Azərbaycan təyyarə yanacağının ixracını 17 faiz artırıb
Iqtisadiyyat
Oxunub: 998
1 apr 2016 | 20:56
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2016-cı ilin mart ayında 93 489 ton dizel yanacağı, 8 969 ton təyyarə yanacağı ixarc edib.
Azərbaycan təyyarə yanacağının ixracını 17 faiz artırıb
"Report" SOCAR-a istinadən xəbər verir ki, dizel yanacağının ixracında ötən ilin müvafiq dövrü ilə müqayisədə 22%, təyyarə yanacağının ixracında 71% azalma qeydə alınıb.

Bundan başqa, SOCAR ötən ay 9 364 ton yüksək təzyiqli polietilen, 857 ton mütləqləşdirilmiş izopropil spirti, 5 981 ton maye piroliz qətranı, 6 187 ton propilen və 664 ton butilen butadien fraksiyası ixrac edib.

Ümumilikdə, 2016-cı ilin yanvar-mart ayları ərzində 219 412 ton dizel yanacağı, 74 722 ton təyyarə yanacağı, 118 ton soba mazutu ixrac olunub ki, dizel yanacağının ixracı 23%, soba mazutunun ixracı 34% azalıb, təyyarə yanacağının ixracı isə 17% artıb.

Bu ilin birinci rübündə 24 768 yüksək təzyiqli polietilen, 2 346 ton mütləqləşdirilmiş izopropil spirti, 15 min 84 ton maye piroliz qətranı, 12 211 ton propilen və 1 342 ton butilen butaduien fraksiyası ixrac edilib.
Qeyd edək ki, cari ilin mart ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) 430,55 dollar, təyyarə yanacağı - 363,13 dollar, dizel yanacağı - 335,60 dollar, 1% kükürdlü mazut - 162,10 dollar, yüksək təzyiqli polietilen - 1 141,25 dollar, butilen butadien fraksiyası - 376,03 dollar, propilen - 560 avro, mütləqləşdirilmiş izopropil spirti isə 677,50 avro təşkil edib.
Bu gün, 13:48
Bakının 4 rayonunda tikinti işləri başlayır - SƏRƏNCAM
Bu gün, 13:21
Sabunçu tuneli bərpa ediləcək
Bu gün, 13:17
“Son fürsət”, “məhdud sayda” kimi reklamlara aldanmayın! - DİN
Bu gün, 12:40
Onların 3 aylıq kirayəhaqlarını dövlət ödəyəcək
Bu gün, 12:36
Keşlədə sökülən evə görə birdəfəlik maddi yardım veriləcək
Bu gün, 12:29
Prezident sel və daşqınlarla mübarizə üçün - 86 milyona yaxın vəsait ayırdı
Bu gün, 12:18
Yelkən idmanı üzrə “Prezident Kuboku” keçiriləcək
Bu gün, 12:14
“Şahdağ” hoteli mənə deyil, qardaşıma məxsusdur” - Deputat
Bu gün, 12:09
Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan 106 il ötür
Bu gün, 11:00
Dövlət məktəblərində DƏYİŞİKLİK - TƏSDİQLƏNDİ
Bu gün, 10:57
Abşeronda kafedə KÜTLƏVİ DAVA: 2 qardaş bıçaqlandı, 4 nəfər saxlanıldı
Bu gün, 10:54
Azərbaycan universitetlərində dərslər bu tarixdə yekunlaşacaq
Bu gün, 10:50
Evində bu səhvi edənlər 600 manat cərimə ÖDƏYƏCƏK
Bu gün, 10:47
Çexiyanın Baş nazirinin Azərbaycana səfəri başa çatıb
Bu gün, 09:44
Leyla və Arzu Əliyevalar Xan məscidində - FOTOLAR
Bu gün, 09:30
Azərbaycan və Almaniya arasında ticarətin həcmi açıqlandı
Bu gün, 09:26
Maqyar Orbana yaxın oliqarxlara qarşı hərəkətə keçdi
Bu gün, 09:23
Bakıda yolu keçən qadını vuran şəxs futbolçu imiş
Bu gün, 09:18
Bu gün görkəmli oftalmoloq alim Zərifə Əliyevanın doğum günüdür
Bu gün, 09:11
Ermənistan Azərbaycanla sərhəddə silahsız xidmətə keçir - Paşinyan AÇIQLADI
Bu gün, 09:00
Erməni bloger gözlənilməz çağırış: ‘Xaçaturyan azad olmamalı idi!’ – Gərginlik artır”
Dünən, 16:00
Trampdan gözlənilməz etiraf: "Bilmirəm…" – suiqəsd iddiasına şübhə saldı
Dünən, 15:30
Mayda 14 gün iş OLMAYACAQ
Dünən, 14:22
Sülhə qarşı təxribat və Bakıya hücum: Brüsselin məqsədi nədir?
Dünən, 13:11
3 günlük geri sayım başladı? - Tramp İrana xəbərdarlıq etdi
Dünən, 12:30
İlham Əliyevin Çexiyanın Baş naziri ilə geniş tərkibdə görüşü keçirilir
Dünən, 12:22
Bu sənəd olmadan artıq işə qəbul ola BİLMƏYƏCƏKSİNİZ