“Qəbələ” bəyanat yaydı
Vurğulanır ki, klub rəsmiləri tərəfindən məsələ ilə bağlı daha öncə verilən açıqlamalarda olduğu kimi, müqavilə şərtləri Luis Araqonun və klubun nümayəndələri tərəfindən bir daha nəzərdən keçirildikdən sonra üzərlərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetiriblər: “Bir daha vurğulamaq istərdik ki, məsələ mətbuatda qeyd edildiyi kimi FİFA-nın müvafiq qurumlarının çıxardığı qərara əsasən deyil, tərəflər arasında həllini tapıb. Klub Luis Araqonun fəaliyyət göstərdiyi dönəmdə işini yüksək qiymətləndirir və dostluq münasibətlərini davam etdirir. Məsələnin FİFA qurumları tərəfindən həll edildiyi ilə bağlı mətbuatda yer alan xəbərlər həm klubumuzun, həm Luis Araqonun təəccübünə səbəb olub”.
İspaniyalı mütəxəssis özü də bununla bağlı kluba göndərdiyi məktubda məsələnin tərəflər arasında həll edildiyini bildirib: “Azarkeşlər, klub əməkdaşları və 3 il ərzində çalışdığım bütün insanlara salamlarımı çatdırıram. Öncə bir məsələyə aydınlıq gətirmək istəyirəm: klub və mənim aramda yaranmış müqavilə ilə bağlı şərtlər hər iki tərəfi məmnun edəcək şəkildə öz aramızda həllini tapıb. Çox şadam ki, Azərbaycanın ən yaxşı klubunda işləmək şansı əldə etdim. Müəyyən müddət klubun əsas komandasında da çalışdım və mənə etimad göstərdikləri üçün bütün klub nümayəndələrinə "çox sağ olun" deyirəm. Əvəzedici komandada, U-19 komandasında gördüyümüz bütün işlər məni razı saldı. Mən və ailəm yaşadığımız bu 3 illik gözəl təcrübədən razı şəkildə ayrıldıq. Bu müddətdə yeni mədəniyyətlə tanış oldum və verilən şansdan həzz alaraq yararlandım. Klubda daim peşəkarlar tərəfindən əhatə olundum və 3 il ərzində çalışdığım bütün oyunçulara davranışlarına görə təşəkkür edirəm.
İş və məişət planında mənə kömək edən hər bir şəxsə bir daha minnətdarlığımı bildirirəm, onların əməyini unuda bilmərəm. Əminəm ki, klubda hər kəs meydançada və ondan kənarda əlimdən gələnin ən yaxşısını etdiyimi bilir. Mən gördüyüm işlərdən məmnun şəkildə ayrılmışam və klubla münasibətlərimiz həmişə yüksək səviyyədə qalır. Bir daha 3 il ərzində mənə dəstək olan azarkeşlərə, klub əməkdaşlarına, oyunçulara "sağ olun" deyirəm, kluba gələcək fəaliyyətində uğurlar arzulayıram. Ümid edirəm ki, yollarımız bir daha kəsişəcək".
Dünən, 16:00
Az idi zəhlətökən, Zöhran da Nyu-Yorkda zühur etdi
Dünən, 15:30
Dörd Avropa liderlərinin ardarda səfəri - Bakı ilə münasibətlər zərurətə çevrilir
Dünən, 13:37
TƏCİLİ! İrəvanda həlledici danışıqlar, GÜNDƏLİKDƏ olan əsas məsələ...
Dünən, 13:07
Abşeronda geniş əməliyyat - Saxlanılanlar var
Dünən, 13:02
Mehriban Abasquliyevaya 8, digərlərinə 7 il həbs istənildi
Dünən, 12:58
Demokratlar Trampı məhkəməyə verir - TƏFƏRRÜATLAR
Dünən, 12:29
Azərbaycan sahibkarları Prezident İlham Əliyevə müraciət edib
Dünən, 12:17
Büdrəyib yıxıldı: Trampa sui-qəsd cəhdi necə baş tutmadı?
Dünən, 11:55
Azərbaycan nümayəndə heyəti Ermənistanda səfərdədir
Dünən, 11:51
Bakı metrosunda BEŞ GÜN iş rejimi dəyişəcək - TARİX AÇIQLANDI
Dünən, 10:46
“Yazılanlar məni daha da güclü edir” – Məzahir Pənahov
Dünən, 10:43
Tramp İran üzərində qələbə elan edə və müharibəyə son qoya bilər - Reuters
Dünən, 09:57
Pakistandan İrana BÖYÜK DƏSTƏK: Tehranı blokadadan XİLAS EDİR
Dünən, 09:45
Amnistiyanın icrası bitdi, mayda əfv gözləntisi
Dünən, 09:33
Rusiyada mədən uçqunu - Ölənlər var
Dünən, 09:29
Blokada xəbəri neft qiymətlərini yüksəltdi
Dünən, 09:24
“Atletiko Madrid” “Arsenal”a qarşı
Dünən, 09:19
Rusiya hökuməti yeni qərar verdi - Azərbaycanlılara da təsiri olacaq
Dünən, 09:14
Mənzil bazarında "iyun boşluğu" — Ucuzlaşma olacaq
Dünən, 09:00
Azərbaycanda hərbi qulluqçular şəxsi jetonla təmin ediləcəklər
28-04-2026, 21:20
Heydər Əliyev Mərkəzində Maarifləndirici Tədbir Keçirilib
28-04-2026, 16:00
40 gün sonrakı Ermənistan – “Azərbaycan və Türkiyə kurator kimi...”
28-04-2026, 15:30
Bakıda kimlər risk qrupundadır? - Həkimlərdən XƏBƏRDARLIQ
28-04-2026, 14:44
Prezident "ASAN Xidmət"lə bağlı fərman İMZALADI
28-04-2026, 14:38
SON DƏQİQƏ: Prezident onları TƏLTİF ETDİ
28-04-2026, 13:48
Bakının 4 rayonunda tikinti işləri başlayır - SƏRƏNCAM
28-04-2026, 13:21
Sabunçu tuneli bərpa ediləcək