən rekord hərbi həmlə
Dünən, 15:30
Ermənilər qan ağlayır: Laçından Cəbrayıla qədər otlaqlardan istifadə edirdik, indi isə...
Dünən, 14:19
Prezident və xanımı vidaya əklil göndərdi
Dünən, 14:16
Nazir Azərbaycan və Ermənistan arasında əldə olunan yeni razılığı AÇIQLADI
Dünən, 13:02
Şəkidə 2 nəfərin öldüyü kanat qəzası ilə bağlı SON DƏQİQƏ AÇIQLAMALARI
Dünən, 12:21
Prezident həmkarını təbrik etdi
Dünən, 12:17
Bağçalara növbəyə yazılma prosesi başlayır
Dünən, 12:14
Uşaq bağçasının həyətindəki ağac binanın üstünə aşdı - Video
Dünən, 11:44
Strateji valyuta ehtiyatlarımız 91 milyard dollara çatır
Dünən, 11:41
“COP29 Azərbaycanı qlobal iqlim diplomatiyasının mərkəzinə çevirdi”
Dünən, 11:26
Qonşumuza qarşı BÖYÜK hazırlıq - 200-dən çox qırıcı...
Dünən, 11:16
İsrail Azərbaycanı yəhudilər üçün risk zonasına saldı
Dünən, 11:06
Rusiyaya DƏHŞƏTLİ hücum: xeyli ÖLÜ və yaralı var – Kremldə böyük QƏZƏB
Dünən, 10:29
Bakıda fəaliyyət göstərən iki həkimə cinayət işi açıldı - Ağır ittihamlar
Dünən, 10:14
UEFA Çempionlar Liqası: İlk turun növbəti oyunları keçiriləcək
Dünən, 10:03
Mehriban Əliyevadan xalq artistinin vəfatı ilə bağlı PAYLAŞIM
Dünən, 09:58
Azərbaycanın məşhur Xalq artisti vəfat etdi
Dünən, 09:54
DYP-dən 5 nəfərin yanaraq öldüyü qəza ilə bağlı AÇIQLAMA
Dünən, 09:33
Messi bu klubu alır - RAZILIQ ƏLDƏ OLUNDU
Dünən, 09:30
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda insan yanaraq öldü - YENİLƏNDİ
Dünən, 09:24
Paytaxtın 7 yolunda sıxlıq var
Dünən, 09:13
Tiflis bunu Türkiyəyə əmanət etdi - 110 milyon dollarlıq nəhəng layihə
Dünən, 09:00
İki nəfərin öldüyü istirahət mərkəzi məşhur iş adamına məxsus imiş
8-09-2026, 16:00
“Türkiyə qardaşlarına qovuşacaq” – Ərdoğandan tarixi mesaj
8-09-2026, 15:46
Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi - SƏRƏNCAM
8-09-2026, 15:30
Ruslar “köhnə dost”undan üz döndərir – araq istehsalı çöküşdə
8-09-2026, 14:22
Şuşada Azərbaycan Ordusunu “mühasirəyə alın” deyən general – 84 yaşında pasportunu təhvil verib Rusiyaya qayıtdı