Elsevər Dünyamalıyevin 185 mini ələ keçirilib - Şöbə rəisi olmaq istəyirmiş
Hadise
Oxunub: 27
1 sen 2026 | 12:47
Elsevər Dünyamalıyevin 185 mini ələ keçirilib - Şöbə rəisi olmaq istəyirmiş


“İdman Azərbaycan” və MTV kanalının rəhbəri olmuş əməkdar jurnalist Elsevər Dünyamalıyev dövlət xidmətində vəzifəyə keçmək istəyərkən işə düşüb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Prezidentin Mühafizə İdarəsində İnformasiya xidmətinə şöbə rəisi təyin olunması üçün danışıq apardığı zabit onu aldadıb.

Dünyamalıyevi aldadan isə Хüsusi Dövlət Mühafizə Хidmətində (XDMX) işləmiş Bəşir Bəşirov olub. O, əvvəldən tanıdığı Bəşirovdan təyinatına kömək etməsini istəyib. Bəşir isə bu məsələnin həll edilməsi üçün 185 min manat pul lazım olduğunu deyib. Dünyamalıyev həmin pulu qısa müddətdə ona verib.

Lakin Əməkdar jurnalist nə qədər gözləsə də, heç bir cavab gəlməyib. O, sonradan aldanıldığını bilərək hüquq-mühafizə orqanlarına şikayət edib.

Araşdırma nəticəsində Bəşir Bəşirovun başqa bir neçə nəfərin də pulunu dələduzluqla ələ keçirdiyi üzə çıxıb. Onların da şikayətləri əsasında Bəşirov həbs edilib.

Təqsirləndirilən mayor həbs edildikdən sonra zərərçəkmişlərdən, o cümlədən Elsevər Dünyamalıyevdən aldığı 185 min manatı geri qaytarıb. Tərəflərlə barışıq əldə edildiyi üçün B.Bəşirova cəmi 1 il 1 ay həbs cəzası verilib.

Qeyd edək ki, Elsevər Dünyamalıyev Arif Alışanovun dövründə uzun illər AzTV-də işləyib. O, sədrin müavini və “İdman Azərbaycan” kanalının ilk rəhbəri olub. Alışanovdan sonra kanaldan uzaqlaşdırılan Dünyamalıyev 2024-cü ildə MTV-nin rəhbəri təyin edilib, bir müddət əvvəl həmin vəzifədən də azad edilib.
Bu gün, 09:12
1994-də atəşkəs, 2026-da “Azərbaycan”: İlham Əliyev Bişkekdən Bakıya nə gətirdi?
Bu gün, 09:00
Rusiya hərbi bazası Ermənistanı tərk etməyə hazırdır - Putin
Dünən, 16:00
SOS: Doğum azalır, əhali qocalır – İki tanınmışdan ÇAĞIRIŞ
Dünən, 15:30
Moskvanın yenə Qarabağ “sancısı tutdu” – Bakıdan TƏPKİ
Dünən, 14:22
Autizmli uşaqlar NİYƏ artır? – Valideynlərin DİQQƏTİNƏ!
Dünən, 14:00
Azərbaycan və Türkiyənin Zəngəzur həmləsi Rusiyanı hərəkətə keçirdi – "Tehran və Moskva..."
Dünən, 13:02
Günün fotosu: “Sizə bir söz deyim...”
Dünən, 12:47
Elsevər Dünyamalıyevin 185 mini ələ keçirilib - Şöbə rəisi olmaq istəyirmiş
Dünən, 12:36
Daha 2577 məhkumu əfv etdi
Dünən, 11:58
Oğurladığı qızıllarla özünə avtomobil aldı - Həbs olundu
Dünən, 11:31
ŞƏT ölkələrinin liderləri 30-a yaxın sənəd imzalayıblar
Dünən, 11:26
Anar Bayramov Vüqar Qurbanovun qohumunu işdən çıxardı
Dünən, 11:15
Azərbaycan XİN Slovakiyanı Milli Günü münasibətilə təbrik edib
Dünən, 11:07
İlham Əliyev Bişkekdə Narendra Modi ilə söhbət etdi - FOTO
Dünən, 11:02
Ceyhun Bayramov Abbas Əraqçi ilə görüşdü
Dünən, 10:52
İlham Əliyev "Irıs Ordo" Konqres Mərkəzinə gedib
Dünən, 10:41
52 Cinayət Şübhəlisi və Axtarışda Olan 133 Nəfər Saxlanıldı
Dünən, 10:27
“Ermənistan da Azərbaycana məhsul satacaq”
Dünən, 10:24
3,4 milyardlıq bazarın qapısı Azərbaycana açılır
Dünən, 10:19
Prezidentin ŞƏT “plyus” formatında görüşdə çıxışı gözlənilir
Dünən, 09:55
Bişkekdə ŞƏT-in növbəti sammiti keçirilir
Dünən, 09:47
Əliyevlə Paşinyanın görüşündən kadrarxası görüntülər - Video
Dünən, 09:44
İlham Əliyev Ərdoğanla görüşdü - Fotolar
Dünən, 09:36
Alimlər Nepalda dağıdıcı daşqının səbəbini tapdı
Dünən, 09:33
Hikmət Hacıyev Simonyanla görüşdü
Dünən, 09:11
“Stepanakert”, “Mardakert”, “Martuni” gorbagor oldu – dünya xəritəsində mühüm dəyişiklik
Dünən, 09:00
Məşhur iş adamı Şərurlu İsfəndiyardan ŞOK AÇIQLAMA: “150 il yaşamaq istəyirəm”